Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-621/2023 28.11.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlu iddiaçı "xxxx" X1 (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 26 avqust 2022-ci il tarixli 04032505 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “XİAOMİ REDMİ NOTE 11” markalı mobil telefon, 3 ədəd vinil mat, 1 ədəd “Aiwa AT- X80V” markalı qulaqlıq və 5D glass üçün 839 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 26 avqust 2022-ci tarixli 04032505 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 76.51 manat ödəməklə 12 ay müddətinə 1 ədəd “XİAOMİ REDMİ NOTE 11” markalı mobil telefon, 3 ədəd vinil mat, 1 ədəd “Aiwa AT-X80V” markalı qulaqlıq və 5D glass aksesuarı 987.02 manata satın almışdır. Cavabdeh tərəfindən 225 manat məbləğində ödəniş edilmişdir. Cavabdehin MMC-yə 26 avqust 2022-ci tarixli 04032505 nömrəli “Müqavilə” üzrə 762.02 manat ödənilməmiş hissə və 76.98 manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqısatqı müqaviləsinin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 26 avqust 2022-ci tarixli 04032505 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 26 avqust 2022-ci il tarixli 04032505 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 76.51 manat ödəməklə 12 ay müddətinə alqı-satqı qiyməti 987.02 manat olan 1 ədəd “XİAOMİ REDMİ NOTE 11” markalı mobil telefon, 3 ədəd vinil mat, 1 ədəd “Aiwa AT-X80V” markalı qulaqlıq və 5D glass satın almış və 1 ədəd İMEİ kodu **********89704 olan “XİAOMİ REDMİ NOTE 11 6GB/128GB TWİLİGHT BLUE” markalı mobil telefon, 3 ədəd vinil mat, 1 ədəd “Aiwa AT- X80V WHİTE” markalı qulaqlıq və 1 ədəd “5D glass İphone 11 61/XR” aksesuari Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 23 avqust 2023-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 26 avqust 2022-ci il tarixli 04032505 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “XİAOMİ REDMİ NOTE 11” markalı mobil telefon, 3 ədəd vinil mat, 1 ədəd “Aiwa AT- X80V” markalı qulaqlıq və 5D glass üçün 762.02 manat ödənilməmiş hissə və 76.98 manat cərimə borcu vardır. İşə əlavə edilmiş 24 avqust 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 26 avqust 2022-ci il tarixli 04032505 nömrəli müqaviləyə əsasən 1 ədəd “XİAOMİ REDMİ NOTE 11” markalı mobil telefon, 3 ədəd vinil mat, 1 ədəd “Aiwa AT- X80V” markalı qulaqlıq və 5D glass aksesuarı 987.02 manata satın almışdır. Cavabdeh tərəfindən 225 manat məbləğində ödəniş edilmişdir. Cavabdehin MMC-yə 26 avqust 2022ci il tarixli 04032505 nömrəli “Müqavilə” üzrə 762.02 manat ödənilməmiş hissə və 76.98 manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. АR ММ-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyyətinin ağırlığını, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə alaraq 26 avqust 2022-ci il tarixli 04032505 nömrəli müqavilə üzrə hesablanmış 76.98 manat məbləğində cərimə azaldılaraq 0.98 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara və iş ürzə tərərfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 26 avqust 2022-ci il tarixli 04032505 nömrəli müqaviləyə əsasən 1 ədəd “XİAOMİ REDMİ NOTE 11” markalı mobil telefon üçün 763 manat pul vəsaiti alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 27 manatı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsinin 385-1, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 26 avqust 2022-ci il tarixli 04032505 nömrəli müqaviləyə əsasən 1 ədəd “XİAOMİ REDMİ NOTE 11” markalı mobil telefon, 3 ədəd vinil mat, 1 ədəd “Aiwa AT- X80V” markalı qulaqlıq və 5D glass üçün 763 manat borc və ödənilmiş 27 manat dövlət rüsumunun tutularaq "xxxx" X2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-621/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-621/2023
28.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver