Məhkəmə qərarları › İş №2(031)-198/2021

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-198/2021

04.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-198/2021 04.03.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə ƏRİZƏÇİ: Ərizəçi MARAQLİ TƏRƏF: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi Hüquqi faktın müəyyən edilməsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, JN 145A KOD 30401004 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair X1 adı səhvən X16 yazıldığından, X5 və X6 adları çıxarılmaqla həmin hüquqmüəyyənedici sənədin ona, yəni Ərizəçi və X11 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək bildirdi ki, o, Ərizəçi vərəsəlik hüquqlarını rəsmiləşdirmək istəyir. Lakin JN 145A KOD 30401004 saylı Torpağın Mülkiyyətə X2 adı səhvən X16 yerinə X19 yazıldığından, həmçinin şəhadətnamədə qeyri şəxslərin-X5 və X6 adları yazıldığından bu hüquqlarını həyata keçirə bilmir. Ona görə də məhkəməyə müraciət etmişdir. Onun ailəsində X17 və X18 olmamışdır, onların adlarının haradan götürülüb yazıldığını da bilmir. Xahiş edir, JN 145A KOD 30401004 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair X1 adı səhvən X16 yazıldığından, X5 və X6 adları çıxarılmaqla həmin hüquqmüəyyənedici sənədin ona, yəni Ərizəçi və X11 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılsın. Maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə müraciət etməmişdir. Məhkəmə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümükün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, işdə olan sənədləri apaşdırıb hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş AZ-133336 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X16 ilə X7 xx xxxxxx 2016-cı ildə nikahlarını rəsmi qeyd etdirmişlər. İşə əlavə edilmiş Torpağın Mülkiyyətə Verilməsinə Dair JN 145A KOD 30401004 saylı şəhadətnamədən görünür ki, Dəvəçi rayonu Aqrar İslahat Komissiyası tərəfindən verilmiş xx xxxxxxxx 2000-ci il tarixli 06 saylı qərarına əsasən Ərizəçi, X10, X5 və X6 mülkiyyətinə 0.07 ha torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş Şabran rayon İHB-nın Şabran şəhəri üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 5882 saylı arayışdan görünür ki, X3 şəhəri, X.Əhmədov küçəsi 67 saylı ünvanda ailə üzvləri – oğlu X16, gəlini – X7 və nəvəsi – X15 ilə birlikdə yaşayır. İşə əlavə edilmiş V-JQ seriyalı 409660 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X12 ilə Şükürova (Əzizova) Sahibə Mirzə qızının birgə nikahlarından xx xxxxxx 1978-ci ildə Nail adlı uşaqları olmuşdur. İşə əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən X4 ünvanlanmış xx xxxxxx 2021-ci il tarixli **********23 saylı məktubdan görünür ki, DT və XK-si tərəfindən verilmiş Torpağın Mülkiyyətə Verilməsinə Dair JN 145A KOD 30401004 saylı şəhadətnamədə qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. Azərbaycan Respublikası MPM-nin 305.1.1. maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.2.5. maddəsinə əsasən məhkəmə sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308. maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materialları ilə müəyyən olunur ki, Torpağın Mülkiyyətə Verilməsinə Dair JN 145A KOD 30401004 saylı Şəhadətnamədə hüquqmüəyyənedici sənəddir. Həmin sənəddə vətəndaşın soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki soyadı ilə düz gəlmir, DƏDRX-ti də həmin sənəddə olan səhvin aradan qaldırılmasından imtina etmişdir. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Torpağın Mülkiyyətə Verilməsinə Dair JN 145A KOD 30401004 saylı X1 adı səhvən X16 yazıldığından, X5 və X6 adları çıxarılmaqla həmin hüquqmüəyyənedici sənədin Ərizəçi və X11 məxsus olması faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237 maddələrini rəhbər tutaraq məhkəmə qət e t d i: Ərizə təmin edilsin. Torpağın Mülkiyyətə Verilməsinə Dair JN 145A KOD 30401004 saylı X1 adı səhvən X16 yazıldığından, X5 və X6 adları çıxarılmaqla həmin hüquqmüəyyənedici sənədin Ərizəçi və X11 məxsus olması faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar