Məhkəmə qərarları › İş №2(031)-1341/2025

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-1341/2025

24.02.2026 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-1341/2025 24.02.2026 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhərrəmov Tariyel Aydın oğlunun katibliyi, İddiaçı, Cavabdeh Şabran rayon Rəhimli kənd Bələdiyyəsinin sədri X1 iştirakları ilə, İddiaçı cavabdeh Şabran rayon Rəhimli kənd Bələdiyyəsinə qarşı "əmək haqqı” tələbinə dair mülki işə Şabran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Şabran rayon Rəhimli kənd Bələdiyyəsinə qarşı "əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ödənilməmiş əmək haqqının, sonuncu haqq hesabının və istifadə etmədiyi 5(beş) ilin əmək məzuniyyətinə görə kompensasiyanın məbləği olaraq 5135 manat pulun Rəhimli bələdiyyəsindən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2018-ci il avqust ayının 08-dən Şabran rayon Rəhimli Bələdiyyəsində Baş mühasib vəzifəsində işləmişdir. 14 aprel 2025-ci ildə səhəti ilə əlaqədar öz xahişi ilə işdən azad olumuşdur. Təhvil-təslimdən sonra o, sədrdən xahiş etmişdir ki, işlədiyi müddət ərzində qalıq əmək haqqısını, sonuncu haqhesabını və istifadə etmədiyyi məzuniyyətinin (5 il) sənədlərini hazırlayıb ona verəsiniz. Sədr onu təhqir edib dedi ki, pul yoxdur, get hara istəyirsən şikayət et. O, da X5 Müfəttişliyinə müraciət etmiş, ona məktub gəlmişdir ki, məhkəməyə müraciət edə bilərsiz. Möhtərəm hakim-bu günə kimi ona cəmi 400 manat pul veriblər. Dəfələrlə müraciət etmiş, ona deyiblər pul yoxdu. Onun fikirincə bələdiyyə bu günə kimi Çıraqqala-9684 manat, Şahnəzərli-9500, Dotasiya-5000 manat və torpaq, əmlak vergiləridə müəyyən qədər yığılıb, hansı ki onun pulu mütləq verilməli idi. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Şabran rayon Rəhimli kənd Bələdiyyəsinin sədri X2 iddia tələbini qəbul edərək, bildirdi ki, iddia ərizəsini etiraf edir, Şabran rayonu Rəhimli bələdiyyəsinin iddiaçıya 5135 mana məbləğində borcu vardır. Bələdiyyənin maliyyə çatışmamazlığı olduğu üçün borcu ödəyə bilməmişlər. İş məhkəmə gedişatında olduğu müddətdə 600 manat borcdan ödənişlər etmişlər. Bələdiyyənin büdcəsinə vəsait daxil olduqca qalan borcu da ödəyəcəklər. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 143.2-ci maddəsinə əsasən işçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona bu Məcəllənin 144cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə kompensasiya ödənilir. Həmin Məcəllənin 144.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə kompensasiya ödənilməlidir. Belə ki, məhkəmə iş materiallarını araşdıraraq, müəyyən etmişdir ki, İddiaçı Şabran rayon Rəhimli Bələdiyyəsində Baş mühasib vəzifəsində işləmişdir. İddiaçı 14 aprel 2025-ci ildə səhəti ilə əlaqədar öz xahişi ilə işdən azad olumuşdur. İddiaçı işdən çıxarkən ödənilməmiş əmək haqqısı, sonuncu haqq hesabı və istifadə etmədiyi 5(beş) ilin əmək məzuniyyətinə görə kompensasiya məbləği olaraq 5135 manat pul Rəhimli bələdiyyəsi tərəfindən İddiaçı ödənilməmişdir. Cavabdeh Şabran rayon Rəhimli kənd Bələdiyyəsinin sədri X2 məhkəmə iclasında iddia tələbini etiraf edərək bildirmişdir ki, Şabran rayonu Rəhimli bələdiyyəsinin iddiaçıya 5135 mana məbləğində borcu vardır. Bələdiyyənin maliyyə çatışmamazlığı olduğu üçün borcu ödəyə bilməmişlər. İş məhkəmə gedişatında olduğu müddətdə borcdan 600 manat ödənişlər etmişlər. Bələdiyyənin büdcəsinə vəsait daxil olduqca qalan borcu da ödəyəcəklər. Belə olan halda, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olmaqla qismən təmin edilməli, cavabdeh Şabran rayon Rəhimli Bələdiyyəsindən 4535 manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Şabran rayon Rəhimli Bələdiyyəsindən 4535 manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar