Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-1158/2025 16.12.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhərrəmov Tariyel Aydın oğlunun katibliyi, Ərizəçi X1 iştirakı ilə, Ərizəçi X1 Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair mülki işə Şabran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi X4 Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Rusiya Federasiyası, Həştərxan Vilayəti, Həştərxan şəhər “Məhkəmə tibbi ekspertiza Bürosu tərəfindən verilmiş 12 seriyalı ********* nömrəli, xx.xx.2025-ci il tarixli “X11 Şəhadəlnamə”də Saric Mütəllimovun ata adı Seymid əvəzinə Seymur yazıldığından həmin hüquqmüəyyənedici sənədin X5 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, X7 onun həyat yoldaşıdır. O, xx.xx.2025-ci il tarixdə Rusiya Federasiyası Həştərxan Vilayəti, Həştərxan şəhərində ölmüşdür. Meyidi Azərbaycana gətirilib dəfn edilmişdir. Rusiya Federasiyası, Həştərxan Vilayəti, Həştərxan şəhər “Məhkəmə tibbi ekspertiza Bürosu tərəfindən verilmiş 12 seriyalı ********* nömrəli, xx.xx.2025-ci il tarixli “X11 Şəhadətnamə” də Saric Mütəllimovun ata adı Seymid əvəzinə Seymur yazılmışdır. Bu səbəbdən də Maraqlı şəxsndən ölüm haqqında şəhadətnamə ala bilmirlər. Ona görə də məhkəməyə müraciət etmişdir. Ərizəçi X4 məhkəmə iclasında ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə analogiya tətbiq edərək, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 305.1.1, 307.1, 307.2.5, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, İE seriyalı 118940 saylı evlənmə haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə Mürsəliyeva (Mütəllimova) Mapəri Həmid qızı 11 yanvar 1954-cü ildə nikahlarını rəsmi qeyd etdirmişlər. İş materiallarında olan AZ seriyalı ******* saylı doğum haqqında şəhadətnamədən görünür ki, X6 ilə X2 birgə nikahlarından xx.xx.1966-cı ildə X7 anadan olmuşdur. İş materiallarında olan Rusiya Federasiyası, Həştərxan Vilayəti, Həştərxan şəhər “Məhkəmə tibbi ekspertiza Bürosu tərəfindən verilmiş 12 seriyalı ********* nömrəli, xx.xx.2025-ci il tarixli “X11 Şəhadətnamə” də Saric Mütəllimovun ata adı Seymid əvəzinə Seymur yazılmışdır. İş materiallarında olan İV-JQ seriyalı 489376 saylı nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X7 ilə Hacıyeva (Mütəllimova) Pərvanə Səməd qızı 26 iyul 1989-cu ildə nikahlarını rəsmi qeyd etdirmişlər. İş materiallarında olan AZE seriyalı 08487199 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1966-cı ildə Dəvəçi rayonu Zarat kəndində anadan olmuş, Şabran şəhəri, V.Abdullayev küçəsi ev 27-də qeydiyyatdadır. Məhkəmənin gəldiyi qənaətə görə, iş materiallarının məcmusu ərizənin əsaslılığını təsdiq etmişdir. Belə olduğu halda, məhkəmə hesab edir ki, ərizə əsaslı və qanuni olub təmin edilməlidir. Ərizəçi X1 həyat yoldaş X7 xx.xx.1966-cı il tarixində Dəvəçi rayonu Zarat kəndində anadan olmuş, atası X6, anası X3r. Rusiya Federasiyası, Həştərxan Vilayəti, Həştərxan şəhər “Məhkəmə tibbi ekspertiza Bürosu tərəfindən verilmiş 12 seriyalı ********* nömrəli, xx.xx.2025-ci il tarixli “X11 Şəhadətnamə” də Saric Mütəllimovun ata adı Seymid əvəzinə səhv olaraq Seymur kimi yazılmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamədə, nikah haqqında şəhadətnamədə, şəxsiyyət vəsiqəsində Saric Mütəllimovun ata adı Seymid olaraq qeyd olunmuşdur. Ona görə də, Rusiya Federasiyası, Həştərxan Vilayəti, Həştərxan şəhər “Məhkəmə tibbi ekspertiza Bürosu tərəfindən verilmiş 12 seriyalı ********* nömrəli, xx.xx.2025-ci il tarixli “X11 Şəhadəlnamə”də Saric Mütəllimovun ata adı Seymid əvəzinə Seymur yazıldığından həmin hüquqmüəyyənedici sənədin X5 məxsus olması faktının müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 307-311-ci və 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. Rusiya Federasiyası, Həştərxan Vilayəti, Həştərxan şəhər “Məhkəmə tibbi ekspertiza Bürosu tərəfindən verilmiş 12 seriyalı ********* nömrəli, xx.xx.2025-ci il tarixli “X11 Şəhadəlnamə”də Saric Mütəllimovun ata adı Seymid əvəzinə Seymur yazıldığından həmin hüquqmüəyyənedici sənədin X5 məxsus olması faktı müəyyən edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(031)-1158/2025
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-1158/2025
16.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver