Məhkəmə qərarları › İş №2(030)-6/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-6/2023

22.12.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-6/2023 22.12.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X10, X11 və Cavabdeh4 qarşı İddiaçı mərhum valideynlərinin vərəsəsi kimi tanınması, onlardan iddiaçıya çatan payın verilməsi, həmçinin cavabdehlərlə və iddiaçının mərhum valideynlərinin ümumi mülkiyyətində olan mülkdən iddiaçının payına düşən hissəsinin sərhədləri müəyyən edilərək naturada ayrılıb iddiaçıya təhvil verilməsi və həmin payın iddiaçının mülkiyyətinə verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ :: İddiaçı cavabdehlər Cavabdeh1, X10, X11 və Cavabdeh4 qarşı İddiaçı mərhum valideynlərinin vərəsəsi kimi tanınması, onlardan iddiaçıya çatan payın verilməsi, həmçinin cavabdehlərlə və iddiaçının mərhum valideynlərinin ümumi mülkiyyətində olan 0,22 ha həyətyanı torpaq sahəsində yerləşən 70,6 kv.metr evdən iddiaçının payına düşən hissəsinin naturada ayrılıb iddiaçıya təhfil verilməsi və iddiaçının mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümyəndəsi Nümayəndə məhkəməyə ərizə təqdim edərək işə onun iştirakı olmadan baxəlaraq qətnamə çıxarılması barədə ərizə göndərmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsi Nümayəndə iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili Vəkil iddia tələbini müdafiə edib izahatında göstərmişdir ki, Daşkəsən rayonu zağalı kəndindı yerləşən 0,22 ha həyətyanı torpaq sahəsi üzərində 70,6 kv.metr fərdi yaşayış evi vardır. Həmin mülkə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmalkın Dövlət reyestrindən 20 iyun 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********90-10301 reyestr nömrəli Çıxarış alınmışdır. Buna baxmayaraq, iddiaçı mülkiyyət hüququ ilə ona məxsus olan mülkdən sərbəst istifadə edə və həmin mülk üzərində ayrıca heç bir sərəncam verə bilmir. Bu səbəbdən də, iddiaçı ümumi mülkiyyətdə olan mülkin ona düşən hissəsinin ayrılmasını tələb edir. Məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Daşkəsən Rayon Məhkəməsinin 2(030)-06/2023 saylı 22 dekabr 2023-cü il tarixli qərardadı ilə iddia tələbi cavabdehlər Cavabdeh1, X10, X11 və Cavabdeh4 qarşı İddiaçı mərhum valideynlərinin vərəsəsi kimi tanınması, onlardan iddiaçıya çatan payın verilməsi hissəsində baxılmamış saxlanılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Cavabdehlər Cavabdeh1, X10, X11, Cavabdeh4, X18 və X12 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 14 yanvar 2009-cu il tarixdə ölmüşdür. Bu barədə Daşkəsən rayon Zağalı İƏÜN-də ölüm haqqında akt qeydləri kitabında 17 yanvar 2009-cu ildə 02 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 18 iyun 2013-cü il tarixdə ölmüşdür. Bu barədə Daşkəsən rayon İHB-nin Zağalı İƏDÜN-də ölüm haqqında akt qeydləri kitabında 19 iyun 2013-cü ildə 08 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş Daşkəsən Rayon Məhkəməsinin 02 fevral 2022-ci il tarixli 2(030)- 10/2022 saylı qətnaməsinin surətindən görünür ki, iddianın təmin edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 06 iyul 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********901 reyestr nömrəli Çıxarışa əsasən Daşkəsən rayonu Zağalı kəndində yerləşən, hər birinin payı 1/7 (yedidə bir) hissə olmaqla İddiaçı, Cavabdeh1, X15, X6, X19, X11 və X3 adına qeydə alınmış 0,22 ha həyətyanı torpaq sahəsinin mərhum X15 və mərhum X1 miras qalmış 2/7 (yeddidə iki) hissəsinin ½ (ikidə bir) hissəsi üzərində birinci növbədə vərəsələr İddiaçı və ½ (ikidə bir) hissəsi üzərində Cavabdeh1 qanun üzrə vərəsəlik hüququ əsasında mülkiyyət hüququ tanınması qət edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmalkın Dövlət reyestrindən 20 iyun 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********90-10301 reyestr nömrəli Çıxarışın surətindən görünür ki, Daşkəsən rayonu Zağalı kəndində yerləşən 70,6 kv.m fərdi yaşayış evinin 1/7 hissəsi və 0,22 ha torpaq sahəsinin 2/7 hissəsi Cavabdeh1, 70,6 kv.m fərdi yaşayış evinin 1/7 hissəsi və 0,22 ha torpaq sahəsinin 1/7 hissəsi X3, 70,6 kv.m fərdi yaşayış evinin 1/7 hissəsi və 0,22 ha torpaq sahəsinin 1/7 hissəsi X4, 70,6 kv.m fərdi yaşayış evinin 1/7 hissəsi və 0,22 ha torpaq sahəsinin 1/7 hissəsi Cavabdeh4nın, 70,6 kv.m fərdi yaşayış evinin 1/7 hissəsi X2, 70,6 kv.m fərdi yaşayış evinin 1/7 hissəsi X8 və 70,6 kv.m fərdi yaşayış evinin 1/7 hissəsi və 0,22 ha torpaq sahəsinin 2/7 hissəsi İddiaçı payı daşınmaz əmalkın dövlət reyestrində 18 nömrəli reyestr kitabının 79 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmalkın Dövlət reyestrindən 07 aprel 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********90-10301 reyestr nömrəli Çıxarışın surətindən görünür ki, Daşkəsən rayonu Zağalı kəndində yerləşən 70,6 kv.m fərdi yaşayış evinin və 0,22 ha torpaq sahəsinin 1/7 hissəsi X2, 1/7 hissəsi X8, 1/7 hissəsi İddiaçı, 1/7 hissəsi Cavabdeh1, 1/7 hissəsi X3, 1/7 hissəsi X4 və 1/7 hissəsi Cavabdeh4nın adına qeydiyyata alınmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 07 aprel 2022-ci il tarixli, 2674 inventar nömrəli, **********90-10301 reyestr nömrəli “Fərdi yaşayış evinin Texniki Pasport”unun surətindən görünür ki, Daşkəsən rayonu Zağalı kəndində yerləşən fərdi yaşayış evinin 1/7 hissəsi İddiaçı, 1/7 hissəsi Cavabdeh1, 1/7 hissəsi X3, 1/7 hissəsi X4, 1/7 hissəsi X2, 1/7 hissəsi X8 adına qeydiyyata alınmışdır. İşə əlavə edilmiş X14 Gəncə şəhəri 5 saylı dövlət notariat kontorunda təsdiq edilmiş 06 sentyabr 2013-cü il tarixli 7E-29-18725 nömrəli ərizəsindən görünür ki, X15 18 iyun 2013-cü ildə vəfat etmişdir. Onun vəfatından sonra qalan bütün miras əmlakdan ona çatası paydan qardaşı - Cavabdeh1 xeyrinə imtina etmişdir. İşə əlavə edilmiş X7 Gəncə şəhəri 5 saylı dövlət notariat kontorunda təsdiq edilmiş 06 sentyabr 2013-cü il tarixli 7E-29-18724 nömrəli ərizəsindən görünür ki, X15 18 iyun 2013-cü ildə vəfat etmişdir. Onun vəfatından sonra qalan bütün miras əmlakdan ona çatası paydan qardaşı - Cavabdeh1 xeyrinə imtina etmişdir. İşə əlavə edilmiş X5 notarial qaydada təsdiq edilmiş 23 aprel 2021-ci il tarixli ** AA ***1853 nömrəli ərizəsindən görünür ki, 18 iyun 2013-cü ildə vəfat etmiş X8 ölümündən sonra miras qalmış əmlakı faktiki olaraq qəbul etməmişdir. Miras əmlaka dair Cavabdeh1 vərəsəlik hüququ haqqında şəhadətnamə almasına etiraz etmir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhəri 5 saylı Notariat Ofisinin 24 avqust 2022-ci il tarixli 778 saylı məktubundan görünür ki, “Elektron Notariat Avtomatlaşdırılmış İnformasiya Sistemində” axtarış zamanıl Gəncə şəhəri 5 saylı Notariat ofisində mərhum X15 və X6 barədə açılmış vərəsəlik işi aşkar edilməmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsinin 08 oktyabr 2021-ci il tarixli 141 nömrəli arayışından görünür ki, Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1933-cü il tarixdə Daşkəsən rayonunda anadan olmuş, xx.xx.2009-cu ildə vəfat etmiş X6 ilə üzvlərihnin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama xx.xx.2009-cu ilədək aparılmış və aşağıdakı məlumatlar aşkar edilmişdir. 1. Əri: X16 D.xx.xx.1932 - xx.xx.2013-cü il tarixdə vəfat edib. 2. Oğlu: X18 D.xx.xx.1958 3. Oğlu: Cavabdeh1 D.xx.xx.1962, 4. Qızı: Cabbarova (Həsənova) Səfadə Rüstəm qızı D.xx.xx.1964-xx.xx.1983-cü il tarixdə nikaha daxil olub. 5. Qızı: X12 D.xx.xx.1967 — xx.xx.1990-cı il tarixdə nikaha daxil olub . 6. Oğlu: İddiaçı О.xx.xx.1972. İşə əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 20 noyabr 2023-cü il tarixli 3-21-3-33/2-10852/2023 saylı mütəxəssis rəyindən görünür ki, **********90-10301 reyestr nömrəli Çıxarışa və həmin X9 əsasən paylı mülkiyyətdə olan, ümumi sahəsi 70,6 kv.m olan tikilinin və həmin tikili sahəsinin daxilində yerləşən, yaşayış sahəsinin ölçüsü 53,6 kv.m olan fərdi yaşayış evinin mülkiyyətçilər arasında naturada bölgüsü, eyni zamanda İddiaçı 2/7 hissəsinin bölgüsü texniki cəhətdən mümkün deyildir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, 20 iyun 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********90-10301 reyestr nömrəli Çıxarışın surətindən görünür ki, Daşkəsən rayonu Zağalı kəndində yerləşən 70,6 kv.m fərdi yaşayış evinin 1/7 hissəsi və 0,22 ha torpaq sahəsinin 2/7 hissəsi Cavabdeh1, 70,6 kv.m fərdi yaşayış evinin 1/7 hissəsi və 0,22 ha torpaq sahəsinin 1/7 hissəsi X3, 70,6 kv.m fərdi yaşayış evinin 1/7 hissəsi və 0,22 ha torpaq sahəsinin 1/7 hissəsi X4, 70,6 kv.m fərdi yaşayış evinin 1/7 hissəsi və 0,22 ha torpaq sahəsinin 1/7 hissəsi Cavabdeh4nın, 70,6 kv.m fərdi yaşayış evinin 1/7 hissəsi X2, 70,6 kv.m fərdi yaşayış evinin 1/7 hissəsi X8 və 70,6 kv.m fərdi yaşayış evinin 1/7 hissəsi və 0,22 ha torpaq sahəsinin 2/7 hissəsi İddiaçı ümumi birgə mülkiyyətinə verilmişdir. İddiaçı ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinin və fərdi yaşayış evinin real bölgüsü əsasında ara sərhədlərinin müəyyən edilməsində razılaşa bilmədiklərindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, işdə iştirak edən şəxslər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən 220-ci maddəsi əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsaən paylı mülkiyyətdə olan əşya, mülkiyyətçiləri arasında razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə uyğun olaraq paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsuslu və şərtləri haqqında razılığa gəlmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Məhkəmə göstərilən normaların tələbləri baxımından iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən halların dairəsinə uyğun olaraq müəyyən etdi ki, mübahisəli əşya ümumi paylı mülkiyyətdə olmalı, iddiaçı və cavabdeh paylı mülkiyyətin mülkiyyətçisi olmalı, paylı mülkiyyətin mülkiyyətçiləri əşyanın bölünməsi və ya ondan payın ayrılması haqda razılığa gələ bilməməli, əşyanın bölünməsi və ondan payın ayrılması ümumi əşyanın təyinatına tənasübsüz zərər vurmadan mümkün olmalıdır. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmalkın Dövlət reyestrindən 20 iyun 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********90-10301 reyestr nömrəli Çıxarışa əsasən Daşkəsən rayonu Zağalı kəndində yerləşən 70,6 kv.m fərdi yaşayış evinin 1/7 hissəsi və 0,22 ha torpaq sahəsinin 2/7 hissəsi Cavabdeh1, 70,6 kv.m fərdi yaşayış evinin 1/7 hissəsi və 0,22 ha torpaq sahəsinin 1/7 hissəsi X3, 70,6 kv.m fərdi yaşayış evinin 1/7 hissəsi və 0,22 ha torpaq sahəsinin 1/7 hissəsi X4, 70,6 kv.m fərdi yaşayış evinin 1/7 hissəsi və 0,22 ha torpaq sahəsinin 1/7 hissəsi Cavabdeh4nın, 70,6 kv.m fərdi yaşayış evinin 1/7 hissəsi X2, 70,6 kv.m fərdi yaşayış evinin 1/7 hissəsi X8 və 70,6 kv.m fərdi yaşayış evinin 1/7 hissəsi və 0,22 ha torpaq sahəsinin 2/7 hissəsi İddiaçı payı daşınmaz əmalkın dövlət reyestrində 18 nömrəli reyestr kitabının 79 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmçinin Daşkəsən Rayon Məhkəməsinin 02 fevral 2022-ci il tarixli 2(030)-10/2022 saylı qətnaməsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 06 iyul 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********901 reyestr nömrəli Çıxarışa əsasən Daşkəsən rayonu Zağalı kəndində yerləşən, hər birinin payı 1/7 (yedidə bir) hissə olmaqla İddiaçı, Cavabdeh1, X15, X6, X19, X11 və X3 adına qeydə alınmış 0,22 ha həyətyanı torpaq sahəsinin mərhum X15 və mərhum X1 miras qalmış 2/7 (yeddidə iki) hissəsinin ½ (ikidə bir) hissəsi üzərində birinci növbədə vərəsələr İddiaçı və ½ (ikidə bir) hissəsi üzərində Cavabdeh1 qanun üzrə vərəsəlik hüququ əsasında mülkiyyət hüququ tanınması qət edilmişdir. Göründüyü kimi, iş üzrə mütəxəssis təyin edilmiş, **********90-10301 reyestr nömrəli Çıxarışa və həmin X9 əsasən paylı mülkiyyətdə olan, ümumi sahəsi 70,6 kv.m olan tikilinin və həmin tikili sahəsinin daxilində yerləşən, yaşayış sahəsinin ölçüsü 53,6 kv.m olan fərdi yaşayış evinin mülkiyyətçilər arasında naturada bölgüsü, eyni zamanda İddiaçı 2/7 hissəsinin bölgüsü texniki cəhətdən mümkün olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi İddiaçı cavabdehlər Cavabdeh1, X10, X11 və Cavabdeh4 qarşı cavabdehlərlə və iddiaçının mərhum valideynlərinin ümumi mülkiyyətində olan mülkdən iddiaçının payına düşən hissəsinin sərhədləri müəyyən edilərək naturada ayrılıb iddiaçıya təhvil verilməsi və həmin payın iddiaçının mülkiyyətinə verilməsi tələbinə dair hissədə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, X10, X11 və Cavabdeh4 qarşı cavabdehlərlə və iddiaçının mərhum valideynlərinin ümumi mülkiyyətində olan mülkdən iddiaçının payına düşən hissəsinin sərhədləri müəyyən edilərək naturada ayrılıb iddiaçıya təhvil verilməsi və həmin payın iddiaçının mülkiyyətinə verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar