Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-1215/2025 13.01.2026 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Tariyel Aydın oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Azəriqaz İB X3 İdarəsinin heç bir əsas olmadan hesablanmış 518,40 (beş yüz on səkkiz manat qırx qəpik) manat məbləğində pulun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “Azəriqaz İB X3 İdarəsinin heç bir əsas olmadan hesablanmış 518,40 (beş yüz on səkkiz manat qırx qəpik) manat məbləğində pulun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azəriqaz İB-nin Xaçmaz rayon Qaz İdarəsi tərəfindən aparılmış yoxlamanın nəticələrinə dair komissiyanın qərarının və xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında yazılmış cəmi 518,40 manat pulun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Şabran şəhəri, M. Əsədov küçəsi, ev 56 ünvanda yaşayır. ünvan 1 Kommunal xərclər onun adına gəlir. Evdə guya sayğacın çıxış plastmas borusunun deşilməsi barəsində Azəriqaz İB-nin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixində ******* nömrəli akt yazılmış və o, cəmi 518,40 (beş yüz on səkkiz manat qırx qəpik) manat cərimə edilmişdir. Hansı ki, iddiaçının evində quraşdırılmış sayğac bayırda yerləşir və onun da heç nədən xəbərim olmayıb. Əlavə olaraq sözü gedən sayğaca da hər hansı bir müdaxilə olunmayıb. Bunu qaz idarəsinin nəzarətçiləri də bilir. İddiaçının sayğacında göstərilən nöqsanlar olmadığı üçün dəfələrlə Azəriqaz İB-nə müraciət də edilib. Lakin cavabdeh tərəf hər dəfə bir bəhanə gətirərək əsaslı cavab verməkdən yayınmış, iddiaçıya haqsız yerə yazılan cəriməni silməkdən boyun qaçırmışdır. Hətta iddiaçının yaşadığı küçənin nəzarətçilərinə də bu barədə dəfələrlə məlumat verilmişdir. İddiaçı hər ay istifadə etdiyim qaz sərfiyatını ödəmişdir. Ödəniş etməsi barədə qəbzləri də var. Hal-hazırda sayğacda göstərildiyi göstərişə əsasən heç bir borcu da yoxdur. xx.xx.2023-cü il tarixində ******* nömrəli akt əsassız yazılıb. Akt yazılarkən iddiaçının xəbəri olmayıb. Evə bildiriş gəlib ki, iddiaçının Azəriqaz İB-nə 518,40 (beş yüz on səkkiz manat qırx qəpik) manat borcu var. Halbuki iddiaçının qaz borcu yoxdur. İddiaçının evinə baxış keçirilsə evində olan sayğacın düzgün işlədiyi, həmin sayğaca heçinə qoşulmadığı, habelə heç bir əlavə istifadə olmadığı aşkar edilə bilər. İddiaçı bu borcla bağlı Aəriqaz İB X4 İstismar İdarəsinə müraciət etsə də hələ də əsassız yerə yazılan borc silinməyib. Beləliklə xx.xx.2023-cü il tarixində Azəriqazın əməkdaşları tərəfindən yazılan ******* nömrəli akt cavabdehin əməkdaşları tərəfindən yazılmışdır. Lakin qaz xəttindən hansı səbəbdən kənar qaz xəttinə qoşularaq qazdan istifadə edilməmiş və iddiaçı üçün əsassız borc hesablanmışdır. Halbuki, iddiaçı hər ay nəzarətçinin ona dediyi borcu vaxtı-vaxtında ödəmiş, qəbzləri də var. Tərəfin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll - etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla ekspertlərin rəyləri ilə yerində müayinə keçirməklə səs və video yazıları ilə şahidlərin ifadələri ilə işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Lakin iddiaçının evində quraşdırılmış sayğac açılıb götürülərkən bunların heç biri olmayıb, habelə onun qanunsuz qazdan istifadə etməsi barədə heç bir əsas da əldə olunmayıb. İddiaçı məhkəməyə ərizə vasitəsi ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək onların iştirakı olmadan işə baxılmasını xahiş etmiş və iddianı qəbul etmədiklərini bildirmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “Azəriqaz İB X3 İdarəsinin heç bir əsas olmadan hesablanmış 518,40 (beş yüz on səkkiz manat qırx qəpik) manat məbləğində pulun silinməsi” tələbinə dair iddiası təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Cavabdeh tərəfindən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən 4320 kub metr itirilmiş qazın bərpa edilməli olması qeyd olunmuşdur. - Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, sayğacın çıxış plastmas borusunun deşilməsi aşkar edilmişdir. - Abonentin Saldosundan görünür ki, abonent (**********00330) İddiaçı qazdan istifadə etdiyinə görə 2025-ci ilin oktyabr ayına cəmi – 982,30 manat məbləğində borc hesablanmışdır. Məhkəmə göstərilənlərə əsasən qeyd edir ki, Cavabdeh iddiaçının sayğacdan kənar qeyri-qanuni olaraq qaz xəttinə qoşularaq qazdan istifadə etməsinə dair hər hansı sübut təqdim edilməmiş, həmçinin hesablanmış borcun qanuni əsaslarla yazılmasına dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir mötəbər yazılı sübut təqdim edilməmişdir. Eyni zamanda, iddiaçının sayğacdan kənar qeyri-qanunui olaraq qaz xəttinə qoşulmasını sübut edəcək video görüntü cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Odur ki, iddiaçının abonent hesabına xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında 518,40 manat borcun yazılması əsassız və qanunsuz olmuşdur. Belə ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat(hesab) təqdim etməlidir(göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.6.-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Həmin Qaydaların 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; Həmin Qaydaların 6.6-cı maddəsinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir; Həmin Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə qeyd edir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində istehlakçı kimi iddiaçının hüquqları pozulmuşdur, qanunun tələbinə görə istehlakçı kimi iddiaçıdan istifadə etmədiyi təbii qaza görə haqq tələb edilə bilməz. İstifadə etmədiyi təbii qaza görə cavabdehin qanunsuz hesabladığı borc məbləği istehlakçı kimi iddiaçının abunə kodundan silinməlidir. Habelə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən əgər istehlakçı ilə qazın verilməsi haqqında bağlanmış müqavilədə fasilə nəzərdə tutulmayıbsa, qazın verilməsi fasiləsiz həyata keçirilir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “Azəriqaz İB X3 İdarəsinin heç bir əsas olmadan hesablanmış 518,40 (beş yüz on səkkiz manat qırx qəpik) manat məbləğində pulun silinməsi” tələbi üzrə məhkəmədə, sübut etmə yükünü daşıyan Cavabdeh nümayəndəsi məhkəmə iclasında iddiaçının sayğacdan kənar qeyri-qanunui olaraq qaz xəttinə qoşularaq qazdan istifadə etməsinə dair hər hansı bir mötəbər sübutu və ya sənədi təqdim edə bilmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Nəhayət, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməklə, Cavabdeh X4 istismarı İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə İddiaçı adına hesablanmış 518,40 manat borc silinməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X4 istismarı İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə İddiaçı adına hesablanmış 518,40 (beş yüz on səkkiz manat qırx qəpik) manat borc silinsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(031)-1215/2025
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-1215/2025
13.01.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver