Məhkəmə qərarları › İş №2(031)-133/2021

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-133/2021

12.02.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-133/2021 12.02.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə ƏRİZƏÇİ: İddiaçı M/TƏRƏF: Şabran rayon Notariat Ofisi Mirasın qəbul edilməsi müddətinin uzadılması tələbinə dair iddiasına məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək valideynləri X9 və X1 qalmış mirasın qəbul edilməsi müddətinin üzrlü hesab edilməklə uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi İddiaçı məhkəmə iclasında ərizəni müdafiə edərək bildirdi ki, X13 atasıdır. Atası xx.xx.2003-cü ildə vəfat etmişdir. X6 isə onun anasıdır, anası xx.xx.2005-ci ildə vəfat etmişdir. Atasından və anasından miras olaraq torpaq sahəsi qalmışdır. Vaxtında vərəsəlik şəhadətnaməsi ala bilməmişlər. Bu səbəbdən onların pay torpaq sahəsinə istədikləri kimi sərəncam verə bilmirlər. Bu barədə, yəni valideynlərindən miras qalmış torpaq sahəsinin onların adlarına rəsmiləşdirilməsi barədə Şabran rayonu Dövlət Notariat Ofisinə müraciət etmişlər. Notariat Ofisi tərəfindən bildirilmişdir ki, mirasın qəbul edilməsi müddəti qurtarmışdır, mirasın qəbul edilməsi müddətinin uzadılması ancaq məhkəmə qaydasında olmalıdır. Miras torpaq sahəsi onun istifadəsində olduğundan bu vaxta kimi notariat kontoruna mirasın qəbulu ilə əlaqədar müraciət edilməmişdir. Ona görə də hazırda mirasın qəbul etməsi müddətinin uzadılması barədə məhkəməyə müraciət etmişdir. Xahiş edir, valideynləri X9 və X1 qalmış mirasın qəbul edilməsi müddətinin üzrlü hesab edilməklə uzadılması barədə qətnamə çıxarılsın. İş üzrə maraqlı tərəf Şabran rayon Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məlum olmayan səbəbdən məhkəmə iclasına gəlmədiyindən məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş AZ-İ seriyalı 037206 saylı və AZ-İ seriyalı 143392 saylı ölüm haqqında şəhadətnamələrdən görünür ki, X13 xx xxxxxx 2003-cü ildə, X6 xx xxxx 2005-ci ildə ölmüşlər. İşə əlavə edilmiş İ-İE seriyalı 603837 saylı, AZ seriyalı ******* saylı, V-JQ seriyalı 409650 saylıAZ seriyalı ******* saylı doğum haqqında şəhadətnamələrdən və AZE seriyalı 07374755 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 və X2 birgə nikahlarından xx xxxx 1959-cu ildə Gülsurə, xx xxx 1966-cı ildə Sədyar, xx xxxxxx 1978-ci ildə Bahadur, xx xxxxxx 1969-cu ildə İlahə və xx xxxxx 1974-cü ildə Gülbahar adlı uşaqları olmuşdur. İşə əlavə edilmiş AZ-İ seriyalı 330994 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X5 ilə X4 arasında bağlanmış rəsmi nikahları xx xxx 2020-ci ildə ləğv edilmişdir. İşə əlavə edilmiş Şabran rayon İHB-nın şabran şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 2758 saylı arayışdan görünür ki, mərhum X13 xx.xx.2003-cü il tarixdə vəfat edənə qədər ünvan 1 ünvanında yaşamış, aşağıdakı ailə üzvləri ilə birlikdə yaşamışdır: qızı Bağırova Gülsurə, oğlu X14, qızı X15, qızı X4 və oğlu İddiaçı. İşə əlavə edilmiş Şabran rayon İHB-nın şabran şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 2572 saylı arayışdan görünür ki, mərhum X6 xx.xx.2005-ci il tarixdə vəfat edənə qədər ünvan 1 –də qeydiyyatda olmuş və yaşamış, aşağıdakı ailə üzvləri qalmışdır: qızı Bağırova Gülsurə, oğlu X14, qızı X15, qızı X4 və oğlu İddiaçı. İşə əlavə edilmiş Şabran rayon Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış xx xxxx 2020-ci il tarixli 129 saylı məktubdan görünür ki, xx.xx.2003-cü ildə vəfat etmiş X9 miras qalmış əmlakın qəbuluna dair Azərbaycan Respublikasının MM-nin 1246-cı maddəsində göstərilən müddətləri keçirdiylərinə görə Azərbaycan Respublikasının MM-nin 1248-ci maddəsinə əsasəe Şabran rayon Məhkəməsinə müraciət edilməlidir. İşə əlavə edilmiş Şabran rayon Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış xx xxxx 2020-ci il tarixli 130 saylı məktubdan görünür ki, xx.xx.2005-ci ildə vəfat etmiş X1 miras qalmış əmlakın qəbuluna dair Azərbaycan Respublikasının MM-nin 1246-cı maddəsində göstərilən müddətləri keçirdiylərinə görə Azərbaycan Respublikasının MM-nin 1248-ci maddəsinə əsasəe Şabran rayon Məhkəməsinə müraciət edilməlidir. İşə əlavə edilmiş Torpağa Mülkiyyət Hüququna Dair JN-0481, KOD 30401004 saylı Dövlət Aktından görünür ki, Dəvəçi rayon X8 xx xxxxxxxx 2000-ci il tarixli 06 saylı qərarına əsasən X3, X11, İddiaçı mülkiyyətinə 1.25 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə pay torpaq sahəsi verilmişdir. Məhkəmədə tədqiq olunan sübutlarla müəyyən olundu ki, miras daşınmaz əmlak İddiaçı istifadəsindədir. Lakin atası və anası öləndən sonra vərəsəlik şəhadətnaməsi ala bilməmişdir. Bu səbəbdən valideynlərindən miras qalan daşınmaz əmlaka istədiyi kimi sərəncam verə bilmir. Valideynlərinin vərəsəsi kimi vərəsəliyin qəbul edilməsi üçün Şabran rayon Notariat Ofisinə müraciət etmişdir. Notariat Ofisi bildirmişdir ki, mirasın qəbul edilməsi müddəti qurtarmışdır, mirasın qəbul edilməsi müddətinin uzadılması ancaq məhkəmə qaydasında olmalıdır. Ona görə də hazırda mirasın qəbul edilməsi müddətinin uzadılması barədə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1. maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzürlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmaldır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəfindən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmış və tərəflərin izahatları yoxlanılmış, tədqiq olunan sübutlara əsaslanaraq məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X9 və X1 qalmış mirasın qəbul edilməsi müddəti üzrlü hesab edilməklə uzadılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237 maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin edilsin. X9 və X1 qalmış mirasın qəbul edilməsi müddəti üzrlü hesab edilməklə uzadılsın. Məhkəmə qətnaməsi şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. H A K İ M ÇİNGİZ İSGƏNDƏROV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar