Məhkəmə qərarları › İş №2(031)-21/2025

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-21/2025

10.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-21/2025 10.07.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı cavabdehin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi və zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı cavabdehin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi və zərərin əvəzinin ödənilməsi tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2023-cü il qeydiyyat tarixli, **********74 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olan ünvan 2i ərazisində yerləşən 19,8315 ha torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edilmiş 2 ha hissəsinin cavabdehin qanunsuz sahibliyindən ona geri qaytarılması və Cavabdeh tərəfindən ona vurulmuş zərərə görə 2000 manat məbləğində pulun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il qeydiyyat tarixli, **********74 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində ünvan 2i ərazisində 19,8315 ha kənd təssərrüfatı təyinatlı torpaq sahəsi vardır. Cavabdeh ona məxsus qeyd olunan 19,8315 ha torpaq sahəsinin təxminən 2 ha hissəsini zəbt edərək 2023-cü ilin payızında özbaşına olaraq əkin əkmişdir. Hal-hazırda 2 ha torpaq sahəsi cavabdehin qanunsuz sahibliyində və istifadəsindədir. Cavabdehin qanunsuz sahibliyindən əmlakını dəfələrlə geri tələb etsə də, heç bir nəticəsi olmamışdır. Cavabdeh ona dövlətləri tərəfindən verilən torpağın hüquqi sənədini saxta adlandırmaqdan belə çəkinməyərək dövlət orqanlarına böhtan atmaqdan çəkinmir. Cavabdeh zorakı yolla onun aldığı torpağa sahiblənmək istəyir. Bundan əlavə cavabdeh öz hərəkətləri ilə ona maddi zərər də vurmuşdur. Belə ki, o, cavabdeh tərəfindən zəbt olunmuş 2 ha torpaq sahəsində 2022-ci ildə buğda əkmişdir. 2023-cü ilin payızında buğda əksəydi 2 ha torpaq sahəsindən 4 ton buğda əldə edə bilərdi. 1 kq buğdanın qiymətini orta hesabla 50 qəpikdən hesablasaq, ona əldən çıxmış fayda olaraq 2000 manat zərər dəymişdir. 4000 kq.x0,50 manat=2000 manat. Cavabdehin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi və zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək etirazını onunla əsaslandırmışdır ki, iddia tələbi ilə razı deyil. Belə ki, onlar kənd sakinləri İddiaçı onların kənddən əldə etdiyi torpaq sahəsinin qanunsuz əldə etməsini təsdiqləyərək xx.xx.2024-cü il tarixdə akt tərtib etmişdirlər. Həmin aktda qeyd etmişdirlər ki, Şabran Rayon Çuxurəzəmi İƏD-nin Qızıl-qazma kəndində torpaq islahatı başlanğıcdan düzgün aparılmamışdır. İddiaçı uzun müddət onların nümayəndəliyinin rəhbəri olub və korrupsiya faktlarına görə vəzifəsindən uzaqlaşdırılmışdır. Kənddə torpaq islahatı aparılan vaxtı qanunsuz olaraq onlar kənd sakinlərin torpaqlarının 41 ha hissəsini qeyri-qanuni olaraq Qızıl-qazma kəndində yaşamayan və Quba rayonunun Rəngidar kənd sakini olmuş və hal-hazırda Siyəzən rayonunda yaşayan Nurəliyev Ramiz Babaşah oğluna satılmışdır. Həmin torpaq sahəsini hazırda İddiaçı əldə etmişdir. Onların bu qanunsuz hərəkətlərindən kənd sakinlərinə əkin yerləri demək olar ki, qalmamışdır. Əhali kənddən məcburi köç etmişdir. İƏD-də islahat düzgün aparılmamışdır. Ümumiyyətlə, onların kəndində "Torpaq islahatı haqqında" Qanunun tələbləri kobudcasına pozulmuşdur və bu faktlar araşdırılmalıdır. İddiaçı ondan 2000 manat pul tələbi əsasızdır, öz iddiasında 2022-ci ildə torpaq sahəsində buğda əkməsini, 2023-cü il tarixində əksəydi 2 ha torpaq sahəsindən 4 ton buğda götürəcəyini ehtimal edərək buğdanın kiloqramının qiymətinin 50 qəpikdən hesablanması və ona 2000 manat ziyan dəyməsi qeydi heç bir subuta əsaslanmayan iddiaçının fikridir. Bu mülahizəsinə dair iddiaçı heç bir subut təqdim etmədiyinə görə onun pul tələbi əsassızdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş reyestr nömrəsi **********74, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il olan çıxarışdan görünür ki, İddiaçı ünvan 2i ərazisində 19,8315 ha torpaq sahəsi üzərində hüququ rəsmiləşdirilmişdir. İş materiallarında olan torpaq sahəsinin planı və ölçüsündən görünür ki, ünvan 2i ərazisində 19,8315 ha torpaq sahəsi üzərində hüquq sahibi İddiaçıdur. İş materiallarında olan fotoşəkillər sözügedən torpaq sahəsinə məxsusdur. İş materiallarında olan Şabran Rayon Statistika İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasının “Rəsmi statistika haqqında" Qanununun 22-ci maddəsinin tələbinə uyğun olaraq ilkin statistika məlumatlar məxfi məlumatlar hesab olunduğundan yalnız rayon üzrə ümumiləşdirilmiş orta məhsuldarlıq buğda 24,3 sen/ha və arpa 20,6 sen/ha təşkil etmişdir. İş materiallarında olan Cavabdeh, X2, X4, X5, X6, X12, X9, X18, X7 və X1 tərəfindən imzaları ilə təsdiq edilən xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Şabran Rayon Çuxurəzəmi İƏD-də torpaq islahatı səriştəsiz kadrlara görə ədalətli və düzgün getmədiyi üçün əhalinin 90 faizi sovxozdan qalma torpaqlarından istifadə etməli olublar. 2022-ci ilin noyabr ayında Şabran Rayon İcra Hakimiyyəti başçısının müavini X13 və Çuxurəzəmi İƏDnin müavini İddiaçı Quba rayonunun Rəngidar kənd sakini olub və hazırda Siyəzən rayonunda yaşayan Nurəliyev Ramiz Babaşah oğluna düşən 41 ha torpaq sahəsinin aktını alaraq sovxoz vaxtından bugünədək istifadə etdiyi torpaqları mənimsəmişdirlər. Cavabdeh və bir neçə ailə üzvü torpaqsız qaldığına görə kənddən köçməli olmuşdurlar. İş materiallarında olan Cavabdeh, X2, X4, X7, X9, X10 və X1 tərəfindən imzaları ilə təsdiq edilən xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Çuxurəzəmi İƏD-də torpaq islahatı səriştəsiz kadrlara görə ədalətli və düzgün getmədiyi üçün əhalinin 90 faizi sovxozdan qalma torpaqlarından istifadə etməli olublar. İslahat keçirilərkən saxtakar islahat üzvləri tərəfindən heç vaxt Çuxurəzəmi İƏD-də yaşamayan, Quba rayonunun Rəngidar kənd sakini olub və hazırda Siyəzən rayonunda yaşayan Nurəliyev Ramiz Babaşah oğluna 41 ha torpaq sahəsi verilmişdir. Həmin 41 ha torpaq sahəsindən 7 ailə istifadə edirdi. 2022-ci ilin payızında Şabran Rayon İcra Hakimiyyəti başçısının müavini X13 və Çuxurəzəmi İƏD-nin müavini Əliyev X3 Ramiz Babaşah oğluna düşən 41 ha torpaq sahəsinin aktını alaraq mənimsəmişdirlər. Bu səbəbdən kənd sakinləri kəndi tərk etməli olmuşdurlar. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X27nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş reyestr nömrəsi **********74, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il olan çıxarışa əsasən ünvan 2i ünvanında yerləşən, İddiaçı mülkiyyətinə verilmiş 19,8315 ha torpaq sahəsinin 2,1224 ha hissəsi Cavabdeh tərəfindən istifadə olunur. Cavabdeh tərəfindən istifadə olunan 2,1224 ha torpaq sahəsi 19,8315 ha torpaq sahəsinin cənubşərq hissəsində yerləşir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 28 aprel 2025-ci il tarixli, 10/9759 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X27nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Əşrəf Cəfərovun mütəxəssis rəyində qeyd edilir ki, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş reyestr nömrəsi **********74, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il olan çıxarışa əsasən ünvan 2i ünvanında yerləşən, İddiaçı mülkiyyətinə verilmiş 19,8315 ha torpaq sahəsinin 2,1224 ha hissəsi Cavabdeh tərəfindən istifadə olunur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X27nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Əşrəf Cəfərovun mütəxəssis rəyində qeyd edilir ki, cavabdeh tərəfindən istifadə olunan 2,1224 ha torpaq sahəsi 19,8315 ha torpaq sahəsinin cənub-şərq hissəsində yerləşir. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “X17” X27 tərəfindən İddiaçı ünvanlanan xx.xx.2025-ci il tarixli vətəndaş müraciətinə baxılması haqqında məktubdan görünür ki, sözügedən rayonda buğdanın məhsuldarlığı mövsümün iqlim şəraitindən, yağıntının miqdarından və aqrotexniki xidmət səviyyəsindən asılı olaraq 20-27 sent/ha arasında dəyişə bilir. Eyni zamanda Kənd Təsərrüfatı Nazirliyinin X11 Sisteminin məlumatlarına əsasən 2024-cü ildə Şabran rayonunda buğdanın orta sahədənsatış qiyməti 0,35 azn/kq olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyanın 29-u maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Həmin Məcəllənin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 3-cü bəndinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların plan və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 15 aprel 2002-ci il tarixdən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məcəllələri üzrə Avropa məhkəməsinin yuridiksiyasının məcburliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yuridiksyası altında olan insanların Konvensiyada nəzərdə tutulmuş hüquqlarını təmin etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. “Akimova Azərbaycana qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarında qeyd edilir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyət hüququndan maneəsiz istifadəyə hər hansı müdaxilə qanuni olmalıdır. Bundan başqa, demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinə xasdır. Belə nəticəyə gəlinir ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilib edilməməsi məsələsi yalnız o halda əhəmiyyətli ola bilər ki, müdaxilə qanunilik tələbinə cavab versin və özbaşına olmasın. Əmlakdan maneəsiz istifadə hüququnun mahiyyətini açıqlayan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 1979-cu il tarixli Marks Belçikaya qarşı qərarında göstərilir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Yuxarıda sadalanan normaların mahiyyəti və hüququn ümumi prinsiplərindən görünür ki, mülkiyyət hüququ fundamental bir hüquqdur. Həm daxili qanunvericilik, həm də beynəlxalq hüquq mülkiyyət hüququna “mülkiyyətçinin sərbəstlik sferası” prizmasından yanaşır. Mülkiyyətçi öz əmlakından maneəsiz və arzuladığı formada istifadə etdiyi təqdirə bu hüquq öz mahiyyətini əldə edir. Mülkiyyətçinin öz əmlakından istədiyi formada istifadə edə bilməməsi əslində mülkiyyət hüquqlarını maneəli formada həyata keçirilməsini özündə ehtiva edir. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək-onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4-cü maddəsinə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X27nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********74, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il olan çıxarışa əsasən İddiaçı ünvan 2i ərazisində 19,8315 ha torpaq sahəsi üzərində hüququ rəsmiləşdirilmişdir. İş materiallarında olan mütəxəssis və ekspert rəyindən görünür ki, İddiaçı mülkiyyətinə verilmiş 19,8315 ha torpaq sahəsinin 2,1224 ha hissəsi Cavabdeh tərəfindən istifadə olunur. Göründüyü kimi iddiaçı mülkiyyətində olan əmlakdan maneəsiz istifadə hüquqlarından məhrum olmuşdur. Bu hal onun hüquqlarını məhdudlaşdırır və əmlakından mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneələr yaradır. Bu səbəbdən İddiaçı dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyəti vardır. Bundan əlavə İddiaçı yuxarıda qeyd edilən qanunun normalarının tələblərinə müvafiq olaraq həmin torpaq sahəsinə sahiblik və istifadə hüquqlarını bərpa etmək məqsədilə məhkəməyə müraciət etməkdə haqlıdır. Cavabdeh tərəf isə sözügedən torpaq sahəsinin ona məxsus olmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “X17” X27 tərəfindən verilən məktuba əsasən sözügedən rayonda buğdanın məhsuldarlığı mövsümün iqlim şəraitindən, yağıntının miqdarından və aqrotexniki xidmət səviyyəsindən asılı olaraq 20-27 sent/ha arasında dəyişə bildiyinə, eyni zamanda Kənd Təsərrüfatı Nazirliyinin X11 Sisteminin məlumatlarına əsasən 2024-cü ildə Şabran rayonunda buğdanın orta sahədənsatış qiyməti 0,35 azn/kq olduğuna görə hazırkı iş üzrə zərərin 1 ha torpaq sahəsi üzrə 805 manat məbləğində müəyyənləşdirilməsi mümkündür. Məhkəmə iş üzrə toplanmış sübutlara tətbiq olunmalı hüquq normalarına uyğun məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan qismən təmin edilməli, xx.xx.2023-cü il qeydiyyat tarixli, **********74 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan ünvan 2i ərazisində yerləşən 19,8315 ha torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edilmiş 2 ha hissəsi cavabdehin qanunsuz sahibliyindən İddiaçı geri qaytarılmalı, Cavabdeh tərəfindən İddiaçı vurulmuş zərərə görə 805 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilməli və iş üzrə ödənilmiş 100 manat ekspertiza xərci Cavabdeh tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il qeydiyyat tarixli, **********74 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan ünvan 2i ərazisində yerləşən 19,8315 ha torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edilmiş 2 ha hissəsi cavabdehin qanunsuz sahibliyindən İddiaçı geri qaytarılsın. Cavabdeh tərəfindən İddiaçı vurulmuş zərərə görə 805 (səkkiz yüz beş) manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilsin. İş üzrə ödənilmiş 100 (yüz) manat ekspertiza xərci Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Könül Mirzəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar