Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-1268/2025 28.01.2026 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, İddiaçı nümayəndəsi X3 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Xaçmaz X4 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, ******* saylı akt üzrə ona hesablanmış 1270,08 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında yaşayır. Mütəmadi olaraq sayğac əsasında hesablanmış qazdan istifadəyə görə borclarını ödəmişdir. 17 yanvar 2022-ci il tarixdə Cavabdeh Xaçmaz X4 İdarəsinin işçiləri onun istifadə etdiyi qaz xəttinə baxaraq güya smart tipli 14036460 nömrəli qaz sayğacına müdaxilə edilməsini, sayğacdan kənar qeyri-qanuni qaz xətti ilə qazdan istifadə etdiyi aşkar etmişdirlər və bu barədə xx.xx.2022-ci il tarixli, ******* saylı akt tərtib edərək 1270,08 manat məbləğində ziyan hesablamışdırlar. Bildirir ki, qeyd olunan qaz sayğacı cavabdeh tərəfindən cavabdeh təşkilatın cavabdehlik daşıdığı ərazidə quraşdırıldığından sağyacla əlaqəli nöqsan və çatışmazlıqlardan ötrü istehlakçı məsuliyyət daşıya bilməz. Bundan başqa cavabdeh təşkilatın əməkdaşları tərəfindən sayğacdan kənar hər hansı formada təbii qazdan istifadə faktı müəyyən edilməmiş, hər hansı qanunsuz xəttin mövcud olduğu yer, qoşulma sxemi, sayğaca qədər və ya sayğacdan sonrakı məsafədə, həmin xəttin uzunluğu, birləşmə sxemi, ümumiyyətlə həmin xəttin mövcud olub-olmaması barədə heç bir fakt aşkar edilməmiş, akt formal mülahizələr əsasında tərtib edilmişdir. Ona bir yazılmamış vərəqə imza etdirmişdirlər, o, oxumadan imza etmiş, bu yolla itirilmiş qazın dəyəri hesablanaraq onun abonent koduna vurulmuşdur. Qaz sayğacı evdən kənarda quraşdırıldığından, həmin sayğacın kənar müdaxilələrdən güdülməsi qeyri-mümkün olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsa da, iclasda nümayəndəsinin iştirakını təmin etməmiş və etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı abonent (**********01050) hesabına hesablanmış 1270,08 manatın 943,64 manat hissəsi silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə xx.xx.2022-ci il tarixli, 10782 nömrəli müqavilədən görünür ki, Cavabdeh X6 İdarəsi ilə İddiaçı arasında müqavilə bağlanmış və müqaviləyə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricilərinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair 31 yanvar 2022-ci il tarixli tələbnamədən görünür ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı akta əsasən 10584 kub metr itirilmiş qazın bərpa edilməli olması qeyd olunmuşdur. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı aktdan görünür ki, abonentin təbii qazdan qeyri-qanuni rezin boru vasitəsi ilə sayğacdan əvvəl qazdan istifadə etdiyi müəyyən edilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, abonent (**********01050) İddiaçı qazdan istifadə etdiyinə görə 1270,08 manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində X1 Agentliyinin Xaçmaz filialı tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli rəydən görünür ki, Cavabdeh İB-nin X6 İstismar idarəsinin nümayəndələri tərəfindən Şabran şəhəri, H. Əliyev küçəsində yerləşən İddiaçı məxsus fərdi yaşayış evində sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunduğuna görə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt tərtib edilərək itirilmiş qazın bərpası məqsədilə 10584 m3 hesabat aparılmışdır. Beləliklə, İddiaçı barəsində dəymiş ziyanın hesablanmasının mövsümi olaraq istifadə olunan cihazlar üçün aşağıdakı qaydada hesablanması məqsədə müvafiqdir. 1 ədəd PQ-3 qaz plitəsinin saatlıq qaz sərfi 0,8 m3 x 6 saat x 90 gün x 0,12 man. = 51,84 man, 1 ədəd su qızdırıcı kombi 24kw saatlıq qaz sərfi 1,6 m3 x 12 saat x 77 gün x 0,12 man =177,4 man., 1 ədəd QSQ-nin saatlıq qaz sərfi 1.5 m3 x 6 saat x 90 gün x 0,12 man = 97,20 man. olmaqla, cəmi 326,44 manat. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 6.5-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Həmin qaydaların 6.5-1.-ci bəndinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü (6.5-1.1.); əvvəlki dövrün orta gündəlik qaz sərfi (6.5-1.2.); istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası (6.5-1.3.). Həmin Qaydaların 6.5-3.-ci bəndinə əsasən istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçı tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması ilə bağlı xx.xx.2022-ci il tarixli, ******* saylı akt tərtib olunsa da, onun təqsirli olmasına dair müvafiq orqanın qanuni qüvvəyə minmiş qərarının olması müəyyən edilməməkdədir. Eyni zamanda cavabdeh təşkilat tərəfindən isə qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixi ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası cavabdeh təşklatın “Qazdan istifadə qaydaları”nın 6.5-3-cü bəndinə əsasən qazdan istifadə müddətinin on iki ay müddəti ilə, o cümlədən sutkanın iyirmi dörd saatı nəzərə alınmaqla itirilmiş qaz həcmini müəyyən etməsini əsaslı hesab etməmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının bütün qaz qurğularından günün 24 saat fasiləsiz istifadə etməsi ağlabatan və inandırıcı olmamaqla, 24 saat vaxt hesabı ilə zərər məbləğinin müəyyən edilməsi də əsassız olmuşdur. Halbuki, “Qazdan istifadə Qaydaları”nın 6.5-3-cü bəndində istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı nəzərə alınmaqla qaz paylayıcısına vurulmuş zərərin hesablanmalı olması nəzərdə tutulmuşdur. Məhkəmə cavabdeh tərəfindən qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixi ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməməsini və “Qazdan istifadə Qaydaları”nın 6.5-3-cü bəndindin tələbini nəzərə alaraq hesab edir ki, iddiaçının qaz xəttinə qoşulmaqla, cavabdeh təşkilata vurduğu zərər məbləği 90 günlük müddət üçün və sutkanın on iki saatı nəzərə alınmaqla müəyyən edilməlidir. Belə olduğu təqdirdə isə cavabdehə vurulmuş zərər məbləğinin 326,44 manat (1 ədəd PQ-3 qaz plitəsinin saatlıq qaz sərfi 0,8 m3 x 6 saat x 90 gün x 0,12 man. = 51,84 man, 1 ədəd su qızdırıcı kombi 24kw saatlıq qaz sərfi 1,6 m3 x 12 saat x 77 gün x 0,12 man =177,4 man., 1 ədəd QSQnin saatlıq qaz sərfi 1.5 m3 x 6 saat x 90 gün x 0,12 man = 97,20 man. olmaqla, cəmi 326,44 manat) olduğu müəyyən edilmişdir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh İB tərəfindən xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında hesablanmış 1270,08 manat zərər məbləğinin 943,64 manatı iddiaçıya məxsus **********01050 saylı abonent hesabından silinməli, 326,44 manat məbləğində borc İddiaçı abonent kodunda saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda olduqda, 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddia qiyməti 943,64 manat olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İB tərəfindən xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında hesablanmış 1270,08 manat zərər məbləğinin 943 (doqquz yüz qırx üç) manat 64 (altmış dörd) qəpik iddiaçıya məxsus **********01050 saylı abonent hesabından silinsin, 326 (üç yüz iyirmi altı) manat 44 (qırx dörd) qəpik məbləğində borc İddiaçı abonent kodunda saxlanılsın. Cavabdehndən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Könül Mirzəfərova
Məhkəmə qərarları › İş №2(031)-1268/2025
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-1268/2025
28.01.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver