Məhkəmə qərarları › İş №2(031)-163/2022

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-163/2022

24.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-163/2022 24.01.2022 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə ƏRİZƏÇİ: Ərizəçi MARAQLİ TƏRƏF: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi MARAQLİ TƏRƏF: Şabran rayonu, Dəvəçi bələdiyyəsi Hüquqi faktın müəyyən edilməsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Kommersiya obyekti tikmək məqsədi ilə 0.05 ha torpaq sahəsinin satılması ilə bağı «Kapital Bank” ASC-nin Dəvəçi rayon filialının 27 iyun 2006-cı il tarixli, 41 nömrəli qəbzinin, əvvəlki DT və XK-nin Dəvəçi rayon şöbəsinin 28.06.2006-cı il tarixli, 822 nömrəli rəyinin, Sincanboyad bələdiyyəsinin sədri tərəfindən təsdiq edilmiş 0.05 ha torpaq sahəsinin planının, Dəvəçi rayon icra hakimiyyətinin Tikinti və Memarlıq şöbəsinin 30 iyun 2006-cı il tarixli, 1-12/34 saylı rəyinin, Dəvəçi rayonu Sincanboyad bələdiyyəsinin 0.05 ha torpaq sahəsinin ona satılması barədə 30 iyun 2006-cı tarixli 35 nömrəli qərarının, 30 iyun 2006-cı il tarixdə 206 nömrə ilə qeydiyyata alınmış torpağın alqı-satqısına dair aktın, kommersiya obyekti tikmək məqsədi ilə alqı-satqı qaydasında torpaq sahəsinin ayrılması barədə 2006-cı il tarixli aktın, DT və XK-nın Dəvəçi rayon şöbəsi tərəfirdən verilmiş, dövlət torpaq kadastr kitabında 79 nömrə ilə uçota alınmış, 16.02.2007-ci il tarix torpaq sahəsinin kadastr planının və fərdi mənzil tikmək məqsədi ilə 0.05 ha torpaq sahəsinin satılması ilə bağlı -“Kapital Bank ASC-nin Dəvəçi rayon filialının 27 iyun 2006-cı il tarixli, 42 nömrəli qəbzinin, əvvəlki DT və XK-nın Dəvəçi rayon şöbəsinin 28.06.2006-cı il tarixli, 826 nömrəli rəyinin, Sincanboyad bələdiyyəsinin sədri tərəfindən təsdiq edilmiş 0.05 ha torpaq sahəsinin planının, Dəvəçi rayon icra hakimiyyətinin Tikinti və Memarlıq şöbəsinin 30 iyun 2006-cı il tarixli, 1-115/34 saylı rəyinin, Dəvəçi rayonu Sincanboyad bələdiyyəsinin 0.05 ha torpaq sahəsinin ona satılması barədə 30 iyun 2006-Ci il tarixli 38 nömrəli qərarının, 30 iyun 2006-cı il tarixdə 208 nömrə ilə qeydiyyata alınmış torpaqların alqı-satqısına dair aktın, fərdi mənzil tikmək məqsədi ilə alqı-satqı qaydasında torpaq sahəsinin ayrılması barədə 2006-cı il tarixli aktın ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək bildirdi ki, Dəvəçi rayon Sincanboyad bələdiyyəsinin (indiki Şabran rayonu, Dəvəçi bələdiyyəsinin) 30 iyun 2006-cı il tarixli, 35 nömrəli qərarı ilə ona Şabran rayonu, Sincanboyad kəndi ərazisindən kommersiya obyekti tikmək məqsədi ilə 0.05 ha torpaq sahəsi, 30 iyun 2006-cı il tarixli, 38 nömrəli qərarı ilə Şabran rayonu, Sincanboyad kəndi ərazisindən fərdi mənzil tikmək məqsədi ilə 0.05 ha torpaq sahəsi satılmışdır. Onun adı texniki səhv olaraq torpaq ayırma sənədlərində Qalib olaraq göstərilmişdir. O, həmin torpaq sahələrinə dair adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyetrindən çıxarışlar əldə etmək məqsədi ilə Azərbaycan Respublikası ƏMDX yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Azərbaycan Respublikası ƏMDX yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən ona həmin uyğunsuzluqlara görə mülkiyyət sənədləri verilməmişdir. Həmin uyğunsuzluqların aradan qaldırılması və düzəlişlərin həyata keçirilməsi məqsədi ilə sənədləri verən qurumlara müraciətlər etsə də, həmin məsələnin onların səlahiyyətlərinə aid olmadığı və bununla bağlı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Ona görə də qeyd etdiyi torpaq sahələrinin torpaq ayırma sənədlərinin ona məxsus olması faktının müəyyən edilməsi tələbi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edir. Ərizəsində göstərdiyi kimi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmir. Həmin faktın müəyyən edilməsi ona həmin daşınmaz əmlaklara dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyetrindən çıxarışlar əldə etmək məqsədi üçün lazımdır. Xahiş edir, Kommersiya obyekti tikmək məqsədi ilə 0.05 ha torpaq sahəsinin satılması ilə bağı «Kapital Bank” ASC-nin Dəvəçi rayon filialının 27 iyun 2006-cı il tarixli, 41 nömrəli qəbzinin, əvvəlki DT və XK-nin Dəvəçi rayon şöbəsinin 28.06.2006-cı il tarixli, 822 nömrəli rəyinin, Sincanboyad bələdiyyəsinin sədri tərəfindən təsdiq edilmiş 0.05 ha torpaq sahəsinin planının, Dəvəçi rayon icra hakimiyyətinin Tikinti və Memarlıq şöbəsinin 30 iyun 2006-cı il tarixli, 1-12/34 saylı rəyinin, Dəvəçi rayonu Sincanboyad bələdiyyəsinin 0.05 ha torpaq sahəsinin ona satılması barədə 30 iyun 2006-cı tarixli 35 nömrəli qərarının, 30 iyun 2006-cı il tarixdə 206 nömrə ilə qeydiyyata alınmış torpağın alqı-satqısına dair aktın, kommersiya obyekti tikmək məqsədi ilə alqı-satqı qaydasında torpaq sahəsinin ayrılması barədə 2006-cı il tarixli aktın, DT və XK-nın Dəvəçi rayon şöbəsi tərəfirdən verilmiş, dövlət torpaq kadastr kitabında 79 nömrə ilə uçota alınmış, 16.02.2007-ci il tarix torpaq sahəsinin kadastr planının və fərdi mənzil tikmək məqsədi ilə 0.05 ha torpaq sahəsinin satılması ilə bağlı -“Kapital Bank ASC-nin Dəvəçi rayon filialının 27 iyun 2006-cı il tarixli, 42 nömrəli qəbzinin, əvvəlki DT və XK-nın Dəvəçi rayon şöbəsinin 28.06.2006-cı il tarixli, 826 nömrəli rəyinin, Sincanboyad bələdiyyəsinin sədri tərəfindən təsdiq edilmiş 0.05 ha torpaq sahəsinin planının, Dəvəçi rayon icra hakimiyyətinin Tikinti və Memarlıq şöbəsinin 30 iyun 2006-cı il tarixli, 1-115/34 saylı rəyinin, Dəvəçi rayonu Sincanboyad bələdiyyəsinin 0.05 ha torpaq sahəsinin ona satılması barədə 30 iyun 2006-Ci il tarixli 38 nömrəli qərarının, 30 iyun 2006-cı il tarixdə 208 nömrə ilə qeydiyyata alınmış torpaqların alqı-satqısına dair aktın, fərdi mənzil tikmək məqsədi ilə alqı-satqı qaydasında torpaq sahəsinin ayrılması barədə 2006-cı il tarixli aktın ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılsın. Maraqlı tərəflər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin və Şabran rayonu, Dəvəçi bələdiyyəsinin nümayəndələri məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə müraciət etməmişdirlər. Məhkəmə maraqlı tərəflərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümükün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, işdə olan sənədləri apaşdırıb hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş 27 iyun 2006-cı il tarixli, 41 nömrəli qəbzdən görünür ki, Kommersiya obyekti tikmək məqsədi ilə 0.05 ha torpaq sahəsinin satılması ilə bağı «Kapital Bank” ASC-nin Dəvəçi rayon filialının hesabına Mayılov Qalib tərəfindən 200 manat məbləğində pul köçürülmüşdür. İşə əlavə edilmiş DT və XK-nin Dəvəçi rayon şöbəsinin 28.06.2006-cı il tarixli, 822 nömrəli rəyindən görünür ki, vətəndaş X2 nəzərdə tutulan 0.05 ha torpaq sahəsi Sincanboyad bələdiyyəsinin mülkiyyətinə aiddir və alqı-satqı predmetidir, Torpaq sahəsi kənd təsərrüfatına yararlı olmaqla həmin məqsəd çün satılması qanunamüvafiqdir. İşə əlavə edilmiş Dəvəçi rayon icra hakimiyyətinin Tikinti və Memarlıq şöbəsinin 30 iyun 2006-cı il tarixli, 1-12/34 saylı rəyindən görünür ki, X3 kommersiya məqsədilə satılması nəzərdə tutulan torpaq sahəsinə dair sənədlərə baxılmış və sənədlərə əlavə olunmuş situasiya sxeminə uyğun sahədən 500,0 kvm torpaq sahəsinin ayrılması məqsədəmüvafiq hesab edilmişdir. İşə əlavə edilmiş Dəvəçi rayonu Sincanboyad bələdiyyəsinin 30 iyun 2006-cı tarixli 35 nömrəli qərarından görünür ki, X3 kommersiya obyekti tikmək məqsədi ilə Sincanboyad bələdiyyəsiin alqı-satqı predmeti olan perspektiv inkişafı fondu torpağından 0.05 ha torpaq sahəsi satılmışdır. İşə əlavə edilmiş 30 iyun 2006-cı il tarixdə 206 nömrə ilə qeydiyyata alınmış torpağın alqı-satqısına dair aktdan görünür ki, X3 bələdiyyə ərazisindən 0.05 ha torpaq sahəsi satılması barədə 30 iyun 2006-cı il tarixli 35 nömrəli qərar qəbul edilmiş, bunun müqavilində X4 tərəfindən Dəvəçi rayon Kapital Bankının **********0 saylı hesabına əvvəlcədən 200 manat haqq ödənilmişdir. İşə əlavə edilmiş 2006-cı il tarixli kommersiya obyekti tikmə məqsədi ilə alqı-satqı qaydasında torpaq sahəsini ayrılması barədə aktdan görünür ki, X3 oğluna kommersiya obyekti tikməy məqsədilə Sincanboyad bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsindən 0.05 ha torpaq sahəsi ölçülüb ayrılmışdır. İşə əlavə edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəifndən verilmiş Torpaq sahəsinin Kadastr planından görünür ki, Dəvəçi rayonu Sincinboyad bələdiyyəsinin 30 iyun 2006-cı il tarixli 35 saylı qərarına əsasən X1 obyektinin tikintisi üçün 500 kvm Torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş 27 iyun 2006-cı il tarixli, 42 nömrəli qəbzdən görünür ki, Kommersiya obyekti tikmək məqsədi ilə 0.05 ha torpaq sahəsinin satılması ilə bağı «Kapital Bank” ASC-nin Dəvəçi rayon filialının hesabına Mayılov Qalib tərəfindən 200 manat məbləğində pul köçürülmüşdür. İşə əlavə edilmiş DT və XK-nin Dəvəçi rayon şöbəsinin 28.06.2006-cı il tarixli, 826 nömrəli rəyindən görünür ki, vətəndaş X2 nəzərdə tutulan 0.05 ha torpaq sahəsi Sincanboyad bələdiyyəsinin mülkiyyətinə aiddir və alqı-satqı predmetidir, Torpaq sahəsi kənd təsərrüfatına yararlı olmaqla həmin məqsəd çün satılması qanunamüvafiqdir. İşə əlavə edilmiş Dəvəçi rayon icra hakimiyyətinin Tikinti və Memarlıq şöbəsinin 30 iyun 2006-cı il tarixli, 1-115/34 saylı rəyindən görünür ki, X3 fərdi mənzil tikintisi məqsədilə satılması nəzərdə tutulan torpaq sahəsinə dair sənədlərə baxılmış və sənədlərə əlavə olunmuş situasiya sxeminə uyğun sahədən 500,0 kvm torpaq sahəsinin ayrılması məqsədəmüvafiq hesab edilmişdir. İşə əlavə edilmiş Dəvəçi rayonu Sincanboyad bələdiyyəsinin 30 iyun 2006-cı tarixli 38 nömrəli qərarından görünür ki, X3 fərdi mənzil tikmək məqsədi ilə Sincanboyad bələdiyyəsiin alqı-satqı predmeti olan perspektiv inkişafı fondu torpağından 0.05 ha torpaq sahəsi satılmışdır. İşə əlavə edilmiş 30 iyun 2006-cı il tarixdə 208 nömrə ilə qeydiyyata alınmış torpağın alqı-satqısına dair aktdan görünür ki, X3 bələdiyyə ərazisindən 0.05 ha torpaq sahəsi satılması barədə 30 iyun 2006-cı il tarixli 38 nömrəli qərar qəbul edilmiş, bunun müqavilində X4 tərəfindən Dəvəçi rayon Kapital Bankının **********0 saylı hesabına əvvəlcədən 200 manat haqq ödənilmişdir. İşə əlavə edilmiş 2006-cı il tarixli fərdi mənzil tikməy məqsədi ilə alqı-satqı qaydasında torpaq sahəsini ayrılması barədə aktdan görünür ki, X3 oğluna kommersiya obyekti tikməy məqsədilə Sincanboyad bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsindən 0.05 ha torpaq sahəsi ölçülüb ayrılmışdır. Azərbaycan Respublikası MPM-nin 305.1.1. maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.2.5. maddəsinə əsasən məhkəmə sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308. maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Kommersiya obyekti tikmək məqsədi ilə 0.05 ha torpaq sahəsinin satılması ilə bağı «Kapital Bank” ASC-nin Dəvəçi rayon filialının 27 iyun 2006-cı il tarixli, 41 nömrəli qəbzinin, əvvəlki DT və XK-nin Dəvəçi rayon şöbəsinin 28.06.2006-cı il tarixli, 822 nömrəli rəyinin, Sincanboyad bələdiyyəsinin sədri tərəfindən təsdiq edilmiş 0.05 ha torpaq sahəsinin planının, Dəvəçi rayon icra hakimiyyətinin Tikinti və Memarlıq şöbəsinin 30 iyun 2006-cı il tarixli, 1-12/34 saylı rəyinin, Dəvəçi rayonu Sincanboyad bələdiyyəsinin 0.05 ha torpaq sahəsinin Ərizəçi satılması barədə 30 iyun 2006-cı tarixli 35 nömrəli qərarının, 30 iyun 2006-cı il tarixdə 206 nömrə ilə qeydiyyata alınmış torpağın alqı-satqısına dair aktın, kommersiya obyekti tikmək məqsədi ilə alqı-satqı qaydasında torpaq sahəsinin ayrılması barədə 2006-cı il tarixli aktın, DT və XK-nın Dəvəçi rayon şöbəsi tərəfirdən verilmiş, dövlət torpaq kadastr kitabında 79 nömrə ilə uçota alınmış, 16.02.2007-ci il tarix torpaq sahəsinin kadastr planının və fərdi mənzil tikmək məqsədi ilə 0.05 ha torpaq sahəsinin satılması ilə bağlı -“Kapital Bank ASC-nin Dəvəçi rayon filialının 27 iyun 2006-cı il tarixli, 42 nömrəli qəbzinin, əvvəlki DT və XK-nın Dəvəçi rayon şöbəsinin 28.06.2006-cı il tarixli, 826 nömrəli rəyinin, Sincanboyad bələdiyyəsinin sədri tərəfindən təsdiq edilmiş 0.05 ha torpaq sahəsinin planının, Dəvəçi rayon icra hakimiyyətinin Tikinti və Memarlıq şöbəsinin 30 iyun 2006-cı il tarixli, 1-115/34 saylı rəyinin, Dəvəçi rayonu Sincanboyad bələdiyyəsinin 0.05 ha torpaq sahəsinin Ərizəçi satılması barədə 30 iyun 2006-Ci il tarixli 38 nömrəli qərarının, 30 iyun 2006-cı il tarixdə 208 nömrə ilə qeydiyyata alınmış torpaqların alqı-satqısına dair aktın, fərdi mənzil tikmək məqsədi ilə alqı-satqı qaydasında torpaq sahəsinin ayrılması barədə 2006-cı il tarixli aktın Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237 maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Kommersiya obyekti tikmək məqsədi ilə 0.05 ha torpaq sahəsinin satılması ilə bağı «Kapital Bank” ASC-nin Dəvəçi rayon filialının 27 iyun 2006-cı il tarixli, 41 nömrəli qəbzinin, əvvəlki DT və XK-nin Dəvəçi rayon şöbəsinin 28.06.2006-cı il tarixli, 822 nömrəli rəyinin, Sincanboyad bələdiyyəsinin sədri tərəfindən təsdiq edilmiş 0.05 ha torpaq sahəsinin planının, Dəvəçi rayon icra hakimiyyətinin Tikinti və Memarlıq şöbəsinin 30 iyun 2006-cı il tarixli, 1-12/34 saylı rəyinin, Dəvəçi rayonu Sincanboyad bələdiyyəsinin 0.05 ha torpaq sahəsinin Ərizəçi satılması barədə 30 iyun 2006-cı tarixli 35 nömrəli qərarının, 30 iyun 2006-cı il tarixdə 206 nömrə ilə qeydiyyata alınmış torpağın alqı-satqısına dair aktın, kommersiya obyekti tikmək məqsədi ilə alqı-satqı qaydasında torpaq sahəsinin ayrılması barədə 2006-cı il tarixli aktın, DT və XK-nın Dəvəçi rayon şöbəsi tərəfirdən verilmiş, dövlət torpaq kadastr kitabında 79 nömrə ilə uçota alınmış, 16.02.2007-ci il tarix torpaq sahəsinin kadastr planının və fərdi mənzil tikmək məqsədi ilə 0.05 ha torpaq sahəsinin satılması ilə bağlı -“Kapital Bank ASC-nin Dəvəçi rayon filialının 27 iyun 2006-cı il tarixli, 42 nömrəli qəbzinin, əvvəlki DT və XK-nın Dəvəçi rayon şöbəsinin 28.06.2006-cı il tarixli, 826 nömrəli rəyinin, Sincanboyad bələdiyyəsinin sədri tərəfindən təsdiq edilmiş 0.05 ha torpaq sahəsinin planının, Dəvəçi rayon icra hakimiyyətinin Tikinti və Memarlıq şöbəsinin 30 iyun 2006-cı il tarixli, 1-115/34 saylı rəyinin, Dəvəçi rayonu Sincanboyad bələdiyyəsinin 0.05 ha torpaq sahəsinin Ərizəçi satılması barədə 30 iyun 2006-Ci il tarixli 38 nömrəli qərarının, 30 iyun 2006-cı il tarixdə 208 nömrə ilə qeydiyyata alınmış torpaqların alqı-satqısına dair aktın, fərdi mənzil tikmək məqsədi ilə alqı-satqı qaydasında torpaq sahəsinin ayrılması barədə 2006-cı il tarixli aktın Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar