Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-137/2022 24.01.2022 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə ƏRİZƏÇİ: Ərizəçi MARAQLİ TƏRƏF: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi Hüquqi faktın müəyyən edilməsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Torpağa Mülkiyyət Hüququna Dair JN 175 KOD 30406018 saylı Dövlət Aktında adı səhv yazıldığından həmin hüquqmüəyyənedici sənədin X5, X4 və digər mülkiyyəçilərə məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək bildirdi ki, o, vərəsəlik hüquqlarını rəsmiləşdirmək istəyir. Lakin JN 175 KOD 30406018 saylı Torpağa Mülkiyyət Hüququna X18 atasının atasının adı Müslüm yerinə səhvən Muslum, anasının adı Ayşə yerinə səhvən Aişə kimi yazıldığından bu hüquqlarını həyata keçirə bilmir. Ona görə də məhkəməyə müraciət etmişdir. Xahiş edir, Torpağa Mülkiyyət Hüququna Dair JN 175 KOD 30406018 saylı Dövlət Aktında adı səhv yazıldığından həmin hüquqmüəyyənedici sənədin X5, X4 və digər mülkiyyəçilərə məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılsın. Maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə müraciət etməmişdir. Məhkəmə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümükün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, işdə olan sənədləri apaşdırıb hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş AZ-İ seriyalı 528301 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, Hüseynov Qədim Müslüm oğlu 28 oktyabr 2001-ci ildə ölmüşdür. İşə əlavə edilmiş AZ-İİ seriyalı 151817 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X9 12 aprel 2021-ci ildə ölmüşdür. İşə əlavə edilmiş İE seriyalı 275637 saylı evlənmə haqqında şəhadətnamədən görünür ki, X10 ilə X9 04 oktyabr 1961-ci ildə nikahlarını rəsmi qeyd etdirmişlər. İşə əlavə edilmiş İJ-027095 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X10 1937-ci ildə anadan olmuşdur. İşə əlavə edilmiş AZ seriyalı ******* saylı doğum haqqında şəhadətnamədən görünür ki, X10 ilə X2 birgə nikahlarından 15 iyul1971-ci ildə Mətanət adlı uşaqları olmuşdur. İşə əlavə edilmiş Torpağa Mülkiyyət Hüququna Dair JN 175 KOD 30406018 saylı Dövlət Aktından görünür ki, Dəvəçi rayon Aqrar İslahatı Komissiyasının 26 sentyabr 1997ci il tarixli 09 saylı qərarına əsasən X6, X3, Ərizəçi, X7, X8 mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 4.67 ha pay torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Ərizəçi ünvanlanmış 26 oktyabr 2021-ci il tarixli məktubdan görünür ki, DT və XK-si tərəfindən verilmiş Torpağa Mülkiyyət Hüququna Dair JN 175 KOD 30406018 saylı Dövlət Aktında qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. Azərbaycan Respublikası MPM-nin 305.1.1. maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.2.5. maddəsinə əsasən məhkəmə sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308. maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materialları ilə müəyyən olunur ki, Torpağa Mülkiyyət Hüququna Dair JN 175 KOD 30406018 saylı Dövlət Aktı hüquqmüəyyənedici sənəddir. Həmin sənəddə mülkiyyət sahibinin adı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı ilə düz gəlmir, DƏDRX-ti də həmin sənəddə olan səhvin aradan qaldırılmasından imtina etmişdir. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Torpağa Mülkiyyət Hüququna Dair JN 175 KOD 30406018 saylı Dövlət X1, X4 və digər mülkiyyəçilərə məxsus olması faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237 maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Torpağa Mülkiyyət Hüququna Dair JN 175 KOD 30406018 saylı Dövlət X1, X4 və digər mülkiyyəçilərə məxsus olması faktı müəyyən edilsin. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Çingiz İsgəndərov
Məhkəmə qərarları › İş №2(031)-137/2022
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-137/2022
24.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver