Məhkəmə qərarları › İş №2(031)-134/2023

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-134/2023

17.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-134/2023 17.01.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə ƏRİZƏÇİ: Ərizəçi MARAQLİ TƏRƏF: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi Hüquqi faktın müəyyən edilməsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Torpağa Mülkiyyət Hüququna Dair JN-149 KOD 30404038 saylı Dövlət Aktında və Torpağın mülkiyyətə verilməsinə dair JN- 171A KOD 30404038 saylı Şəhadətnamədə mülkiyyətçilərin adı və ata adları səhv yazıldığından həmin hüquq müəyyənedici sənədin Ərizəçi, X2, X12, X3, X13, X6, X19 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, o, Ərizəçi mülkiyyət hüquqlarından istifadə etmək istəyir. Lakin JN-149 KOD 30404038 saylı Torpağa Mülkiyyət Hüququna X45 və Torpağın mülkiyyətə verilməsinə dair JN-171A KOD 30404038 saylı Şəhadətnamədə mülkiyyətçilər X14 yerinə səhvən X20, X21 yerinə X22, X15 yerinə X23, X24 yerinə X1 yazıldığından bu hüquqlarımı həyata keçirə bilmir. Ona görə də məhkəməyə müraciət etmişdir. Xahiş edir, Torpağa Mülkiyyət Hüququna Dair JN-149 KOD 30404038 saylı Dövlət Aktında və Torpağın mülkiyyətə verilməsinə dair JN-171A KOD 30404038 saylı Şəhadətnamədə mülkiyyətçilərin adı və ata adları səhv yazıldığından həmin hüquq müəyyənedici sənədin Ərizəçi, X2, X12, X3, X13, X6, X19 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılsın. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Maraqlı tərəf Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə müraciət etməmişdir. Məhkəmə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümükün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, işdə olan sənədləri apaşdırıb hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş İİ-JQ seriyadı 321480 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X20 ilə X25 28 avqust 1980-ci ildə nikahlarını rəsmi qeyd etdirmişlər. İşə əlavə edilmiş AZ-İ seriyalı 845090 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 10 fevral 2017-ci ildə ölmüşdür. İşə əlavə edilmiş AZ-T seriyalı 073245 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X20 ilə X4 birgə nikahlarından 29 aprel 1985-ci ildə Tamamə adlı uşaqları olmuşdur. İşə əlavə edilmiş Xİİİ-JQ seriyalı 256610 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1987-ci ildə anadan olmuşdur. İşə əlavə edilmiş Vİİİ-JQ seriyalı 306833 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X27 02 iyul 1981-ci ildə anadan olmuşdur. İşə əlavə edilmiş Vİİİ-JQ seriyalı 425246 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X21 17 dekabr 1982-ci ildə anadan olmuşdur. İşə əlavə edilmiş Xİ-JQ seriyalı 442262 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X17 12 iyul 1986-cı ildə anadan olmuşdur. İşə əlavə edilmiş AZ-İ seriyalı 447447 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X41 ilə X26 02 dekabr 2008-ci ildə nikahlarını rəsmi qeyd etdirmişlər. İşə əlavə edilmiş Torpağa Mülkiyyət Hüququna Dair JN-149 KOD 30404038 saylı Dövlət Aktından görünür ki, Dəvəçi rayonu Aqrar İslahat Komissiyasının 19 noyabr 1998-ci il tarixli 08 saylı qərarına əsasən X7, X5, X18, X8, X9, X16 və Ərizəçi mülkiyyətlərinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 5.18 ha pay torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-171A KOD 30404038 saylı Şəhadətnamədən görünür ki, Dəvəçi rayonu Aqrar İslahat Komissiyasının 19 noyabr 1998-ci il tarixli 08 saylı qərarına əsasən X7, X5, X18, X10, X11, X16 və Ərizəçi mülkiyyətlərinə fərdi yaşayış evinin tikintisi məqsədi ilə 0.15 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Ərizəçi ünvanlanmış 07 fevral 2020-ci il tarixli məktubdan görünür ki, DT və XKsi tərəfindən verilmiş Torpağa Mülkiyyət Hüququna Dair JN-149 KOD 30404038 saylı Dövlət Aktında və Torpağın mülkiyyətə verilməsinə dair JN-171A KOD 30404038 saylı Şəhadətnamədə qeyd olunmuş hüquq sahibinin ad, soyad və ata adlarının yazlışında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. Azərbaycan Respublikası MPM-nin 305.1.1. maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.2.5. maddəsinə əsasən məhkəmə sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308. maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materialları ilə müəyyən olunur ki, Torpağa Mülkiyyət Hüququna Dair JN-149 KOD 30404038 saylı Dövlət Aktı və Torpağın mülkiyyətə verilməsinə dair JN-171A KOD 30404038 saylı Şəhadətnamə hüquqmüəyyənedici sənəddir. Həmin sənədlərdə mülkiyyət sahiblərinin ad və ata adları onların şəxsiyyətlərini təsdiq edən sənədlərdəki ad və ata adları ilə düz gəlmir, DƏDRX-ti də həmin sənəddə olan səhvin aradan qaldırılmasından imtina etmişdir. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Torpağa Mülkiyyət Hüququna Dair JN-149 KOD 30404038 saylı Dövlət Aktının və Torpağın mülkiyyətə verilməsinə dair JN-171A KOD 30404038 saylı Şəhadətnamənin Ərizəçi, X2, X12, X3, X13, X6, X19 məxsus olması faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237 maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. Torpağa Mülkiyyət Hüququna Dair JN-149 KOD 30404038 saylı Dövlət Aktının və Torpağın mülkiyyətə verilməsinə dair JN-171A KOD 30404038 saylı Şəhadətnamənin Ərizəçi, X2, X12, X3, X13, X6, X19 məxsus olması faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar