Məhkəmə qərarları › İş №2(030)-678/2024

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-678/2024

22.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-678/2024 22.11.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X2 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1280 manat məbləğində qızıl-zinət əşyalarının dəyərinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahatlnda göstərmişdir ki, sahibkar kimi Daşkəsən şəhəri H.Əliyev küçəsində icarəyə götürdüyü mağazada mobil telefon, qızıl-zinət və geyim əşyalarının satışı ilə məşğul olur. Cavabdehlə aralarında olan razılaşmaya əsasən 27 sentyabr 2023-cü il tarixdə 2400 manat dəyərində 583 əyyarlı 20 qram çəkidə qızıl boyunbağını 10 ay müddətinə, 27 sentyabr 2023-cü il tarixdən 27 avqust 2024-cü il tarixədək hər ay 240 manat ödəmək şərti ilə Cavabdeh satmış, lakin alıcı cəmi 1120 manat ödəniş edilmiş, 1280 manat qalıq borcu isə hal-hazıradək ödənilməmişdir. Dəfələrlə tələb etməsinə baxmayaraq, cavabdeh borc məbləğini ödəməkdən imtina etmişdir. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək izahatında göstərmişdir ki, İddiaçı uzun müddətdir ki, tanıyır. 27 sentyabr 2023-cü il tarixdə İddiaçı 2400 manat dəyərində 583 əyyarlı 20 qram çəkidə qızıl boyunbağı satın almışdır. Hissə-hissə olmaqla cəmi 1120 manat məbləğində ödəniş etmişdir. Hazırda iddiaçıya 1280 manat borcu vardır. İşə əlavə edilmiş 27 sentyabr 2023-cü il tarixli 77717 nömrəli “Qızıl-zinət əşyasının alqı-satqısı müqaviləsi” və “Ödəniş cədvəlin”dən görünür ki, İddiaçı 2400 manat dəyərində 583 əyyarlı 20 qram çəkidə qızıl boyunbağını 10 ay müddətinə, 27 sentyabr 2023-cü il tarixdən 27 avqust 2024-cü il tarixədək hər ay 240 manat ödəmək şərti ilə Cavabdeh satmış, Cavabdeh tərəfindən 2024-cü ilin yanvar ayında 240 manat, mart ayında 100 manat, aprel ayında 60 manat, oktyabr ayında 240 manat, noyabr ayında 240 manat, dekabr ayında 240 manat olmaqla, cəmi 1120 manat ödəniş edilmişdir. Hazırda qalıq borcu 1280 manat təşkil edır. İşdə olan Cavabdeh ərizəsindən görünür ki, o, iddianı qəbul etdiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh tərəfindən etiraf edildiyindən ilk növbədə iddianın etirafına qanunvericiliyin tələbləri baxımından qiymət verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən iddia tələbi cavabdeh tərəfindən etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etirafı göstərilir. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə veriməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.1-ci maddəsində əsasən cavabdehin iddianı etiraf etməsi bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 52.5-ci maddəsində göstərilmişdir ki, iddianın cavabdehlər tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Bununla əlaqədar olaraq məhkəmə iclasında aparılan araşdırmalar zamanı müəyyən olundu ki, cavabdeh tərəfindən iddianın etiraf olunması tərəflərin real və həqiqi vəziyyətinə uyğundur. Həmin etiraf başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh qızıl-zinət əşyasının nisyə alqı-satqısı nəticəsində ödənilməmiş 1280 manat məbləğində pul vəsaiti alınıb İddiaçı verilməlidir. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.2-ci bəndinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Ona görə də, 32,80 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinin tələblərinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh qızıl-zinət əşyasının nisyə alqı-satqısı nəticəsində ödənilməmiş 1280 (bir min iki yüz səksən) manat məbləğində pul vəsaiti alınıb İddiaçı verilsin. Cavabdeh 32,80 (otuz iki manat səksən qəpik) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikası Mərkəzi Bankı - X1 ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev Məhkəmənin sədri vəzifəsini

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar