Azərbaycan Respublikası adından QƏRARDAD Şabran şəhəri İş № 2(031)-110/2025 07.07.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə, Ərizəçi Şabran rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik üzrə daimi komissiyanı maraqlı şəxs qismində cəlb elədiyi “şəxsin fəaliyyət qabiliyyətli olmaması” barədə ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Şabran rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik üzrə daimi komissiyanı maraqlı şəxs qismində cəlb elədiyi “şəxsin fəaliyyət qabiliyyətli olmaması” barədə ərizə ilə xx.xx.2024-cü il tarixdə Şabran Rayon Məhkəməsinə müraciət etmişdir. Yuxarıda qeyd edilmiş ərizə üzrə mülki işə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxılması xx.xx.2025-ci il tarixə, saat 11:00a təyin edilmiş, iş üzrə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmış Ərizəçi və Şabran rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik üzrə daimi komissiyası məhkəmə iclasına gəlməmişlər, nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etməmişlər, hansı səbəbdən məhkəmə iclasında iştirak etməmələri barədə məlumat verməmişlər və onlardan işə baxılmasının təxirə alınmasına dair vəsatət daxil olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli, 3 nömrəli Qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə Ərizəçi və Şabran rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik üzrə daimi komissiyanı işə onların iştirakı olmadan baxılmasını xahiş etməmələri və məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırıldıqlarına baxmayaraq məhkəmə iclasına gəlməmələri səbəblərindən ərizə baxılmamış saxlanılmalı və ərizəçi tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu (mədaxil qəbz nömrəsi: **********) ona geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən, həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi Şabran rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik üzrə daimi komissiyanı maraqlı şəxs qismində cəlb elədiyi “şəxsin fəaliyyət qabiliyyətli olmaması” barədə ərizəsi baxılmamış saxlanılsın. Ərizə və ona əlavə olunmuş sənədlər ərizəçiyə geri qaytarılsın. Ərizəçi tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu (mədaxil qəbz nömrəsi: **********) ona geri qaytarılsın. Tərəflərə izah edilsin ki, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məlumat verməmələrinin üzürlü səbəbdən baş verməsi haqqında sübutlar təqdim edərlərsə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barədə qərardad ləğv oluna bilər. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində “Elektron Məhkəmə İnformasiya sistemi” - ndə yaradılmış elektron kabinet vasitəsi ilə Şabran Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(031)-110/2025
Şabran Rayon Məhkəməsi Qərardad — İş №2(031)-110/2025
07.07.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver