Məhkəmə qərarları › İş №2(031)-1004/2024

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-1004/2024

21.11.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-1004/2024 21.11.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərqaz İB-nin X4 İdarəsinin tərəfindən aparılmış yoxlamanın nəticələrinə dair komissiyanın qərarının və xx.xx.2019-cu il tarixdə ******* nömrəli akt əsasında yazılmış 1170 manat pulun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şabran şəhəri, Nizami küçəsi, ev 114-də yerləşən ev ona məxsusdur. Komunal xərclər onun adına gəlir. Evində quraşdırılan qaz sayğacının güya qapağının üst hissəsinin kəsilməsi, sayğacın zavod seriya nömrəsi yazılmış lövhənin yararsız vəziyyətdə olması barədə Azəriqazın əməkdaşları tərəfindən xx.xx.2019-cu il tarixdə ******* nömrəli akt yazılaraq 1170 manat cərimə edilmişdir. Hansı ki, onun sayğacı bayırda yerləşir, onun heçnədən xəbəri olmamışdır. Və əlavə olaraq hər hansı bir müdaxilə olunmamışdır. Bunu Qaz idarəsinin nəzarətçiləridə bilir. O, hər ay istifadə etdiyi qaz sərfiyatını ödəmişdir. Ödəniş etməyi barədə qəbzləri var. Ona görə də, məcbur olaraq məhkəməyə müraciət etmişdir. Cavabdeh nümayəndəsi Bahadır Seyfullayev etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, etirazını onunla əsaslandırmışdır ki, abonent İddiaçı qaz xətlərinə, qaz sayğacına və qaz işlədici cihazlarına 06 derkabr 2018-ci il tarixdə Xaçmaz RQİİ-nin İstehlakçılara satılan qaza Nəzarət şöbəsinin və Şabran xidmət sahəsinin satış xidmətiin işçiləri tərəfindən baxış keçirilmişdir. Baxış zamanı İddiaçı evinin qaz xəttinin üzərində quraşdırılmış sayğacın plastmas qapağının yan tərəfindən üst hissəsinin kəsik olduğu aşkar edilmişdir. Buna görə də sayğac xətdən açılaraq növbədən kjənar dövlət yoxlamasına göndərilmişdir. Bu barədə tərtib edilmiş xx.xx.2018-ci il tarixli ******* nömrəli aktı abonent İddiaçı heç bir irad bildirmədən imzalamışdır. Laboratoriyada ******* nömrəli sayğac yoxlamadan keçirilərkən “sayğacın qapağının üst hissəsi kəsilib, zavod seriya nömrəsi yazılmış lövhə yararsız vəziyyətdədir” rəyi verilmişdir. Bu rəyə əsasən sayğaca müdaxilə edildiyi və istismara yararsız olduğu müəyyən edilmişdir. Abonent İddiaçı barəsində xx.xx.2019-cu il tarixli ******* saylı “Təbii qazdan istifadə Qaydaları”nm pozulması haqqında akt tərtib edilərək 11700 m3 və ya 1170 manat itirilmiş qazm ziyanı onun abonent koduna işlənilmişdir. İddiaçı qanunsuz yolla təbii qazdan istifadə etməsi halının aşkarlanması laboratoriyada sayğacın yoxlanmasına dair tərtib edilmiç rəy ilə təsdiq olunmuşdur. İddiaçı barəsində tərtib edilmiş akta əsasən hesablanmış 1170 manat ziyan məbləği haqqında abonentə 2019-cu ilin dekabr ayında bildiriş verilmiş, abonent İddiaçı ziyanı etiraf etmiş və tərəddüd etmədən həmin məbləği dərhal abonent koduna köçürmüşdür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3 bəndinə uyğun olaraq abonentlə qazpaylayıcı arasında bağlanmış qazın alqı-satqısı haqqında müqavilənin 2.2.5-ci bəndinə əsasən Qazpaylayıcı İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində, habelə abonentlə bağlanmış Müqavilə iizrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək hüququna malikdir. Bütün bunlardan əlavə olaraq bildirirəm ki, hal-lıazırda İddiaçı təbii qazdan istifadəyə görə Cavabdeh İB-nə borcu yoxdur. Əgər iddiaçı 2019-cu ildə ödəniş etdiyi pulun qaytarılması tələbini qoyarsa, cavabdeh tərəf kimi iddia müddətinin tətbiq edilməsi barədə ərizəni məhkəməyə təqdim edəcəyik. Belə ki, Azərbaycan Respublikası MM-nin 373.2 maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti də üç ildir. Bununla da aydın olur ki, iddiaçının tələbi Qanuna, sübut və dəlillərə əsaslanmır, oğlunun öz şəxsi mülahizələrinə və fərziyyələrinə uyğun irəli sürdüyü fikirləridir. Yuxarıda göstərilənlərə görə İddiaçı iddia tələbi əsassız sayılmalı və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, bildirmişdir ki, müvafiq cərimə borcu onun tərəfindən ödənilmişdir. Hazırda həmin pulun ona qaytarılmasını istəyir. Bu səbəbdən borcun silinməsi ilə bağlı iddiasının təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X3 məhkəmə iclasında bildirdi ki, İddiaçı məhkəməyə müraciət edərək 1170 manat məbləğində pulun abonent kodundan silinməsini xahiş etmişdir. Abonentin saldosundan görünür ki, İddiaçı Cavabdehnə borcu yoxdur. 2019-cu il tarixdə abonent tərəfindən həmin borc ödənilmişdir. Bu səbəbdən də, xahiş edir, iddia əsassız olduğundan təmin edilməsin. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, Cavabdeh X4 İdarəsi ilə İddiaçı arasında müqavilə bağlanmış və müqaviləyə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricilərinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. - Cavabdeh tərəfindən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair 29 mart 2019-cu il tarixli tələbnamədən görünür ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən 11700 kub metr itirilmiş qazın bərpa edilməli olması qeyd olunmuşdur. - Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli ******* saylı aktdan görünür ki, qaz sayğacının qapağının üst hissəsi kəsilmiş, sayğacın zavod seriya nömrəsi yazılmış lövhə yararsız vəziyyətə düşməsi aşkar edilmişdir. - Abonentin Saldosundan görünür ki, abonent (**********02680) İddiaçı qazdan istifadə etdiyinə görə borcu yoxdur. “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat(hesab) təqdim etməlidir(göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; Məhkəmə baxışında iş materiallarından, tərəflərin izahatlarından müəyyən edildi ki, İddiaçı barəsində tərtib edilmiş akta əsasən hesablanmış 1170 manat ziyan məbləğini 2019-cu il tarixdə ödəmiş, və işdə olan Abonentin Saldosundan görünür ki, abonent (**********02680) İddiaçı qazdan istifadə etdiyinə görə borcu yoxdur. Belə olan halda, borc məbləği ödənildiyindən və abonentin saldosundan borcun olmaması aşkar olduğundan, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdehnə qarşı əsassız olaraq hesablanmış ziyanın silinməsi tələbi barədə iddiası təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Könül Mirzəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar