Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-760/2023 08.12.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edib, onunla Maraqlı şəxs arasında M-00044 nömrəsi ilə qeydə alınmış mediator X2 iştirakı ilə mediasiya prosesində bağlanmış 18 aprel 2023-cü il tarixli Barışıq sazişinin təsdiq edilməsi, 21 fevral 2017-ci il təvəllüdlü X4 və 19 may 2018-ci il təvəllüdlü X1 üçün hər ay Maraqlı şəxs hər uşağa 50 manat olmaqla, cəmi 100 manat alimentin tutulub ona ödənilməsi yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, izahatında göstərmişdir ki, Maraqlı şəxs ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar. Birgə nikahlarından 21 fevral 2017-ci ildə Türkay və 19 may 2018-ci ildə Cahid adlı iki uşaqları doğulmuşdur. Aralarında olan narazılığa görə faktiki olaraq ayrılmışılar. “Nikahın pozulması, uşaqların ananın himayəsində qalması, aliment tələbinə dair” mülki mübahisə üzrə onunla Maraqlı şəxs arasında 18 aprel 2023-cü il tarixli “Barışıq sazişi” bağlanmış, sazişə əsasən Maraqlı şəxs birgə nikahdan doğulmuş 21 fevral 2017-ci il təvəllüdlü X4 və 19 may 2018-ci il təvəllüdlü X1 üçün 20213-cü ilin aprel ayından başlayaraq hər ayın 28-30 tarixlərində 100 manat məbləğində aliment ödəməyi öhdəsinə götürmüşdür. Lakin Maraqlı şəxs barışıq sazişinin şərtinə əməl etməmiş, hal-hazıradək heç bir ödəniş etməmişdir. Bu səbəbdən də, barışıq sazişinin məhkəmə qaydasında təsdiq edilməsi zərurəti yaranmışdır. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də, məhkəmədən ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs izahatında göstərmişdir ki, onunla Ərizəçi arasında M-00044 nömrəsi ilə qeydə alınmış mediator X2 iştirakı ilə mediasiya prosesində 18 aprel 2023-cü il tarixdə Barışıq sazişi balanmışdır. Barışıq sazişinin 3-cü bəndində əsasən o, uşaqlarının maddi təminatı üçün 2023-cü ilin aprel ayından başlayaraq hər ay ayın 28-30 tarixlərində bir uşağa 50 manat olmaqla, cəmi 100 manat məbləğində aliment ödəməyi öhdəsinmə götürmüşdür. Qeyd edilən Barışıq sazişi məhkəmə qaydasında təsdiq edildikdən sonra aliment ödəyəcəkdir. Odru ki, məhkəmədən barışıq sazişinin təsdiq olunmasını xahiş etmişdir. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 21 fevral 2017-ci ildə Göygöl rayonunda doğulmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qedyləri kitabında 27 aprel 2017-ci il tarixdə 71 nömrəli qeyd edilmişdir. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 19 may 2018-ci ildə Göygöl rayonunda doğulmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qedyləri kitabında 01 iyun 2018-ci il tarixdə 91 nömrəli qeyd edilmişdir. İşə əlavə olunmuş Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya sessiyasında bağlanmış 18 aprel 2023-cü il tarixli Barışıq sazişindən görünür ki, sazişin 1-ci bəndinə əsasən, tərəflər arasında bağlanmış müqaviləyə əsasən 05 aprel 2016-cıl il tarixli Daşkəsən rayon VVAQQ şöbəsi tərəfindən AZ-İİ№054977 ilə qeydiyyata alınmış nikah akt qeydinin pozulması ilə bağlı mübahisə yoxdur və məhkəmədə nikaha xitam verilməsinə 3 aylıq vaxtın verilməsini istəmirlər. Sazişin 2-ci bəndinə əsasən, ikinci tərəf övladları X4 (xx.xx.2017-ci il təvəllüdlü), X6 (xx.xx.2018-ci il təvəllüdül) birinci tərəfin himayəsində qalmasına razıdır. Sazişin 3-cü bəndinə əsasən, ikinci tərəf övladları X4 (xx.xx.2017-ci il təvəllüdlü) və X3 (xx.xx.2018-ci il təvəllüdül) saxlanılması üçün birinci tərəfə 2023-cü ilin aprel ayından etibarən, hər ayın 28-30 tarixində100 AZN məbləğində aliment ödəməyə razıdır. Ödənişin birinci tərəfə nağd şəkildə ödəniləcəyinə razılaşmışlar. Məhkəmə tərəflərin izahatlarını dinləyib, ərizəni və barışıq sazişini nəzərdən keçirib hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Həmin Qanunun 33.3-cü maddəsinə əsasən, barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 355- 23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-26.1-ci maddəsinə əsasən, barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” 23 dekabr 2021-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. İşin tədqiq edilmiş halları əsasında müəyyən edilmişdir ki, maraqlı şəxs mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişini imzalandığı 21 noyabr 2022-ci il tarixdən 10 gün müddətində könüllü şəkildə lazımınca icra etməmişdir. Bu halı təkzib edən hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı, barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina üçün əsaslar qanunvericiliklə nəzərdə tutulmuşdur. İmtina üçün qeyd edilən əsaslardan hər hansı biri iş materialları ilə müəyyən olunmur, habelə maraqlı şəxs sazişlə üzərinə götürdüyü öhdəliyin icrasından azad olunmasına dair sübut təqdim etməmişdir. Nəzərə alınmalıdr ki, tam fəaliyyət qabiliyyətli olan saziş tərəfləri iradələrini əks etdirən imzalarıyla sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşdüklərini bəyan etmişlər. Belə olan halda, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə alimentin tutulma müddətini araşdıraraq hesab edir ki, alimentin tutulma müddəti tərəflərin qarşılıqlı qaydada müəyyən etdiyi kimi 2023-cü ilin aprel ayından başlayaraq hər ayın 30-dən, 30 aprel 2023-cü il tarixdən başlanmalıdır. Belə ki, Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 355-23-355-26, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs, həmçinin mediator X2 iştirakı ilə bağlanılmış 18 aprel 2023cü il tarixli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin:
1. Maraqlı şəxs övladları 21 fevral 2017-ci il təvəllüdlü X4 və 19 may 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək maddi təmiantı üçün 30 aprel 2023-ci il tarixdən başlayaraq hesablanmaqla hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutularaq Ərizəçi ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim: Mustafa Mustafayev