Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-170/2021 17.02.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə ƏRİZƏÇİ: Ərizəçi MARAQLİ TƏRƏF: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı X12 Torpaq şəhadətnaməsinin şəxslərə (hüquqi sahiblərinə) məxsus olması faktının müəyyən edilməsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-201F KOOD 30411018 saylı X1, X6, Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək bildirdi ki, Dəvəçi rayon X5 xx.xx.1998-ci il tarixli 04 saylı qərarı ilə ona və ailə üzvlərinə, fərdi yaşayış evi, həyətyanı sahə üçün 0.25 ha torpaq sahəsi verilmişdir. Torpaq sahəsinin verilməsini təsdiq edən Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-201F KOOD 30411018 saylı şəhadətnamədə səhvən onun adı «Nüşabə» qeyd edilib. Şəxsiyyət vəsiqəsinə və onun doğum haqqında şəhadətnaməsinə əsasən onnu adı «Nuridə»dir. Hal-hazırda torpaq sahəsinin verilməsini təsdiq edən JN-201F, kod 30411018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən «Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışı almaq istədikdə, adda olan səhvlərə görə, verilməsi mümkün olmamışdır. Əmlak Məsələlri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X9, xx.xx.2020-ci il tarixli **********74 saylı məktubunda qeyd edilir ki, onun, xx.xx.2020-ci il tarixli müraciətinə, Əmlak Məsələlri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X12 tərəfindən baxılmışdır. Bildirirlər ki, DT və XK-si tərəfindən verilmiş JN-201F KOD 30411018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi Əmlak Məsələlri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X9 səlahiyyətləri aid deyildir. Bununla bağlı məhkəməyə müraciət etməyi tövsiyyə olunur. Xahiş edir, Torpağın Mülkiyyətə Verilməsinə Dair JN- 201F KOOD 30411018 saylı X1, X6, Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılsın. Maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı X9 nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə müraciət etməmişdir. Məhkəmə maraqlı tərəfin iştirakı olmadan işə baxılmasını mümükün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, işdə olan sənədləri apaşdırıb hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş İ-İE seriyalı 412317 saylı doğum haqqında şəhadətnaməsinin və AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, Ərizəçi xx xxxxxx 1958-ci ildə anadan olmuşdur. İşə əlavə edilmiş Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-201F KOOD 30411018 saylı Şəhadətnamədən görünür ki, Dəvəçi rayonu X5 xx xxxxx 1998-ci il tarixli 04 saylı qərarına əsasən X7, X4, X2 mülkiyyətinə 0.25 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X12 tərəfindən Ərizəçi ünvanlanmış xx xxxxxxx 2020-ci il tarixli **********74 saylı məktubdan görünür ki, DT və XK-si tərəfindən verilmiş Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-201F KOOD 30411018 saylı Şəhadətnamədə qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X9 səlahiyyətlərinə aid deyildir. Azərbaycan Respublikası MPM-nin 305.1.1. maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.2.5. maddəsinə əsasən məhkəmə sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308. maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materialları ilə müəyyən olunur ki, Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-201F KOOD 30411018 saylı Şəhadətnamədə hüquqmüəyyənedici sənəddir. Həmin sənəddə vətəndaşın adı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı ilə düz gəlmir, DƏDRX-ti də həmin sənəddə olan səhvin aradan qaldırılmasından imtina etmişdir. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-201F KOOD 30411018 saylı X1, X6, Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237 maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-201F KOOD 30411018 saylı X1, X6, Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Çingiz İsgəndərov
Məhkəmə qərarları › İş №2(031)-170/2021
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-170/2021
17.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver