Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-86/2024 24.01.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 225 manat paltar və 426 manat mobil telefon olmaqla, cəmi 651 manat məbləğində pulunu alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianın həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 570 manat məbləğində pulunu alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahatlnda göstərmişdir ki, sahibkar kimi Daşkəsən şəhəri H.Əliyev küçəsində icarəyə götürdüyü mağazada mobil telefon, qızıl-zinət və geyim əşyalarının satışı ilə məşğul olur. Cavabdeh X4 uzun müddətdir ki, tanıyır. Təxminən 10 ay bundan əvvəl cavabdeh onun işlədiyi mağazaya gələrək geyim əşyaları, sensor saat və mobil telefon almaq istədiyini bildirmişdir. Cavabdehin ümumilikdə 570 manat məbləğində borcu qalmışdır. Dəfələrlə tələb etməsinə baxmayaraq, cavabdeh borc məbləğini ödəməkdən imtina etmişdir. Yaranmış vəziyyətdə məhkəməyə mürcaiət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə laızmi qaydada məlumat verilmiş cavabdeh X6 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş 20 mart 2021-ci il tarixli “Alqı-satqı müqaviləsi”və “Ödəniş cədvəlin”dən görünür ki, İddiaçı 540 manat dəyərində “APLE WATCH” markalı 2 ədəd sensor saatı 10 ay müddətinə, hər ay 54 manat ödəmək şərti ilə X1, X6 tərəfindən 2021-ci ilin aprel ayında 54 manat, may ayında 54 manat, iyun ayında 54 manat, iyul ayında 54 manat, avqust ayında 54 manat, sentyabr ayında 54 manat və oktyabr ayında 54 manat ödəniş edilmişdir. İşə əlavə edilmiş 26 fevral 2021-ci il tarixli “Kredit müqaviləsi” və “Ödəniş cədvəlin”dən görünür ki, İddiaçı 790 manat dəyərində “Samsung A 12” markalı mobil telefonu 12 ay müddətinə, hər ay 66 manat ödəmək şərti ilə X1, X6 tərəfindən 2021-ci ilin mart ayında 66 manat, aprel ayında 66 manat, may ayında 66 manat, iyun ayında 66 manat, iyul ayında 66 manat, avqust ayında 66 manat, sentyabr ayında 66 manat, oktyabr ayında 66 manat, noyabr ayında 66 manat və dekabr ayında 66 manat ödəniş edilmişdir. İşə əlavə edilmiş 25 aprel 2022-ci il tarixli “Kredit müqaviləsi” və “Ödəniş cədvəlin”dən görünür ki, İddiaçı 400 manat dəyərində “Redmi Not 7” markalı mobil telefonu 08 ay müddətinə, hər ay 50 manat ödəmək şərti ilə X1, X6 tərəfindən ilkin ödəniş olaraq 20 manat, 2022-ci ilin may ayında 50 manat ödəniş edilmişdir. İşə əlavə edilmiş X5 X9 tərəfindən verilmiş 620-933 nömrəli Vəsiqədən görünür ki, İddiaçı AR Qanunvericiliyi ilə müəyyən olunmuş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışında işin faktiki halları ilə müəyyən olunmuşdur ki, İddiaçı sahibkar kimi Daşkəsən şəhəri H.Əliyev küçəsində icarəyə götürdüyü mağazada mobil telefon, qızıl-zinət və geyim əşyalarının satışı ilə məşğul olur. Aralarında olan razılaşmaya əsasən İddiaçı 20 mart 2021-ci il tarixli “Alqı-satqı müqaviləsi”nə əsasən 540 manat dəyərində “APLE WATCH” markalı 2 ədəd sensor saatı 10 ay müddətinə, hər ay 54 manat ödəmək şərti ilə X1, X6 tərəfindən 2021-ci ilin aprel ayında 54 manat, may ayında 54 manat, iyun ayında 54 manat, iyul ayında 54 manat, avqust ayında 54 manat, sentyabr ayında 54 manat və oktyabr ayında 54 manat ödəniş edilmişdir. Bundan sonra, 26 fevral 2021-ci il tarixli “Kredit müqaviləsi”nə əsasən İddiaçı 790 manat dəyərində “Samsung A 12” markalı mobil telefonu 12 ay müddətinə, hər ay 66 manat ödəmək şərti ilə X1, X6 tərəfindən 2021-ci ilin mart ayında 66 manat, aprel ayında 66 manat, may ayında 66 manat, iyun ayında 66 manat, iyul ayında 66 manat, avqust ayında 66 manat, sentyabr ayında 66 manat, oktyabr ayında 66 manat, noyabr ayında 66 manat və dekabr ayında 66 manat ödəniş edilmişdir. Eyni zamanda, 25 aprel 2022-ci il tarixli “Kredit müqaviləsi”nə əsasən 400 manat dəyərində “Redmi Not 7” markalı mobil telefonu 08 ay müddətinə, hər ay 50 manat ödəmək şərti ilə X1, X6 tərəfindən ilkin ödəniş olaraq 20 manat, 2022-ci ilin may ayında 50 manat ödəniş edilmişdir. Hazırda cavabdehin iddiaçıya 570 manat məbləğində borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra AR MM) 671-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəlləsinin 600.1-ci maddəsinə görə, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən, öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Şərh olunanlar əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh X2 570 manat əsas borc alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.2-ci bəndinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Ona görə də, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinin tələblərinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh X2 mobil telefonun nisyə alqı-satqısı nəticəsində ödənilməmiş 570 (beş yüz yetmiş) manat məbləğində pul vəsaiti alınıb İddiaçı verilsin. Cavabdeh X2 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikası Mərkəzi Bankı - X7 ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev Məhkəmənin sədri vəzifəsini
Məhkəmə qərarları › İş №2(030)-86/2024
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-86/2024
24.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver