Məhkəmə qərarları › İş №2(030)-695/2024

Daşkəsən Rayon Məhkəməsi Qərardad — İş №2(030)-695/2024

21.10.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Daşkəsən rayonu İş № 2(030)-695/2024 21.10.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X2, iddiaçı Cavabdeh2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2, üçüncü şəxslər Daşkəsən rayon notariat kontoru, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi, X1, X5, X3 və X4 qarşı Daşkəsən rayon notariat kontorunun xx.xx.2013-cü il tarixli 2N-1-63 saylı qanun üzrə vərəsəlik şəhadətnaməsinin, 3M-1-2 saylı miras payın bağışlanması müqaviləsinə əsasən Cavabdeh1 mənzildən ona düşən payın Cavabdeh2 bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, xx.xx.2013-cü il tarixdə mənzilə dair verilmiş ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, miras əmlakın onun və cavabdehlərin arasında 1/3 payla paylarının tanınması tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2, üçüncü şəxslər Daşkəsən rayon notariat kontoruna, Azərbaycan Respublikası Əmlak Məsələləri Sövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi, X1, X5, X3 və X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Daşkəsən rayon notariat kontorunun xx.xx.2013-cü il tarixli 2N-1-63 saylı qanun üzrə vərəsəlik şəhadətnaməsinin, 3M-1-2 saylı miras payın bağışlanması müqaviləsinə əsasən Cavabdeh1 mənzildən ona düşən payın Cavabdeh2 bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, xx.xx.2013-cü il tarixdə mənzilə dair verilmiş ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, miras əmlakın onun və cavabdehlərin arasında 1/3 payla paylarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh2 iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edərək məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin tərtib edilməsində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmunun tələblərinə riayət edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, ərizədə cavabdeh kimi göstərilmiş Cavabdeh1 10 iyul 2012-ci il tarixdə ölmüşdür. Göründüyü kimi ölmüş şəxsə də qarşı tələb yönəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə görə, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə görə, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh2 iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar