Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-218/2025 17.04.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh Həsənabala oğlunun nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh Həsənabala oğluna qarşı mülkiyyətə qarşı maneələrə son qoyulması, evdən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Həsənabala oğluna qarşı mülkiyyətə qarşı maneələrə son qoyulması, evdən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ailə üzvləri ilə birlikdə X5 İslahat Komissiyasının 20 sentyabr 1999-cu il tarixli, 4 nömrəli qərarına əsasən Şabran rayonu, Rəhimli kəndi ərazisindən ona əmlak payı kimi verilmiş fin tipli yaşayış evindən çıxarılmaqla, mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə əlaqədar həmin yaşayış evi üzərində müayinə işləri aparılarkən Cavabdeh və onun ailə üzvləri tərəfindən mülkiyyətinə edilən maneələrə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X5 İslahat Komissiyasının 20 sentyabr 1999-cu il tarixli, 4 nömrəli qərarına əsasən ona Şabran rayonu, Rəhimli kəndi ərazisindən əmlak payı kimi fin tipli yaşayış evi verilmişdir. 2024-cü ilin dekabr ayının 10-da Cavabdeh öz ailə üzvləri ilə birlikdə ona məxsus yaşayış evində qeyri-qanuni olaraq məskunlaşmış və hazırda onlar mülkiyyətində olan qeyd olunan evdən çıxmaq istəmirlər. O, dəfələrlə onlardan mülkiyyətində olan evdən çıxmalarını tələb etsə də, heç bir nəticəsi olmamışdır. Bu hal mülkiyyətçi kimi onun hüquqlarını pozmaqdadır. Cavabdeh və onun ailə üzvləri ona məxsus evdə qeydiyyatda deyildirlər, həmin evdən istifadə hüquqları belə yoxdur. Göründüyü kimi evi cavabdehin və onun ailə üzvlərinin qanunsuz sahibliyindədir. O, qeyd olunan yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və texniki pasportun hazırlanması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən ona ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda göstərilmişdir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, ölən şəxsin adına arayışın verilməsi ilə bağlı müraciət etdiyiniz və tərəfinizdən göstərdiyiniz fərdi yaşayış evi digər şəxs tərəfindən istifadə olunduğundan müayinə işlərinin aparılması mümkün olmamışdır. Yuxanda qeyd olunanları nəzərə alaraq “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizənizin icrasından imtina olunur. Göründüyü kimi cavabdehin və onun ailə üzvlərinin mülkiyyətinə qarşı etdikləri maneələrə görə onların hərəkətləri nəticəsində adı çəkilən yaşayış evi üzərində mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə aldıra bilmir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin edilməməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Şabran Rayonu Rəhimli Bələdiyyəsi məhkəmə iclasda nümayəndəsinin iştirakını təmin etməmiş və etməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan X5 İslahat Komissiyasının 20 sentyabr 1999-cu il tarixli, 4 nömrəli qərarına əsasən Nümayəndə həyat yoldaşı İddiaçı Şabran rayonu, Rəhimli kəndi ərazisindən əmlak payı kimi fin tipli yaşayış evi verilmişdir. İş materiallarında olan əmlakdan pay haqqının verilməsi barədə 17 nömrəli akta əsasən Şabran rayonu, Rəhimli kəndi ərazisində 123717 manat dəyərində fin tipli yaşayış evi İddiaçı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən İddiaçı etibarnamə üzrə nümayəndəsi vətəndaş Nümayəndə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda göstərilmişdir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, ölən şəxsin adına arayışın verilməsi ilə bağlı müraciət etdiyiniz və tərəfinizdən göstərdiyiniz fərdi yaşayış evi digər şəxs tərəfindən istifadə olunduğundan müayinə işlərinin aparılması mümkün olmamışdır. İş materiallarında olan X4 tərəfindən verilmiş 7 iyun 2013-cü il tarixli arayışdan görünür ki, Cavabdeh həqiqətən də xx.xx.2006-cı il tarixdən elektrik enerjisindən istifadəyə görə **********5 saylı kodla qeydiyyatdadır və elektrik enerjisindən istifadə edir. İş materiallarında olan "Azəriqaz" İB X6 Sahəsi tərəfindən verilmiş 10 iyun 2013-cü il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2008-ci il tarixdən təbii qazdan istifadəyə görə **********02190 saylı kodla qeydiyyatdadır və təbii qazdan istifadə edir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilən 7 mart 2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, İddiaçı adına Şabran rayonu, Rəhimli kəndində yerləşən 17 nömrəli akta əsasən verilmiş əmlaka dair hər hansı qeydiyyat və sənəd məlumatı aşkar edilməmişdir. İş materiallarında olan Şabran Rayon Rəhimli Bələdiyyəsi tərəfindən verilmiş 4 aprel 2025-ci il tarixli, 14 saylı sorğuya cavab məktubundan görünür ki, məktubda göstərilən 1953-cü ildə quraşdırılmış fin tipli taxta ev və onun ətrafında olan 0,12 ha torpaq sahəsi Rəhimli bələdiyyəsinin balansında deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqlarının və X3 Haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında göstərilir ki, İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. "İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1. maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sənərncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddənin şərhinə görə, mülkiyyətçinin öz əmlakından istədiyi kimi istifadə etmək imkanından məhrum edən hərəkət uzanan hüquq pozuntusudur. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Göründüyü kimi iş materiallarına əsasən İddiaçı sözügedən evin ona məxsus olmasını təsdiq edən sübutları, yəni X5 İslahat Komissiyasının 20 sentyabr 1999-cu il tarixli, 4 nömrəli qərarını və əmlakdan pay haqqının verilməsi barədə 17 nömrəli aktı məhkəməyə təqdim etsə də, cavabdeh tərəf evin onlara məxsus olmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Bundan əlavə Cavabdeh sözügedən evdə təbii qazdan və elektrik enerjisindən istifadə edərək onun dəyərini ödəməsi evin onun mülkiyyətində olmasına dəlalət etmir. Sadəcə olaraq istifadə etdiyi qazın və elektrik enerjisinin dəyərini tam ödəmək “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi və “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarlarına əsasən kommunal xidmətlərdən istifadə edən istehlakçının müəyyən olunmuş vəzifəsidir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh ailə üzvləri ilə birlikdə X5 İslahat Komissiyasının 20 sentyabr 1999-cu il tarixli 4 nömrəli qərarına əsasən Şabran rayonu, Rəhimli kəndi ərazisindən İddiaçı əmlak payı kimi verilmiş fin tipli yaşayış evindən çıxarılmalı, mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə əlaqədar həmin yaşayış evi üzərində müayinə işləri aparılarkən Cavabdeh və onun ailə üzvləri tərəfindən iddiaçının mülkiyyətinə edilən maneələrə son qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh ailə üzvləri ilə birlikdə X5 İslahat Komissiyasının 20 sentyabr 1999-cu il tarixli, 4 nömrəli qərarına əsasən Şabran rayonu, Rəhimli kəndi ərazisindən İddiaçı əmlak payı kimi verilmiş fin tipli yaşayış evindən çıxarılsın. Mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə əlaqədar həmin yaşayış evi üzərində müayinə işləri aparılarkən Cavabdeh və onun ailə üzvləri tərəfindən iddiaçının mülkiyyətinə edilən maneələrə son qoyulsun. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Könül Mirzəfərova
Məhkəmə qərarları › İş №2(031)-218/2025
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-218/2025
17.04.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver