Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-134/2021 21.05.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingi oğlunun sədrliyi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə ƏRİZƏÇİ: Ərizəçi MARAQLİ TƏRƏF: Şabran rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək oğlu 07 may 2002-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmədə ərizəni müdafiə edərək bildirdi ki, 07 may 2002-ci il təvəllüdlü X6, onun oğludur. O, «Diplegik spastik serebral iflici. Çox ağır əqli gerilik. Eşitmənin konduktiv tipli ikitərəfli itirilməsi» təyin edilmiş diaqnoz üzrə xəstədir və onların ailəsində yaşayır. Ona anası olaraq o qulluq edir. Şabran RİH-i Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət edərək onu oğluna qəyyum təyin edilməsini xahiş etmişdir. Şabran RİH-dən ona bildirdilər ki, qəyyum təyin edilməsi üçn şəxsin fəaliyyət qabiliyyətli olmasını təsdiq edən məhkəmə qətnaməsi olmalıdır. Xahiş edir, oğlu 07 may 2002-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılsın. Məhkəmə iclasında iş üzrə maraqlı tərəf Şabran rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X1 bildirdi ki, ərizənin təmin edilib-edilməməsi məsələsini məhkəmənin səlahiyyətinə buraxır. Məhkəmə ərizəçini və maraqlı tərəfin nümayəndəsini dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş AZ-İ seriyalı 236623 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X6 07 may 2002-ci ildə Dəvəçi (indiki Şabran) şəhərində anadan olmuşdur. İşə əlavə edilmiş Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsindən görünür ki, 07 may 2002-ci il təvəllüdlü X6 «Diplegik spastik serebral iflici. Çox ağır əqli gerilik. Eşitmənin konduktiv tipli ikitərəfli itirilməsi» diaqnozu ilə xəstə olduğundan müddətsiz birinci qrup əlildir. İşə əlavə edilmiş Şabran RMX Publik hüquqi şəxs tərəfindən verilmiş arayışdan görünür ki, 2002-ci il təvəllüdlü X6 psixo-nevroloji kabinetində dispanser qeydiyyatındadır, «Diplegik spastik serebral iflici. Çox ağır əqli gerilik. Eşitmənin konduktiv tipli ikitərəfli itirilməsi» diaqnozu ilə xəstədir. İşə əlavə edilmiş Şabran rayon İHB-nın Şabran şəhəri üzrə Nümayəndəsi tərəfindən verilmiş 22 oktyabr 2020-ci il tarixli 4597 saylı arayışdan görünür ki, Ərizəçi ünvan 1 ünvanında oğlu – X6 ilə birlikdə yaşayır. İşə əlavə edilmiş Məhkəmə Psixatrik Ekspertiza X7 Şəxsi tərəfindən verilmiş 28 aprel 2021-ci il tarixli 1335 saylı rəyindən görünür ki, X8 oğlunda çox ağır(dərin) əqli gerilik spastik iflici nəticəsində aşkar olunur. X6 onda qeyd olunan çox ağır əqli gerilik nəticəsində öz psixi vəziyyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də X6 öz psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından aslı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Şərh edilənləri və Məhkəmə Psixatrik Ekspertiza X7 Şəxsi tərəfindən verilmiş 28 aprel 2021-ci il tarixli 1335 saylı saylı rəyini nəzərə alaraq, məhkəmə 07 may 2002-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini məqbul hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 07 may 2002-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. 07 may 2002-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Məhkəmə qətnaməsi şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Çingiz İsgəndərov.
Məhkəmə qərarları › İş №2(031)-134/2021
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-134/2021
21.05.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver