Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-618/2023 28.11.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlu iddiaçı "xxxx" X1 (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 20 iyun 2022-ci il tarixli 03551476 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “XİAOMİ REDMİ NOTE 11S” markalı mobil telefon və 09 noyabr 2021-ci il tarixli ******* nömrəli “Müqaviləyə” əsasən 1 ədəd "xxxx" markalı mobil telefon üçün 1300 manat borc və ödənilmiş 33 manat dövlət rüsumunun alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 20 iyun 2022-ci il tarixli 03551476 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 56.44 manat ödəməklə 18 ay müddətinə 1 ədəd “XİAOMİ REDMİ NOTE 11S” markalı mobil telefonu 1015.92 manata satın almışdır. 09 noyabr 2021-ci il tarixli ******* nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 28.42 manat ödəməklə 12 ay müddətinə 1 ədəd "xxxx" markalı mobil telefonu 407.74 manata satın almışdır. Cavabdehin MMC-yə 20 iyun 2022-ci il tarixli 03551476 nömrəli “Müqavilə” üzrə 1015.92 manat ödənilməmiş hissə, 101.08 manat cərimə borcu və 09 noyabr 2021-ci il tarixli ******* nömrəli “Müqavilə” üzrə 166.04 manat ödənilməmiş hissə və 16.96 manat cərimə borcu olmaqla, ümumilikdə 1300 manat məbləğində borcu yaranmışdır. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 20 iyun 2022-ci il tarixli 03551476 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 20 iyun 2022-ci il tarixli 03551476 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 56.44 manat ödəməklə 18 ay müddətinə alqısatqı qiyməti 1015.92 manat olan 1 ədəd “XİAOMİ REDMİ NOTE 11S” markalı mobil telefonu satın almış və 20 iyun 2022-ci il tarixli 03551476 nömrəli müqaviləyə əsasən 1 ədəd “XİAOMİ REDMİ NOTE 11S 6GB/128GB Graphite Gray” markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 09 noyabr 2021-ci il tarixli ******* nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 09 noyabr 2021-ci il tarixli ******* nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 28.42 manat ödəməklə 12 ay müddətinə alqı-satqı qiyməti 407.74 manat olan 1 ədəd "xxxx" markalı mobil telefonı satın almış və 09 noyabr 2021ci il tarixli ******* nömrəli müqaviləyə əsasən 1 ədəd “SAMSUNG GALAXY (SM-A125) 32GB Black” markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 02 sentyabr 2023-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 20 iyun 2022-ci il tarixli 03551476 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “XİAOMİ REDMİ NOTE 11S” markalı mobil telefon üçün 1015.92 manat ödənilməmiş hissə və 101.08 manat cərimə borcu, 09 noyabr 2021-ci il tarixli ******* nömrəli “Müqaviləyə” əsasən 1 ədəd "xxxx" markalı mobil telefon üçün 166.04 manat ödənilməmiş hissə və 16.96 manat cərimə borcu olmaqla, ümumilikdə isə 1300 manat məbləğində borcu vardır. İşə əlavə edilmiş 04 sentyabr 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 20 iyun 2022-ci il tarixli 03551476 nömrəli müqaviləyə əsasən 1 ədəd “XİAOMİ REDMİ NOTE 11S” markalı mobil telefonu 1015.92 manata və 09 noyabr 2021-ci il tarixli ******* nömrəli “Müqaviləyə” əsasən 1 ədəd "xxxx" markalı mobil telefonı 407.74 manata satın almışdır. Cavabdehin MMC-yə 20 iyun 2022-ci il tarixli 03551476 nömrəli “Müqavilə” üzrə 1015.92 manat ödənilməmiş hissə və 101.08 manat cərimə borcu, 09 noyabr 2021-ci il tarixli ******* nömrəli “Müqavilə” üzrə 166.04 manat ödənilməmiş hissə və 16.96 manat cərimə borcu olmaqla, ümumilikdə 1300 manat məbləğində borcu yaranmışdır. Cavabdeh tərəfindən cəmi 241.70 manat məbləğində ödəniş edilmişdir.Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. АR ММ-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyyətinin ağırlığını, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə alaraq 20 iyun 2022-ci il tarixli 03551476 nömrəli müqavilə üzrə hesablanmış 101.08 manat məbləğində cərimə azaldılaraq 0.08 manat, 09 noyabr 2021-ci il tarixli ******* nömrəli müqavilə üzrə hesablanmış 16.96 manat məbləğində cərimə azaldılaraq 0.96 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 20 iyun 2022-ci il tarixli 03551476 nömrəli müqavilə üzrə 1016 manat və 09 noyabr 2021-ci il tarixli ******* nömrəli müqavilə üzrə 167 manat, ümumilikdə 1183 manat pul vəsaitinin alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq, məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 33 manat məbləğində dövlət rüsumunun 30 manatı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385, 284-1, 284-49 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 20 iyun 2022-ci il tarixli 03551476 nömrəli müqavilə üzrə 1016 manat, 09 noyabr 2021-ci il tarixli ******* nömrəli müqavilə üzrə 167 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq "xxxx" X2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-618/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-618/2023
28.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver