Azərbaycan Respublikası adından QƏRARDAD Şabran şəhəri İş № 2(031)-17/2025 17.11.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh2 və Cavabdeh1nə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alqı-satqı müqaviləsi əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə Cavabdeh2 və Şabran Rayon Ağalıq Bələdiyyəsinə qarşı iddia qaldıraraq Şabran Rayon Ağalıq Bələdiyyəsi ilə Cavabdeh2 arasında 0.06 ha torpaq sahəsinə dair bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alqı-satqı müqaviləsi əsasında üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında ƏMDX-nin Daşınmaz Əmlakın Kadastr və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Cavabdeh2 verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şabran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(031)-71/2024 saylı qərardadına əsasən Sumqayıt İnzibati Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdeh1nə qarşı “Şabran rayonu, Ağalıq kəndində yerləşən 0,06 ha torpaq sahəsinin üzərində mülkiyyət hüququnun tanınması ilə əlaqədar etdiyi hərəkətlərin qanunsuz hesab edilməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisələrə dair 2-1(118)- 2804/2024 nömrəli işi üzrə yekun məhkəmə altı çıxarılanadək Şabran Rayon Məhkəməsinin İddiaçı Cavabdeh2 və Cavabdeh1nə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alqı-satqı müqaviləsi əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbi barədə 2(031)-71/2024 nömrəli mülki iş üzrə icraat dayandırılmışdır. Şabran Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(031)-17/2025 saylı qərardadına əsasən İddiaçı Cavabdeh2 və Cavabdeh1nə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alqı-satqı müqaviləsi əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə icraat təzələnmiş, iş üzrə məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə, saat 10:30-a təyin edilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilmişdir. Lakin tərəflər məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.6-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, tərəflər məhkəmə baxış iclasına gəlmədikləri üçün işin araşdırılması və mahiyyəti üzrə düzgün həll edilməsi mümkün deyildir. Ona görə də, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh2 və Cavabdeh1nə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alqı-satqı müqaviləsi əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. xx.xx.2023-cü il tarixli (qəbz nömrəsi: **********) qəbz üzrə dövlət rüsumu kimi ödənilmiş 100 (bir yüz) manat məbləğində pul Şabran Rayon Maliyyə İdarəsi tərəfindən İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(031)-17/2025
Şabran Rayon Məhkəməsi Qərardad — İş №2(031)-17/2025
17.11.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver