Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-620/2023 07.11.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlu iddiaçı "xxxx" X1 (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 23 iyul 2022-ci tarixli 03541742 nömrəli “Müqaviləyə” əsasən “Samsung Galaxy S22” markalı mobil telefon və “X3” qulaqlıq üçün 2402 manat borc və ödənilmiş 44.02 manat dövlət rüsumu olmaqla, cəmi 2446.02 manat məbləğin alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh göndərilmiş məhkəmə bildirişi və ona əlavə olunmuş iddia ərizəsi, 25 oktyabr 2023-cü il tarixdə “köçüb,ünvan düzgün deyil” poçt qeydi ilə geri qaytarılmışdır. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 23 iyul 2022-ci tarixli 03541742 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 145.64 manat ödəməklə 18 ay müddətinə “Samsung Galaxy S22” markalı mobil telefon və “X3” qulaqlığı 2803.12 manata satın almışdır. Cavabdeh tərəfindən cəmi 619.60 manat ödəniş edilmişdir. Cavabdehin MMC-yə 23 iyul 2022-ci tarixli 03541742 nömrəli “Müqavilə” üzrə 2183.52 manat ödənilməmiş hissə və 218.48 manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 23 iyul 2022-ci tarixli 03541742 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 23 iyul 2022-ci tarixli 03541742 nömrəli “Müqavilə”yə əsasən “Samsung Galaxy S22” markalı mobil telefon və “X3” markalı qulaqlığı satın almış, 23 iyul 2022-ci arixli 03541742 nömrəli müqaviləyə əsasən 1 ədəd İmei Kodu **********39508 olan “Samsung Galaxy S22 (SM-S901B) Phantom Black” markalı mobil telefon və “X3 Live Black SM-R180NZKASER” markalı qulaq Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 29 avqust 2023-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 23 iyul 2022-ci tarixli 03541742 nömrəli “Müqaviləyə” əsasən “Samsung Galaxy S22” markalı mobil telefon və “X3” markalı qulaqlıq üçün 2183.52 manat ödənilməmiş hissə və 218.48 manat cərimə borcu vardır. İşə əlavə edilmiş 30 avqust 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 23 iyul 2022-ci il tarixli 03541742 nömrəli müqaviləyə əsasən “Samsung Galaxy S22” markalı mobil telefonu və “X3” markalı qulaqlığı 2803.12 manata satın almışdır. Cavabdeh tərəfindən cəmi 619.60 manat məbləğində ödəniş edilmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. АR ММ-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyətinin ağırlığı, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə alınaraq 23 iyul 2022-ci tarixli 03541742 nömrəli üzrə hesablanmış 218.48 manat məbləğində cərimə azaldılaraq 0.48 manat məbləğində müəyyən edilmişdir. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 23 iyul 2022-ci il tarixli 03541742 nömrəli müqaviləyə əsasən “Samsung Galaxy S22” markalı mobil telefon və “X3” markalı qulaqlıq üçün 2184 manat pul vəsaiti alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 44.02 manat məbləğində dövlət rüsumunun 40 manatı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-1, 284- 1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 23 iyul 2022-ci il tarixli 03541742 m nömrəli müqaviləyə əsasən “Samsung Galaxy S22” markalı mobil telefon və “X3” markalı qulaqlıq üçün 2184 manat borcu və ödənilmiş 40 manat dövlət rüsumunun tutularaq "xxxx" X2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-620/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-620/2023
07.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver