Məhkəmə qərarları › İş №2(030)-624/2024

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-624/2024

07.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-624/2024 07.11.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X1 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh 384 manat əsas borc və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib göstərdi ki, Daşkəsən rayonu “Mərkəzi bazarın” yaxınlığında ticarət obyekti işlədir. Onunla Cavabdeh arasında bağlanmış 14 mart 2022-ci il tarixli 107 nömrəli alqı-satqı müqaviləsinə əsasən cavabdeh ümumi dəyəri 1100 manat olan 1 ədəd “Samsung” markalı 109 ekranlı televizoru hər ay 100 manat ödəmək şərti ilə satın almışdır. Cavabdeh 1100 manat borc məbləğindən cəmi 716 manat ödəniş etmiş, 384 manat isə ödənilməmiş qalmışdır. Dəfələrlə tələb etməsinə baxmayaraq, cavabdeh borc məbləğini ödəməkdən imtina etmişdir. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək izahatında göstərdi ki, iddiaçıya məxsus məişət texnikaları mağazasından 2022-ci ilin mart ayında 1100 manat məbləğində bir ədəd televizor satın almış, hər ay 100 manat ödəməyə dair öhdəlik götürmüşdür. Hal-hazıradək 716 manat ödəniş etmişdir. İddiaçıya 384 manat məbləğində borcu qalmışdır. Tələb edilən məbləği birdəfəyə ödəməyə maddi imkanı yoxdur. İşə əlavə edilmiş 14 mart 2024-cü il tarixli 1077 nömrəli alqı-satqı müqaviləsidən görünür ki, Cavabdeh 1150 manat dəyərində 1 ədəd “Samsung” markalı 109 ekran televizoru hər ay 100 manat ödəmək şərti ilə satın almış, Cavabdeh tərəfindən 50 manat ilkin ödəniş edilmişdir. İşə əlavə edilmiş 12 sentyabr 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh tərəfindən etiraf edildiyindən ilk növbədə iddianın etirafına qanunvericiliyin tələbləri baxımından qiymət verilməlidir. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 52.2-ci maddəsinə görə, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 191.1-ci maddəsinə əsasən, cavabdehin iddianı etiraf etməsi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 52.5-ci maddəsinə görə, iddianın cavabdeh tərəfindən etiraf edilməsi zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Bununla əlaqədar olaraq məhkəmə iclasında aparılan araşdırmalar zamanı müəyyən olundu ki, cavabdeh tərəfindən iddianın etiraf olunması tərəflərin real və həqiqi vəziyyətinə uyğundur. Həmin etiraf başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 384 manat məbləğində pul vəsaiti alınıb İddiaçı Namazlı qızına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddia tam təmin edildiyi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-ci maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 384 manat əsas borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 414 (dörd yüz on dörd) manat məbləğində pul vəsaiti alınıb İddiaçı Namazlı qızına verilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar