Məhkəmə qərarları › İş №2(030)-630/2024

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-630/2024

14.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-630/2024 14.11.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X21 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi sənədin şəxsə məxsus olması faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X4, X10, X2, X5, X11 və X3 adına tərtib edilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN 184 A seriyalı KOD 50605028 olan şəhadətnamənin X6 dair hissədə Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi tələbini müdafiə edərək izahatında göstərmişdir ki, o, Daşkəsən rayonu Qabaqtəpə kəndində doğulmuşdur. X4 ilə ailə qurub Daşkəsən rayonu Xoşbulaq kəndinə gəlin köçmüşdür. Aralarındakı nikahı 11 may 1973-cü il tarixdə Daşkəsən rayonu Zağalı kənd Sovetində 05 nömrəli akt qeydi ilə qeydə aldırmışlar. Nikahdan sonra ərinin soyadına uyğun olaraq “Ələsgərova” soyadına keçmişdir. Daşkəsən rayon Aqrar islahat Komissiyasının 07 dekabr 1998-ci il tarixli 01 saylı qərarına əsasən Daşkəsən rayonu Xoşbulaq kənd sakinləri X4, X10, X2, X5, X11 və X3 ümumi birgə mülkiyyətinə Daşkəsən rayonu Xoşbulaq kəndi ərazisindən 0,39 ha həyətyanı torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinə dair “Torpağın mülkiyyətə verilməsinə dair” JN 184 A seriyalı KOD 50605028 olan şəhadətnamə yazılmışdır. Torpaq sahəsinə mülkiyyət hüququna dair çıxarış almaq üçün 3 saylı Gəncə ərazi idarəsinə müraciət etdikdə qeyd edilən Şəhadətnamədə onu qız əvəzinə səhvən oğlan kimi yazdıqları, yəni “Ərizəçi, əvəzinə, səhvən “X10” yazıldığı müəyyən olmuş, bu səbəbdən də hüquq müəyyənedici sənəd verilməkdən imtina edilmişdir. Qeyd edilən yanlışlığın məhkəmədən kənar qaydada həlli mümkün olmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, tələbinin təmin olunmasını xahiş etmişdir. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyi üçün, məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İşə əlavə edilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə X1 arasında 11 may 1979-ci il tarixdə nikah bağlanmış və Daşkəsən rayonu Zağalı kənd sovetində nikahın bağlanması haqqında akt qeydləri kitabında 05 nömrəli akt qeydi ilə qeydiyyata alınmışdır. Nikah bağlandıqdan sonra arvada “Ələsgərova” soyadı verilmişdir. İşə əlavə edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-184 A KOD 50605028 olan Şəhadətnamənin surətindən görünür ki, Daşkəsən rayon Aqrar islahat Komissiyasının 07 dekabr 1998-ci il tarixli 01 saylı qərarına əsasən Daşkəsən rayonu Xoşbulaq kənd sakinləri X4, X10, X2, X5, X11 və X3 ümumi birgə mülkiyyətinə Daşkəsən rayonu Xoşbulaq kəndi ərazisindən 0,39 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş Maraqlı şəxs 15 avqust 2024-cü il tarixli 3-21-3-33/2-8196/2024 saylı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyytaına alınmasından imtina edilməsi barədə bildirişdən görünür ki, ərizəyə əlavə edilmiş sənədlərdə hüquq sahiblərinin birinin adında uyğunsuzluq olduğu, belə ki, X12 ilə sənədlərdə qeyd olunmuş “X8” eyni şəxs olmasını təsdiq edən sənədin (qanuni qüvvəyə minmiş mıəhkəmə qərarı) tərəfindən təqdim edilmədiyi müəyyən edilmişdir. Məhkəmə ərizəçnin izahatını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, ərizə təmin edilməlidir. Аzərbаycаn Rеspublikаsı Müki-Prоsеssuаl Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.1-ci mаddəsinə əsаsən məhkəmə fiziki вə hüquqi şəхslərin şəхsi вə yа əmlаk hüquqlаrının əmələ gəlməsi, dəyişməsi, хitаm веrilməsinin аsılı оlduğu fаktlаrı müəyyən еdir. Mящкямя бахышы заманы ərizəçinin izahatını, habelə işə əlavə olunmuş sənədlərlə мцяййян едилди ки, Ərizəçi xx xxxx 1959-cu ildə Daşkəsən rayonu Qabaqtəpə kəndində doğulmuşdur. X4 ilə ailə qurub Daşkəsən rayonu Xoşbulaq kəndinə gəlin köçmüşdür. Aralarındakı nikahı 11 may 1973-cü il tarixdə Daşkəsən rayonu Zağalı kənd sovetində 05 nömrəli akt qeydi ilə qeydə aldırmışlar. Ərizəçi nikahdan sonra ərinin soyadına uyğun olaraq “Ələsgərova” soyadına keçmişdir. Daşkəsən rayon Aqrar islahat Komissiyasının 07 dekabr 1998-ci il tarixli 01 saylı qərarına əsasən Daşkəsən rayonu Xoşbulaq kənd sakinləri X4, X10, X2, X5, X11 və X3 ümumi birgə mülkiyyətinə Daşkəsən rayonu Xoşbulaq kəndi ərazisindən 0,39 ha həyətyanı torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinə dair “Torpağın mülkiyyətə verilməsinə dair” JN 184 A seriyalı KOD 50605028 olan şəhadətnamə yazılmışdır. ərizəçi torpaq sahəsinə dair rəsmi qaydada olaraq Çıxarış almaq üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə rəsmi müraciət etdikdə, qeyd edilən sənəddə ərizəçi “Ərizəçi” əvəzinə, səhvən “X10” yazıldığı müəyyən edilmiş, bu səbəbdən də müraciətindən imtina edilmiş və məhkəməyə müraciət etməsi izah edilmişdir. Аzərbаycаn Rеspublikаsı 308-ci mаddəsinə əsаsən məhkəmə hüquqi əhəmiyyəti оlаn fаktlаrı о zаmаn müəyyən еdə bilər ki, ərizəçi həmin fаktlаrı təsdiq еdən lаzımi sənədləri bаşqа qаydаdа аlа bilməsin, yахud itirilmiş sənədlərin bərpаsı mümkün оlmаsın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 310-cu mаddəsinə əsаsən ərizədə həmin fаktın müəyyən еdilməsinin ərizəçiyə nə üçün lаzım оlduğu, hаbеlə lаzımi sənədləri ərizəçinin аlа bilməməsini, yахud itən sənədlərin bərpаsının mümkünsüzlüyünü təsdiq еdən sübutlаr gюstərilməlidir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göründüyü kimi, “Torpağın mülkiyyətə verilməsinə dair” JN 184 A seriyalı KOD 50605028 olan Şəhadətnamədə “Ərizəçi” əvəzinə, səhvən “X10” kimi yanlış qeyd olunması ərizəçinin izahatı, habelə işə əlavə olunmuş sənədlərlə, o cümlədən nikah haqqında şəhadətnamə ilə birmənalı təsdiq olunmuşdur. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X4, X10, X2, X5, X11 və X3 adına tərtib edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN 184 A seriyalı KOD 50605028 olan şəhadətnamənin X6 dair hissədə X7 məxsus olması faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X4, X10, X2, X5, X11 və X3 adına tərtib edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN 184 A seriyalı KOD 50605028 olan şəhadətnamənin X6” dair hissədə X7 məxsus olması faktı müəyyən edilməlidir. Аzərbаycаn Rеspublikаsı Mülki-Prоssеsuаl Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233,307-309 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. X4, X10, X2, X5, X11 və X3 adına tərtib edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN 184 A seriyalı KOD 50605028 olan şəhadətnamənin X6 dair hissədə X7 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar