Məhkəmə qərarları › İş №2(030)-85/2024

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-85/2024

13.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-85/2024 13.03.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı qaz sərfiyyatına görə müəyyən edilmiş əsassız borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh Şəmkir X5 İdarəsinin əməkdaşları tərəfindən evinə quraşdırılmış 10060153 zavod nömrəli G-4 markalı sonradan ödənişli qaz sayğacının hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşilməsi nəticəsində əsassiz olaraq ondan ödənilməsi tələb edilən 3150,40 manat məbləğində cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahatında göstərmişdir ki, Daşkəsən rayonun Zağalı kəndində yerləşən ailəsinə məxsus fərdi yaşayış evində ailə üzvüləri ilə birlikdə yaşayır. Evə Cavabdeh X7 İstisman İdarəsinin Şəmkir XS-nin TQQ və Daşkəsən Xidmət Sahəsində **********00010 abonent kodu ilə İddiaçı qeydiyyatda olan fərdi yaşayış evində xx.xx.2022-ci il tarixədək istismarda olmuş 10060153 zavod nömrəli, G4 markalı sonradan ödənişli qaz sayğacına Metrologiya Departamenti tərəfindən baxış keçirilmiş və sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşilməsi, müdaxilə edilməsi barədə akt tərtib edilmişdir. Həmin aktı iddiaçıya oxunmadan və tanış edilmədən iddiaçının gözündən şikəst olmasından (1-ci dərəcəl əlil) və görmə qabiliyyəti olmamasından istifadə edib sayğacı dəyişmək bəhanəsi ilə iddiaçını aldadaraq imza etdirmişlər. Həmin akt əsassız olaraq tərtib edilmişdir. Belə ki, qeyd olunan sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşilməsi iddiaçının və ailə üzvülərinin müdaxiləsi nəticəsində baş verməmişdir. Həmin sayğac iddiaçının evindən 200 metr aralı məsafədə küçədə quraşdırılmışdır. Sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi deşici alətlə deşilməsi kənar şəxsin müdaxiləsi nəticəsində və ya istismar müddəti keçdiyindən baş vermişdir. Qeyd etdiklərinə cavabdehin nümayəndələri tərəfindən əhəmiyyət verilməmiş və guya sərf edimiş qazın bərpası üçün 3150.40 manat məbləğində borcunun olması müəyyən edilmişdir. Halbuki, sayğac küçədə quraşdırıldığı üçün, onun sınması və ya sındırılmasına görə iddiaçı təqsirkar deyildir. Əgər cavabdehin əməkdaşları tərtib etdikləri aktda göstrərilən nöqsanlar iddiaçıya və onun ailə üzvülərinə aid idisə nə üçün sayğac labaratoriya müayinəsindən keçirilərkən iddiaçı dəvət edilməmiş, hətta sayğacın labaratoriya müayinəsindən keçirilməsindən iddiaçının xəbəri olmamışdır. Bu iddiaçıya və ailəsinə qarşı yönəldilmiş haqsızlıqdır. Ona görə də, heç bir halda məsuliyyət daşımır. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etdi. İşə əlavə edilmiş qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 13 oktyabr 2022-ci il tarixli ******* nömrəli aktın surətindən görünür ki, abonent kodu **********00010 olan İddiaçı məxsus Daşkəsən rayonu Qazaxyolçular kəndində yerləşən evinə quraşdırılmış Elster G-4 markalı, 10060153 nömrəli sayğac, “Zennis” G4 markalı, **********6 nömrəli sayğacla əvəzləşdirilmişdir. Qaz xəttində, sayğacda olan qaynaq və yivi birləşmələr təzyiq altında sabun köpüyü ilə yoxlanmış və heç bir sızma aşkar edilməmişdir. Quraşdırılan qaz sayğacı texniki qaydalara cavab verir. Qaz sayğacı abonentə təhvil verilmişdir. İşə əlavə edilmiş Şəmkir X6 İdarəsi tərəfindən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair 31 may 2023-cü il tarixli tələbnamədən görünür ki, sənaye və məişət qaz sayğaclarını kalibrləmə lsboratoriyasının Qaz sayğacının yoxlanılması aşkar edilməsi barədə 10 may 2023 tarixli 14-2-2/3-8-2959 №-li Akta əsasən G-4 markalı 10060153 №-li sayğaca ümumi baxış keçirlidi. Sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi deşici alətlə deşilib. Sayğac istismara yararsızdır, nətcədə qaz itkisi yaranmışdır. Mövcud sayğac qaz təsərrüfatının layihə-smeta və texniki icra sənədlərinin tələbinə uyğun yeni sayğacla əvəz edilsin. itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyan hesablansın və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlər icra olunsun. Dəymiş ziyanın bərpasına əsas Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qəran ilə təsdiq edilmiş “Qazdan istfadə Qaydaları”nın 1.3 bəndinə uyğun olaraq bağlanılmış qazın alqı-satqısı barədə müqavilənin 2.2 5-0 bəndinin (İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vezrfələrinən icra edilməməsi һəmin dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək) tələblərinə əsəsən, itirilmiş qaz bərpa edilsin. Əsəs: xx.xx.2023-ci il tarixli “AKT” № 0389875 Elster G-4 markalı sayğacın nominal saatlıq qaz sərfi 6 m3/saat orta günlük iş relimi 24 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. 6x24x180=25920m3 İşə əlavə edilmiş Cavabdeh etibarnamə üzrə nümayəndəsi Kamran Qasımovun məhkəməyə təqdim etdiyi etiraz ərizəsindən görünür ki, Daşkəsən rayon Məhkəməsinin icraatında olan 2(030)-85/2024 saylı mülki iş üzrə İddiaçı iddia ərizəsi ilə müraciət edərək 3150,40 manat (üç min yüz əlli manat qırx qəpik) borcun əsassız olduğu üçün ləğv olunmasını qeyd etmişdir. İş üzrə cavabdeh olaraq aşağıdalara əsasən iddia ərizəsinə etiraz edirlər. Belə ki, Daşkəsən rayonu Zağalı kənd sakini İddiaçı adına Şəmkir RQİİ-də qeydiyyatda olan təbii qaz sayğacına baxış keçirilən zaman sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşilməsi aşkarlanmışdır. Müdaxilə faktı barədə Daşkəsən XS-nin mütəxəssisləri tərəfindən iddiaçının iştirakı ilə (aktı imzalamaqdan imtina etmişdir) xx.xx.2023-cü il tarixli ******* nörrəli akt tərtib edilmişdir. Həmin akta əsasən iddiaçıya 25920 m3 təbii qaz sərfi — 3110,40 manat (üç min yüz on manat qırx qəpik ) dəymiş ziyan məbləği hesablanmışdır. “Qaz təchizatı haqqında” qanunun 3-cü madəsinin tələblərinə görə (3.1.) Qaz qurğularının tikintisi, qurulması, istismarı və işçi vəziyyətdə saxlanılması müvafiq tələblərə cavab verməlidir. (3.2.) Qaz qurğuları qazın atmosferə buraxılmamasını, onun təzyiqinin, temperaturunun tərkibinin və digər göstəricilərinin müvafiq tələblərə uyğunluğunu təmin etməli, başqa qurğu və əməliyyatların təhlükəli təsirindən mühafizə olunmalıdır. (3.3.) Əgər həqiqi və potensial təhlükələr yaranarsa, qaz qurğularının istismarçıları dərhal qaz təchizatçılarına, podratçılar və qaz istehsalı üzrə xüsusi icazəsi olan şəxslər isə müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidirlər. Həmin qanunun 4-cü maddəsinin 2-ci hissəsinə əsasənistehlakçı bu qanunun 3-cü maddəsinə müvafiq olaraq qaz qurğularının istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyır. Həmin qanunun 6-cı maddəsinin 2-ci hissəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğulardan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Borcun ödənilməsi barədə idarə rəhbərliyi tərəfindən həmin vətəndaşa dəfələrlə qanunun tələbləri izah edilməsinə baxmayaraq hal-hazıra qədər həmin məbləğ ödənilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 16cı maddəsinə əsasən:fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq məqsədilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formada sui-istifadə edilməsinə yol verilmir. Yenə həmin Məcəllənin 18-ci maddəsinə əsasən Mülki hüquqların müdafisi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-cü maddəsinin tələblərinə görə, (24.1) Azərbaycan Respublikası məhkəmələri, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq onların müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, pozulmuş və mübahisə edilən hüquq və azadlıqları müdafiə və təmin edir. Qeyd olunanlara əsasən, İddiaçı tərəfindən verilmiş iddia ərizəsinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. İşə əlavə edilmiş abonentin saldosundan görünür ki, abonent kodu **********00010 olan İddiaçı 2024-cü ilin fevral ayına 3147,55 manat məbləğində borcu yaranmışdır. İşə əlavə edilmiş Cavabdeh Şəmkir X6 İdarəsinin 25 iyun 2023-cü il tarixli 14-2-2- 13/2-A-342-5/2023-113 saylı müraciətə baxılmasının nəticəsi barədə məktubundan görünür ki, "itirilmiş qazın bərpası üçün aparılmış hesabat məbləği barədə” Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından, Birinci vitse-prez:dentinin Katibliyindən SOCAR a daxil olmuş və baxılması üçün Cavabdehnə ünvanlanmış 14-2/1A-342 6/2023- 4616 saylı 09 06.2023-cü İl tarixli və 14-2/1-A-342/2-5/2023-4663 saylı 14 06 2023-cü il tarixli eyniməzmunlu müraciətlərinizə baxıldıqdan sonra araşdınlması və oavablandırılması üçün X4 Qaz İstismarı İdarəsinə göndərilmişdir. Araşdırma zamanı İş üzrə toplanmış materiallar nəzərdən keçirilərkən məlum olmuşdur ki, Daşkəsən Xidmət Sahəsində **********00010 abonent kodu ilə adınıza qeydiyyatda olan fərdi yaşayış evində 13 10.2022-ci İl tarixədək istismarda olmuş 10060153 zavod nömrəli, G4 markalı sonradan ödənişli qaz sayğacına Metrologiya Departamenti tərəfindən baxış keçirilərkən MSK-14-2-2/3-6-2959 saylı akta əsasən, sayğaca (Sayğaca ümumi baxış keçirildi Sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi deşici alətlə dəşilib Sayğac istismara yararsızdır.) müdaxilə edildiyi müəyyən edilmişdir. Məlum müdaxilə halına görə Şəmkir XS-nin nümayəndələri tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” tərtib edilmiş ******* saylı akta əsasən, itirilmiş qazın bərpası üçün 25920 m? təbli qazın dəyəri olan 3110.40 manat məbləğində hesabat apanlaraq abonent kodunuzs daxil edilmişdir. Qeyd etmək istəyirik ki, hazırda itirilmiş qazın bərpası üçün hesabatı aparılmış 3110 40 manat və təbii qazdan İstifadəyə görə yaranmış 40.00 manat olmaqla abonent həsabınızdakı borc məbləği ümumilikdə 3150.40 manat təşkil edir. Qeyd olunan borc məbləği ödənilmədiyi təqdirdə Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli "80" saylı qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"-nın 2 nömrəli əlavəsinin 5.2ci bəndinə əsasən, iş üzrə toplanmış materiallar baxılması üçün Məhkəməyə təqdim edilə bilər. Məhkəmə iddiaçının etibarnamə üzrə izahatını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin faktiki hallarından göründüyü kimi, elektrik sayğacı İddiaçı məxsus Daşkəsən rayonu Qazaxyolçular kəndində yerləşən fərdi yaşayış evindən kənarda, yəni küçədə quraşdırılmış, sayğac köhnə tipli olduğu üçün iddiaçının iştirakı olmdan 13 oktyabr 2022-ci il tarixli ******* nömrəli akt əsasında Cavabdeh Şəmkir X5 İdarəsi tərəfindən müvafiq qaydada yenisi ilə əvəz edilmişdir. 31 may 2023-cü il tarixdə sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması aşkar edilmiş barədə 10 may 2023 tarixli 14-2-2/3-8-2959 №-li Aktına əsasən G-4 markalı 10060153 №li sayğaca ümumi baxış keçirlmiş, sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi deşici alətlə deşilməsi, sayğacın istismara yararsız olması, nətcədə qaz itkisinin yaranması barədə dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib edilmiş, xx.xx.2023-ci il tarixli ******* № Akta əsasən Elster G-4 markalı sayğacın nominal saatlıq qaz sərfi 6 m3/saat orta günlük iş relimi 24 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış, abonentin 6x24x180=25920m3 qaz sərfiyyatı hesablanmışdır. İddiaçı tərəfindən sayğaca müdaxilə edildiyi sübuta yetirilmədən abonent hesabına 3150,40 manat məbləğində borc yazılmışdır. Əhali abonentlərinin mənzillərində (evlərdə) qaz sayğacvlarının quraşdırılması və istismarı barədə məlumatın 1.7-ci bəndinə əsasən, mənzillərində (evlərdə) məişət tipli sayğacların (G-4, G-6 markalı) quraşdırılması, çıxarılması və dəyişdirilməsi işləri Cavabdeh İB-nin müvafiq struktur bölmələri tərəfindən, G-10 və böyük markalı qaz sayğaclarının quraşdırılması, çıxarılması və dəyişdirilməsi işləri isə “İnformasiya Texnologiyaları və Rabitə İdarəsi” tərəfindən yerinə yetirilir. Həmin məlumatın 1.8-ci bəndinə görə, sayğacların (plombların) quraşdırılması, çıxarılması və əvəz olunması ilə əlaqədar bütün hallarda “Qaz sayğacının quraşdırılması, çıxarılması və istismara qəbulu haqqında” nömrəli “AKT” tərtib edilir. Həmin məlumatın 2.1-ci bəndinə əsasən, sayğac, ona xidmət edilməsi və göstəricilərinin qeydə alınması mümkün olan, zədələnməsini istisna edən yerlərdə quraşdırılmalıdır. Sayğac şaquli vəziyyətdə qaz kəmərinə sərbəst, yəni hər hansı bir əlavə fiziki qüvvə istifadə edilmədən və yer səthindən sayğacın alt hissəsinə qədər 1,8-1,6 metr hündürlükdə quraşdırılmalıdır (Sayğacın zədələnmədən istisna hallarında quraşdırılma hündürlüyü nəzərə alınmalıdır). Həmin məlumatın 2.2-ci bəndinə görə, vibrasiyadan, titərişdən əmələ gələ bilən təsirdən və korroziyadan mühafizə məqsədi ilə sayğacın quraşdırılması sivarlara toxunmamaq şərti ilə aparılmalıdır (Quraşdırılan sayğacın divarla ara məsafəsi 3-5 sm olmalıdır). Həmin məlumatın 2.3-cü bəndinə əsasən, günəş şüalarının birbaşa düzdüyü yerlədə, açıq havada və ya kənar şəxslərin müdaxilə edə biləcəyi yerlərdə quraşdırılan qaz sayğacları xüsusi mühafizə qurusuna yerləşdirilməli və qutunun açarı abonentə təhvil verilməlidir. Həmin məlumatın 2.2-ci bəndinə görə, qaz sayğacları hündür mərtəbəli binalarda mənzillərin çıxışında (pilləkən qəfəsində) və açıq şəraitdəki eyvanlarda, fərdi evlərdə isə həyətdən kənarda mənzilin qaz xəttinin başlanğıcında (həyətə giriş qapısının yaxınlığında) quraşdırılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.7-ci bəndinə əsasən, Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmni Qanunun 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. “Qaz təchizatı haqqında” Qanunun 13.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması qaz paylayıcısının vəsaiti hesabına həyata keçirilir, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Göründüyü kimi, Qаydаlаrın 4.8-ci bəndinə əsаsən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarına görə iddiaçıya məxsus qaz sayğacında aşkar edilmiş qüsurların məhz iddiaçı tərəfindən yol verilmiş qanun pozuntusu nəticəsində baş verməsinə dair hər hansı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Belə ki, işdə olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 13 oktyabr 2022-ci il tarixli ******* nömrəli aktın surətindən görünür ki, abonent kodu **********00010 olan İddiaçı məxsus Daşkəsən rayonu Qazaxyolçular kəndində yerləşən evində quraşdırılmış Elster G-4 markalı, 10060153 nömrəli sayğac çıxarılmış əvəzinə “Zennis” G4 markalı, **********6 nömrəli sayğac quraşdırılmışdır. Sayğacın quraşdırılması səbəbi əvəzləmədir. Aktda digər qeydlər hissəsində yalnız kütləvi sözü yazılmışdır. Aktda çıxarılan sayğacda gözlə görünən hər hansı qüsurun olması barədə heç bir qeyd yoxdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 21-ci maddəsinin tələbinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək yuxarıda qeyd olunan maddi-hüquq normalarını rəhbər tutaraq hesab edir ki, qaz sayğacuçot dəstinin hesablama mexanizminin plastmas qapağının alt hissəsi deşici alətlə deşilib, mexanizmə müdaxilə olunmasında və istismara yararsız vəziyyətə salınmasında İddiaçı təqsirini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Ona görə də, İddiaçı qaz təhcizatı təşkliatına dəymiş ziyana görə cavabdehlik daşıya bilməz. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Şəmkir X6 İdarəsinin qaz satışı bazasında **********00010 saylı abonent kodu altında istehlakçı kimi qeydiyyatda olan Daşkəsən rayonu Qazaxyolçular kənd sakini İddiaçı hesablanmış 3150,40 manat məbləğində qaz sərfiyyatı üzrə debitor borcu silinməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. “Azəriqaz" X3 X6 İdarəsinin qaz satışı bazasında **********00010 saylı abonent kodu altında istehlakçı kimi qeydiyyatda olan Daşkəsən rayonu Qazaxyolçular kənd sakini İddiaçı hesablanmış 3150,40 manat məbləğində qaz sərfiyyatı üzrə debitor borc silinsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar