Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-75/2024 10.01.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2130 manat məbləğində qızıl-zinət əşyalarının pulunu alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianın həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1800 manat məbləğində qızıl-zinət əşyalarının pulunu alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahatlnda göstərmişdir ki, sahibkar kimi Daşkəsən şəhəri H.Əliyev küçəsində icarəyə götürdüyü mağazada mobil telefon, qızıl-zinət və geyim əşyalarının satışı ilə məşğul olur. Cavabdeh uzun müddətdir ki, tanıyır. Cavabdeh Daşkəsən Rayon Polis şöbəsində PPX işləmişdir. Təxminən 8 ay bundan əvvəl cavabdeh onun işlədiyi mağazaya gələrək qızıl-zinət əşyaları almaq istədiyini bildirmişdir. Aralarında olan razılaşmaya əsasən 06 avqust 2022-ci il tarixdə 1100 manat dəyərində 583 əyyarlı 10 qram çəkidə boyunbağını 19 ay müddətinə, 06 avqust 2022-ci il tarixdən 06 aprel 2024-cü il tarixədək hər ay 50 manat ödəmək şərti ilə Cavabdeh satmış, Cavabdeh tərəfindən ilkin ödəniş olaraq 100 manat, 2022-ci ilin avqust ayında 50 manat, sentyabr ayında 50 manat, oktyabr ayında 50 manat, noyabr ayında 50 manat, dekabr ayında 50 manat, 2023-ci ilin yanvar ayında 50 manat və mart ayında isə 50 manat olmaqla, cəmi 350 manat ödəniş edilmiş, qalıq borcu 650 manat qalmışdır. Bundan sonra, aralarında olan razılaşmaya əsasən 24 dekabr 2022-ci il tarixdə 1650 manat dəyərində 583 əyyarlı 15 qram çəkidə qızıl qobağını 15 ay müddətinə, 24 dekabr 2022-ci il tarixdən 24 aprel 2024-cü il tarixədək hər ay 100 manat ödəmək şərti ilə Cavabdeh satmış, Cavabdeh tərəfindən ilkin ödəniş olaraq 200 manat, 2023-cü ilin yanvar ayında 100 manat, mart ayında 100 manat, may ayında 100 manat və iyun ayında 100 olmaqla, cəmi 400 manat ödəniş edilmiş, qalıq borcu 1050 manat qalmışdır. Cavabdehin ümumilikdə 1800 manat borcu qalmışdır. Dəfələrlə tələb etməsinə baxmayaraq, cavabdeh borc məbləğini ödəməkdən imtina etmişdir. Yaranmış vəziyyətdə məhkəməyə mürcaiət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək izahatında göstərmişdir ki, İddiaçı uzun müddətdir ki, tanıyır. 06 avqust 2022-ci il tarixdə İddiaçı 1100 manat dəyərində, 583 əyyarlı 10 qram çəkidə boyunbağı və 24 dekabr 2022-ci ildə 1650 manat dəyərində, 583 əyarlı 15 qram çəkidə qızıl qolbağı almışdır. 2750 manat dəyərində qızılzinət əşyaları üçün cəmi 950 manat məbləğində ödəniş etmişdir. Hazırda iddiaçıya 1800 manat borcu vardır. İddinın təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. İşə əlavə edilmiş 06 avqust 2022-ci il tarixli 971 nömrəli “Qızıl-zinət əşyasının alqısatqısı müqaviləsi” və “Ödəniş cədvəlin”dən görünür ki, İddiaçı 1100 manat dəyərində 583 əyyarlı 10 qram çəkidə boyunbağını 19 ay müddətinə, 06 avqust 2022-ci il tarixdən 06 aprel 2024-cü il tarixədək hər ay 50 manat ödəmək şərti ilə Cavabdeh satmış, Cavabdeh tərəfindən ilkin ödəniş olaraq 100 manat, 2022-ci ilin avqust ayında 50 manat, sentyabr ayında 50 manat, oktyabr ayında 50 manat, noyabr ayında 50 manat, dekabr ayında 50 manat, 2023-ci ilin yanvar ayında 50 manat və mart ayında 50 manat olmaqla, cəmi 350 manat ödəniş edilmiş, qalıq borcu 650 manat təşkil etmişdır. İşə əlavə edilmiş 24 dekabr 2022-ci il tarixli “Qızıl-zinət əşyasının alqı-satqısı müqaviləsi” və “Ödəniş cədvəlin”dən görünür ki, İddiaçı 1650 manat dəyərində 583 əyyarlı 15 qram çəkidə qızıl qobağını 15 ay müddətinə, 24 dekabr 2022-ci il tarixdən 24 aprel 2024-cü il tarixədək hər ay 100 manat ödəmək şərti ilə Cavabdeh satmış, Cavabdeh tərəfindən ilkin ödəniş olaraq 200 manat, 2023-cü ilin yanvar ayında 100 manat, mart ayında 100 manat, may ayında 100 manat və iyun ayında 100 olmaqla, cəmi 400 manat ödəniş edilmiş, qalıq borcu 1050 manat təşkil etmişdır. İşə əlavə edilmiş X1 X3 tərəfindən verilmiş 620-933 nömrəli Vəsiqədən görünür ki, İddiaçı AR Qanunvericiliyi ilə müəyyən olunmuş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. İşdə olan Cavabdeh ərizəsindən görünür ki, o, iddianı qəbul edir və təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh tərəfindən etiraf edildiyindən ilk növbədə iddianın etirafına qanunvericiliyin tələbləri baxımından qiymət verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən iddia tələbi cavabdeh tərəfindən etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etirafı göstərilir. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə veriməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.1-ci maddəsində əsasən cavabdehin iddianı etiraf etməsi bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 52.5-ci maddəsində göstərilmişdir ki, iddianın cavabdehlər tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Bununla əlaqədar olaraq məhkəmə iclasında aparılan araşdırmalar zamanı müəyyən olundu ki, cavabdeh tərəfindən iddianın etiraf olunması tərəflərin real və həqiqi vəziyyətinə uyğundur. Həmin etiraf başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh qızıl-zinət əşyasının nisyə alqı-satqısı nəticəsində ödənilməmiş 1800 manat məbləğində pul vəsaiti alınıb İddiaçı verilməlidir. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.2-ci bəndinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Ona görə də, 38 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinin tələblərinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh qızıl-zinət əşyasının nisyə alqı-satqısı nəticəsində ödənilməmiş 1800 (bir min səkkiz yüz) manat məbləğində pul vəsaiti alınıb İddiaçı verilsin. Cavabdeh 38 (otuz səkkiz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikası Mərkəzi Bankı - X2 ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-75/2024
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-75/2024
10.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver