Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2935/2025 29.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARI Açar sözlər: daşınmaz əmlakdan çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “daşınmaz əmlakdan çıxarılma” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-674/2025 nömrəli iş üzrə 04 iyun 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 29 oktyabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında b axaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh xx.xx.2004-cü il tarixdə, İddiaçı isə xx.xx.2017-ci il tarixdə X3 ilə nikaha girmiş, cavabdehlə Q.U.Süleymanovun nikahı Masallı Rayon Məhkəməsinin 2(050)1024/2013 saylı, 25 sentyabr 2013-cü il tarixli qətnaməsinə əsasən pozulmuş, X3 12487 saylı, xx.xx.2010-cu il tarixli mənzilin alqı-satqı müqaviləsinə əsasən mübahisəli mənzili almış və onu 174 saylı, xx.xx.2010-cu il tarixli, ipoteka müqaviləsi ilə 174 saylı, xx.xx.2010-cu il tarixli kredit müqaviləsinə əsasən götürdüyü öhdəliklərin təminatı kimi "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir.
2. Cavabdeh X2 qarşı ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə dair qalan kredit ödəniş borclarının tərəflər arasında bərabər qaydada bölünməsi barədə iddia qaldırmış, Bakı şəhəri Xə tai Rayon Məhkəməsinin 04 iyul 2014-cü il tarixli, 2(011)-760/2014 saylı qətnaməsi ilə iddia təmin edilməmiş, həmin qətnamədən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(103)-928/2015 nömrəli qətnaməsi ilə təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
3. X3 xx.xx.2023-cü il tarixdə ölmüşdür. Onun ölümündən sonra iddiaçı onun vərəsəsi müəyyən olunmuş, "xxxx" ASC ilə 12487 saylı, xx.xx.2010-cu ıl tarixli mənzilin alqı-satqı müqaviləsi üzrə yaranmış hüquq və öhdəliklərin qanun üzrə vərəsəlik hüququna əsasən ötürülməsinə dair AK/77-16-20 saylı, xx.xx.2024-cü il tarixli əlavə razılaşma, "xxxx" ASC ilə isə YML-45 saylı, xx.xx.2024-cü il tarixli kredit müqaviləsi imzalamışdır.
4. Kredit müqaviləsinin 1.2-ci bəndinə əsasən kreditin təyinatı xx.xx.2012-ci il tarixli, KAP-İ12/151 saylı kredit müqaviləsinin bağlanılmasıdır. 1.4-cü bəndinə görə isə borcalan Abşeron rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şossesi 7 km-də inşa edilən 1 saylı 10 mərtəbəli binanın 77-ci blokunun, 10-cu mərtəbədə yerləşən, ümumi sahəsi 49.72 kv.metr olan 1 otaqlı, 38a nömrəli mənzil üzərində mülkiyyət hüququ əldə etdikdən və bu hüququ dövlət qeydiyyatına alınıb müvafiq çıxarış verildikdən sonra 5 gün müddətində borcverənin xeyrinə ipoteka ilə yüklü edilməsini öhdəsinə götürmüşdür.
5. Mübahisəli mənzilə dair bağlanmış alqı-satıq müqaviləsi üzrə X1 malik olduğu bütün hüquqlar və öhdəliklər o öldükdən sonra arvadı (vərəsəsi) iddiaçıya ötürülmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 7-ci km-də “Akkord” şirkəti tərəfindən inşa edilən 1 saylı binanın 77-ci bloku, 38a saylı mənzilindən şəxsi əşyaları ilə birlikdə çıxarılaraq, mənzilin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə onun mərhum əri X3 arasındakı nikah Masallı Rayon Məhkəməsinin 25 sentyabr 2013-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Həmin dövrdə Qönçəşir Süleymanov ipoteka krediti ilə Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 7-ci km-də “Akkord” şirkəti tərəfindən inşa edilən 1 saylı binanın 77-ci bloku, 38a saylı mənzili əldə etmişdir. Nikah pozulduqdan sonra Cavabdeh iddia qaldıraraq, yuxarıda qeyd edilən əmlak üzə rində mülkiyyət payının bölünməsini tələb etmiş, Xətai Rayon Məhkəməsinin 04 iyul 2014-cü il tarixli qətnaməsi ilə iddia rədd olunmuşdur. Məhkəmə hesab etmişdir ki, mənzil kreditlə ödənilib və dəyəri hələ ödənilmədiyindən əmlak bölünə bilməz. O, Süleymanov Qönçəşirlə evləndikdən bu günədək həmin mənzilin kredit borcunu ödəmişdir. xx.xx.2023-cü ildə Qönçəşir Süleymanov vəfat etmişdir. O, ərindən qalan mirası qəbul etmək üçün müraciət etmiş və 14 saylı notariat kontorunda vərəsəlik işi açılmışdır. Həmin icraat çərçivəsində aldığı arayış əsasında mərhum əri ilə bağlanmış kredit müqaviləsi onun adına dəyişdirilmiş və o, evin ipotekaqoyanı hesab olunmuşdur. Cavabdehə dəfələrlə həmin mənzili tərk etmək üçün müraciət etsə də, o, həmin mənzili boşaltmır. Cavabdehin hərəkəti qanunsuzdur və onun m ülkiyyət hüququnu məhdudlaşdırır.
8. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-2756/2024 nömrəli qətnaməsi ilə (hakim Məlahət Abbasova) iddia tələbi təmin edilmiş, Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 7-ci km-də "xxxx" ASC tərəfindən inşa edilən 1 saylı binanın 77-ci bloku, 38a saylı mənzilindən şəxsi əşyaları ilə birlikdə çıxarılması, həmin mənzilin İddiaçı təhvil verilməsi, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq İddiaçı qaytarılması qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh xx.xx.2004-cü il tarixdə İddiaçı isə xx.xx.2017-ci il tarixdə X3 ilə nikaha girmişlər. Cavabdehlə Q.U.Süleymanovun nikahı Masallı Rayon Məhkəməsinin 2(050)-1024/2013 saylı, 25 sentyabr 2013-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. X3 12487 saylı, xx.xx.2010cu il tarixli mənzilin alqı-satqı müqaviləsinə əsasən mübahisəli mənzili almış və onu 174 saylı, xx.xx.2010-cu il tarixli ipoteka müqaviləsi ilə 174 saylı, xx.xx.2010-cu il tarixli kredit müqaviləsinə əsasən götürdüyü öhdəliklərin təminatı kimi "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Cavabdeh X2 qarşı ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə dair qalan kredit ödəniş borclarının tərəflər arasında bərabər qaydada bölünməsi barədə iddia qaldırmış, lakin iddia Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 iyul 2014cü il tarixli, 2(011)-760/2014 saylı qətnaməsi ilə təmin olunmamışdır. X3 xx.xx.2023-cü il tarixdə ölmüşdür. Onun ölümündən sonra İddiaçı Q.U.Süleymanovun vərəsəsi müəyyən olunmuş, "xxxx" ASC ilə 12487 saylı, xx.xx.2010-cu il tarixli mənzilin alqı-satqı müqaviləsi üzrə yaranmış hüquq və öhdəliklərin qanun üzrə vərəsəlik hüququna əsasən ötürülməsinə dair AK/77-16-20 saylı, xx.xx.2024-cü il tarixli əlavə razılaşma, "xxxx" ASC ilə isə YML-45 saylı, xx.xx.2024-cü il tarixli kredit müqaviləsi imzalamışdır. Kredit müqaviləsinin 1.2-ci bəndinə əsasən kreditin təyinatı xx.xx.2012-ci il tarixli, KAP-İ-12/151 saylı kredit müqaviləsinin bağlanılmasıdır. 1.4-cü bəndə görə isə borcalan Abşeron rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şossesi 7 km-də inşa edilən 1 saylı 10 mərtəbəli binanın 77-ci blokunun, 10-cu mərtəbədə yerləşən, ümumi sahəsi 49.72 kv.metr olan 1 otaqlı, 38a nömrəli mənzil üzərində mülkiyyət hüququ əldə etdikdən və bu hüququ dövlət qeydiyyatına alınıb müvafiq çıxarış verildikdən sonra 5 gün müd dətində borcverənin xeyrinə ipoteka ilə yüklü edilməsini öhdəsinə götürmüşdür. Mübahisəli mənzillə bağlı X1 malik olduğu bütün hüquqlar və öhdəliklər o, öldükdən sonra arvadı (vərəsəsi) İddiaçı ötürülmüşdür. Başqa sözlə, onun mənzilə dair mülkiyyət hüququ qeydə alınmasa da bu əmlakla bağlı sahiblik və istifadə hüququnun mövcud olması şübhəsizdir. Bu baxımdan, İddiaçı hazırki iddianı qaldırmaq üçün subyektiv hüququ yaranmışdır. Cavabdehin isə bu mənzillə bağlı hər hansı hüququnun, o cümlədən istifadə hüququnun olması iş materiallarından görünmür. Onun vaxtilə mərhum X1 arvadı olması və ya mənzilə dair hər hansı ödənişləri həyata keçirməsi mövcud qanunvericiliyə görə bu daşınmaz əmlakla bağlı hüququnun yaranması üçün əsas hesab edilmir. Bununla belə məhkəmə izah edir ki, cavabdehin əmlakla b ağlı icra etdiyi ödənişləri mənzilin hazırki sahibi İddiaçı tələb etmək hüququ vardır. Cavabdehin iddiaçının sahibliyində olan mənzilə müdaxiləsi nəticəsində sonuncunun davamlı şəkildə bu yaşayış sahəsi üzərində bütün hüquqlarını həyata keçirmək imkanının məhdudlaşdırılmasına yol verilə bilməz. Eyni zamanda, məhkəmə hesab etmişdir ki, Cavabdeh mübahisəli mənzilə dair hər hansı hüququ olmadığından onun hazırda bu daşınmaz əmlakda yaşaması üçün heç bir əsas yoxdur.
10. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, Mülki Məcəllənin 157.8, 158.1, 164.1, 165.1, 1133.1, 1145, 1146, 1151.1, 1159.1.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
11. Cavabdeh apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin x x.xx.2024-cü il tarixli, 2(012)-2756/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, evin ipotekqoyanı mərhum Qonçəşirin, hazırki iddiaçı Şəlaləlin və onun mənzil ipoteka qoyulması yolu ilə əldə olunandan sonra və ondan əvvəl heç birinin gəlir yeri, qazancı məhkəmə tərəfindən araşdırılmayıb. Belə ki, məhkəməyə aylıq ipoteka ödənişlərinin kimin adı ilə ödənilməsi ilə bağlı müvafiq banka sorğu göndərilsə də, bank sorğuya cavab olaraq tələb olunanın bank sirri təşkil etdiyindən yalnız məhkəmə qərardadı ilə təmin olunub göndəriləcəyini bildirmişdir. Cavabdeh tərəf israr etsə də, məhkəmə müvafiq sübutların təmin olunması qərardadını qəbul edib, banka göndərməmiş, həmin məlumatla rı tələb etməmişdir. Həmçinin qeyd edir ki, qazancı hesabına evi birgə nikah dövründə tam təmirsiz halından əsaslı təmir etdirmiş, əmlak dəyərini əhəmiyyətli dərəcədə artırmışdır. Bu kimi hallar da məhkəmə tərəfindən araşdırılmamışdır. Qonçəşirin heç bir gəlir yeri və rəsmi işi olmamışdır. O isə Yaşıl bazar yaranandan orada alverlə məşğuldur. Hazırda özünə məxsus başqa yaşayış yeri yoxdur. O mübahisəli mənzildən çıxarılacağı zaman yaşadığı mənzildən istifadə hüququndan məhrum olunur. O, mərhumun keçmiş həyat yoldaşıdır, keçmiş yaxın qohumu sayılır. Onun maddi vəziyyəti nəzərə alınmaqla həmin mənzilə istifadə hüququ məhkəmə tərəfindən saxlanıla bilərdi. Qonçəşir nikaha xitam veriləndən sonra da sağlığında heç bir vaxt ondan mənzili tərk etməsini istəməmişdir. Həmçinin, Şəlalə ilə yeni rəsmi nikaha girsə belə, Yaqutla faktiki nikah münasibətində olmuş, mübahisəli ünvanda birlikdə ailə təsərrüfatı aparmışlar. Qeyd edilən hallara məhkəmə tərəfindən qiymət verilməmişdir. Məhkəmə nəzərə almalıydı ki, mübahisəli mənzil Akkord Tikinti Şirkəti ilə Qonçəşir arasında bağlanmış alqı-satqı müvaviləsi ilə müvafiq ipotekaya qoyulmaqla mərhum Qonçəşirlə onun birgə nikahının qüvvədə olduğu zaman alınıb. Birgə nikah dövründə və rəsmi nikahdan sonra faktiki nikah dövründə də onun Yaşıl bazarda alver edib əldə etdiyi qazancı hesabına ilkin və aylıq ödənişləri edilib. Həmçinin yuxarıda qeyd etdiyi kimi qazancı hesabına evi tam təmirsiz halından əsaslı təmir etdirmiş, əmlak dəyərini əhəmiyyətli dərəcədə artırmışdır. Bu kimi hallar da məhkəmə tərəfindən araşdırılmamışdır. 2013-cü ildən mərhum Qon çəşirin onunla nikahına rəsmi qaydada xitam verilməsinə və 2017-ci ildən Şəlalə ilə rəsmi nikaha daxil olmasına baxmayaraq, ipoteka qoyanın yəni rəhmətə gedənin vəfat etdiyi tarixə kimi onunla faktiki nikah münasibətində olması məsələsinə məhkəmə tərəfindən diqqət yetirilməyib. Yəni 2024-cü il yanvar ayından miras açılan tarixdən üç il əvvələ kimi Qonçəşirlə Şəlalənin ayrı yaşadıqlarını, onunla birgə yaşadığını məhkəmə müəyyən etsə idi, Şəlalənin vərəsəlik hüququndan məhrum edilə bilərdi. Tərəfindən məhkəməyə həmin ünvanda yaşadığı 14 il ərzində ödədiyi kommunal ödənişlərin qəbzləri təqdim olunsa da, məhkəmə bu kimi hallara qiymət verməmişdir. Həmçinin təqdim olunan Qonçəşirin şəxsiyyət vəsiqəsinin surətindən də görünür ki, mərhum yataqxana ünvanına qeydiyyatdadır, tərəflərdən heç birinin mübahisəli ünvana pasport qeydiyyatına düşməmələrinin səbəbi məhkəmə tərəfindən araşdırılmayıb.
13. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-674/2025 nömrəli iş üzrə 04 iyun 2025-ci il tarixli qətnaməsi ilə (A.Hüseynzadə-sədrlik edən və məruzəçi), hakimlər A.Mahmudov və S.Qafari) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-2756/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd etmişdir:
15. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdehin mərhum X3 ilə nikahda olduğu müddət ərzində əmlakın əldə edilməsi ilə bağlı edilmiş ödənişlər, mənzilin dəyərinin artırılması ilə bağlı çəkdiyi xərclər hazırki müb ahisənin predmetinə aid olmamışdır. Buna görə də apellyasiya şikayəti üzrə qeyd olunan və digər dəlillərin də hazırki icraat çərçivəsində araşdırılmasına zərurət olmamaqla, cavabdeh mübahisəli mənzilə dair hər hansı bir hüququnun pozulduğunu iddia etdiyi təqdirdə məhkəmə müdafiəsi hüququndan istifadə etmək imkanına malik olmaqdadır.
16. Hazırki vəziyyətdə isə yuxarıda istinad olunan Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələbinə əsasən mərhum X3 ilə cavabdeh arasında nikah pozulduğundan onun mübahisəli evə istifadə hüququnu da itirmişdir. Nikah pozulduqdan sonra cavabdehin mübahisəli mənzildə mərhum X1 iradəsi ilə və ya iradəsindən kənar yaşaması isə onun həmin mənzilə istifadə hüququnun yaranmasına əsas verməmişdir.
17. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Konst itusiyasının 13, 29, 33-cü, Mülki Məcəllənin 11.1, 152.1, 152.5, 157.2, 157.8, 164.1, 165.1-ci maddələrinə, Mənzil Məcəlləsinin 30.4, “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı münasibətlərdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarına, MPM-in 4.1, 14.2, 77.1, 88, 217-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
19. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, evin ipotekqoyanı mərhum Qonçəşirin, hazırki iddiaçı Şəlaləlin və Cavabdeh mənzi l ipoteka qoyulması yolu ilə əldən olunandan sonra və ondan əvvəl heç birinin gəlir yeri, qazancı məhkəmə tərəfindən araşdırılmayıb. Belə ki, məhkəməyə aylıq ipoteka ödənişlərinin kimin adı ilə ödənilməsi ilə bağlı müvafiq banka birinci instansiya məhkəməsi tərəfindən sorğu göndərilsə də, bank sorğuya cavab olaraq tələb olunanın bank sirri təşkil etdiyindən yalnız məhkəmə qərardadı ilə təmin olunub göndəriləcəyini bildirmişdir. Cavabdeh həm birinci, həm də apellyasiya instansiya məhkəməsində israr etsə də, məhkəmələr müvafiq sübutların təmin olunması qərardadını qəbul edib, banka göndərməmiş, həmin məlumatları tələb etməmişlər.
20. Hazırda cavabdehin özünə məxsus başqa yaşayış yeri yoxdur. O mübahisəli mənzildən çıxarılacağı zaman yaşadığı mənzildən istifadə hüququndan məhrum olunur. Yaqut xanım mərhumun keçmiş həyat yoldaşıdır, keçmiş yaxın qohumu sayılır. Onun maddi vəziyyəti nəzərə alınmaqla həmin mənzilə istifadə hüququ məhkəmə tərəfindən saxlanıla bilərdi. Yaqut xanım qazancı hesabına evi birgə nikah dövründə tam təmirsiz halından əsaslı təmir etdirmiş, əmlak dəyərini əhəmiyyətli dərəcədə artırmışdır. Bu kimi hallar da məhkəmə tərəfindən araşdırılmamışdır. Qonçəşirin heç bir gəlir yeri və rəsmi işi olmamışdır. Yaqut xanım isə Yaşıl bazar yaranandan orada alverlə məşğuldur. 21. 2013-cü ildən mərhum Qonçəşirin Yaqutla nikahına rəsmi qaydada xitam verilməsinə və 2017-ci ildən Şəlalə ilə rəsmi nikaha daxil olmasına baxmayaraq ipoteka qoyanın yəni rəhmətə gedənin vəfat etdiyi tarixə kimi Yaqutla faktiki nikah münasibətində olması cavabdehin ifadəsində deyilsə də, bu məsələy ə məhkəmə tərəfindən diqqət yetirilməyib. Yəni 2024-cü il yanvar ayından miras açılan tarixdən üç il əvvələ kimi Qonçəşirlə Şəlalənin ayrı yaşadıqlarını, Yaqutla birgə yaşadığını məhkəmə müəyyən etsə idi, Şəlalənin vərəsəlik hüququndan məhrum edilə bilərdi.
22. Tərəflərin mərhum həyat yoldaşı Qonçəşir nikaha xitam veriləndən sonra da sağlığından heç bir vaxt Yaqut xanımdan mənzili tərk etməyini istəməmişdir. Həmçinin Şəlalə ilə yeni rəsmi nikaha girsə belə, Yaqutla faktiki nikah münasibətində olmuş, mübahisəli ünvanda birlikdə ailə təsərrüfatı aparmışlar. Qeyd edilən hallara məhkəmə tərəfindən qiymət verilməmişdir.
23. Məhkəmə nəzərə almalıydı ki, mübahisəli mənzil Akkord Tikinti Şirkəti ilə Qonçəşir arasında bağlanmış alqı-satqı müvaviləsi ilə müvafiq ipotekaya qoyulmaqla mərhum Qonçəşirl ə Yaqutun birgə nikahının qüvvədə olduğu zaman alınıb. Birgə nikah dövründə və rəsmi nikahdan sonra faktiki nikah dövründə də Yaqut xanımın Yaşıl bazarda alver edib əldə etdiyi qazancı hesabına ilkin və aylıq ödənişləri edilib. Həmçinin yuxarıda qeyd olunduğu kimi Yaqut xanım qazancı hesabına evi tam təmirsiz halından əsaslı təmir etdirmiş, əmlak dəyərini əhəmiyyətli dərəcədə artırmışdır. Bu kimi hallar da məhkəmə tərəfindən araşdırılmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
25. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olu nmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
26. Cavabdeh kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kasassiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
27. Maddə 13 (İ hissə). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
28. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
29. Maddə
33. Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Azərbayan Respublikasının Mülki Məcəlləsi
30. Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
31. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
32. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
33. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
34. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
35. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.
36. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.
37. Maddə
225. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Nikaha girənədək ər-arvaddan hər biri nə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfi nə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsi
38. Maddə 32.2. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə:onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər-arvadın ümumi gəlirləri hesab ına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. Kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.
39. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artır an vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər.
40. Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir.
41. Maddə 36.2. Ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş ər- arvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər.
42. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.
43. Maddə 36.4. Məhkəmə ər-ar vadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər.
44. Maddə 36.5. Məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər.
45. Maddə 36.8. Ər-arvadın ümumi əmlakı bölündükdə, nikah dövründə həmin əmlakın bölünməmiş hissəsi, eləcə də nikah dövründə sonradan qazanılmış əmlak onların birgə mülkiyyətini təşkil edir.
46. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.
47. Maddə 37.2. Ayrı-ay rı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ərarvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli qərarı 48. 3.7. Əmlak üzərində birgə mülkiyyət hüququnun tanınmasını tələb edən ər (arvad) həmin əmlakın nikah dövründə əldə edildiyini sübut etməlidir. Bu halın sübuta yetirilməsi ərə (arvada) birgə mülkiyyət prezumpsiyasının yaratdığı hüquqi vəziyyətdən istifadə imkanı verir. Yəni ər (arvad) əlavə olaraq əmlakın birgə gəlirlər hesabına, əvəzli olaraq əldə olunmasını və bu səbəbdən özünün də mülkiyyətçi olduğunu sübuta yetirmək vəzifəsi daşımır. 49. 3.8. Bununla belə, qeyd edildiyi kimi, prezumpsiya əksi sübut edilə bilən bir ehtimaldır. Həmin ehtimalın əksini iddia edən şəxs müvafiq sübutlar təqdim etməklə prezumpsiyanı aradan qaldıra bilər. 50. 3.9. Ər-arvadın birgə mülkiyyəti prezumpsiyasını aradan qaldıran hallar Ailə Məcəlləsinin 34-cü maddəsində göstərilmişdir. Həmin normaya görə, nikaha daxil olanadək ər-arvada məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak, eləcə də fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) onların hər birinin ayrıca (fərdi) mülkiyyətindədir Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
51. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikas ının Mülki Prosessual Məcəlləsi
52. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
53. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
54. Maddə 76.2 Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
55. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
56. Maddə 88 Məhkəmə sübutla ra obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
57. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
58. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
59. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, cavabdehlə onun mərhum əri X3 arasındakı nikah Masallı Rayon Məhkəməsinin 25 sentyabr 2013-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Həmin dövrdə Qönçəşir Süleymanov ipoteka krediti ilə Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 7-ci km-də “Akkord” şirkəti tərəfindən inşa edilən 1 saylı binanın 77-ci bloku, 38a saylı mənzili əldə etmişdir. Nikah pozulduqdan sonra Cavabdeh iddia qaldıraraq, yuxarıda qeyd edilən əmlak üzərində mülkiyyət payının bölünməsini tələb etmiş, Xətai Rayon Məhkəməsinin 04 iyul 2014-cü il tarixli qətnaməsi ilə iddia rədd olunmuşdur. Məhkəmə hesab etmişdir ki, mənzil kreditlə ödənilib və dəyəri hələ ödənilmədiyindən əmlak bölünə bilməz. O, Süleymanov Qönçəşirlə evləndikdən bu günədək həmin mənzilin kredit borcunu ödəmişdir. xx.xx.2023-cü ildə Qönçəşir Süleymanov vəfat etmişdir. O, ərindən qalan mirası qəbul etmək üçün müraciət etmiş və 14 saylı notariat kontorunda vərəsəlik işi açılmışdır. Həmin icraat çərçivəsində aldığı arayış əsasında mərhum əri ilə bağlanmış kredit müqaviləsi onun adına dəyişdirilmiş və o, evin ipotekaqoyanı hesab olunmuşdur. Cavabdehə dəfələrlə həmin mənzili tərk etmək üçün müraciət etsə də, o, həmin mənzili boşaltmır.
60. Cavabdeh isə etirazında göstərir ki, mübahisəli mənzil onunla mərhum ərinin birgə nigahı müddətində əldə olunmuş, əldə edilən mənzil təmirsiz olmuş, mərhum əri ilə ümumi vəsait əsasında mənzili təmir etmişlər, birgə yaşadıqları zaman mənzilin dəyəri onlar tərəfindən ödənilmiş, nikah pozulduqdan sonra mənzildə yalnız o yaşamış, bundan əvvəl mənzilin bölünməsi ilə bağlı tələb irəli sürsə də, tam ödənişin edi lməməsinə əsaslanmaqla iddiası təmin olunmamışdır. Hazırda özünü birgə nigah müddətində ödənmiş vəsait hissəsinə və mənzilin təmirinə çəkilmiş xərclərinə görə birgə mülkiyyətçi hesab edir.
61. Baxılan iş üzrə birinci və apellyasiya instansiya məhkəmələrinin mövqeləri eyni olmuş və qeyd edilmişdir ki, cavabdehin vaxtilə mərhum X1 arvadı olması və ya mənzilə dair hər hansı ödənişləri həyata keçirməsi mövcud qanunvericiliyə görə bu daşınmaz əmlakla bağlı hüququnun yaranması üçün əsas hesab edilmir. Hazırki vəziyyətdə isə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələbinə əsasən mərhum X3 ilə cavabdeh arasında nikah pozulduğundan onun mübahisəli evə istifadə hüququnu da itirmişdir. Nikah pozulduqdan sonra cavabdehin mübahisəli mənzildə mərhum X1 iradəsi ilə və ya iradəsindən kənar yaşaması isə on un həmin mənzilə istifadə hüququnun yaranmasına əsas verməmişdir.
62. Göründüyü kimi, məhkəmələr cavabdehin mübahisəli mənzilin birgə mülkiyyətçisi deyil, istifadə hüququna malik olan şəxs olaraq qəbul etmişlər. Lakin məhkəmə tərkibi apellyasiya məhkəməsinin həmin mövqeyi ilə razılaşmır.
63. Cavabdeh mənzil üzərində birgə mülkiyyətçi olmasını bu qərarın 60-cı bəndində göstərilənlərlə əsaslandırır. Lakin apellyasiya instansiya məhkəməsi həmin dəlillər üzrə hər hansı araşdırma aparmamış, cavabdehin bankdan mərhumla birgə nigah müddətində aparılmış ödənişlərlə bağlı məlumatların görülməsi ilə bağlı vəsatətini hərəkətsiz saxlaması düzgün olmamışdır.
64. Azərbaycan Respublikasında ər-arvadın əmlakının qanuni rejimini tənzimləyən Mülki Məcəllənin 225-ci maddəsinə və Ailə Məcəlləsinin 7-ci fəsl inə (31-37-ci maddələr) əsasən ər-arvadın nikah dövründə əldə etdikləri əmlak (əgər nikah müqaviləsində və ya onlar arasındakı digər razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa) onların ümumi birgə mülkiyyəti sayılır.
65. Nəzərə alınmalıdır ki, ailə birliyi ümumi təsərrüfatı özündə ehtiva etdiyi üçün nikah müddətində əldə edilmiş əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanıldığı ehtimal olunur. Ailə Məcəlləsinin 32-ci maddəsinin mənasına görə əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanılması yalnız pul və digər əşya qarşılığında deyil, həmçinin nikah dövründə birlikdə və ayrılıqda çəkilmiş zəhmət, əmək və başqa səylər nəticəsində əldə olunmasını nəzərdə tutur. Bu səbəbdən Ailə Məcəlləsinin 32.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.
66. Beləliklə, Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32.1-ci maddələri nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ər-arvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanı ehtiva edir.
67. Məhkəmə eyni zamanda mübahisəli mənzil əldə olunarkən təmirsiz vəziyyətdə olub-olmamasını araşdırmamış, təmirin, mərhumun iddiaçı və ya cavabdehlə birgə nigah müddətində aparılmasını aydınlaşdırmamışdır.
68. Qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi və həmin məhkəmənin mövqeyi ilə razılaşan apellyasiya instansiya məhkəməsi həmin dəlillərin araşdırmasını təmin etməmişdir. Belə ki, mənzil əldə olunarkən təmirsiz olması müəyyən olunduğu halda, o nun təmirinin kimin tərəfindən aparılması, ümumiyyətlə uzun müddət birgə ailə təsərrüfatı idarə edən şəxslərin vəsaiti əsasında aparılmış təmirin yaşayış sahəsində əsaslı yaxşılaşdırma ilə nəticələnməsi nəzərə alınmamışdır. Məhkəmələr bu araşdırmanı apararkən birgə nikah müddətində aparılmış təmirin onun dəyərinin artırıb-artırmaması, onun həcminin müəyyən edilməsi, müəyyən edilmiş həcmin pay bölgüsünə təsiri, həcmin müəyyən edilməsi üçün isə xüsusi bilik tələb edən halların zəruri olması halında müvafiq ekspertizanın keçirilməsinin mümkünlüyü tərəflərlə birlikdə müzakirə olunmamışdır. 69. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli qərarında göstərilmi şdir ki, qanunverici ər-arvadın hər birinin əmlakının onların ümumi mülkiyyəti hesab edilməsi ilə bağlı xüsusi qayda da müəyyən etmişdir. Belə ki, Ailə Məcəlləsinin 35-ci maddəsinə əsasən ərə (arvada) ayrıca məxsus olan əmlaka nikahda olduqları dövrdə onların ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ərarvadın hansınınsa əməyi hesabına onun dəyərini xeyli artıran vəsaitin qoyulması təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Bu məsələni tənzimləyən analoji norma Mülki Məcəllənin 225.4-cü maddəsidir. Ərin - arvadın hər birinin əmlakına istənilən yaxşılaşdırma deyil, yalnız onun dəyərini xeyli (əhəmiyyətli dərəcədə) artıran yaxşılaşdırmanın edilməsi və bu yaxşılaşdırmanın məhz nikah dövründə onların ümumi əmlakı və ya digər tərəfin ayrıca əmlakı hesabına həyata keçirilməsi müəyyən edilərsə, bu maddənin tətbiqi mümkündür. Mübahisəli əmlakın dəyərini artıran vəsait nikah dövründə qoyulsa belə, ər-arvadın ümumi əmlakı və ya onların ayrıca əmlakı hesabına deyil, əmlakın məxsus olduğu tərəfin şəxsi vəsaiti hesabına həyata keçirildiyi müəyyən edilərsə, Ailə Məcəlləsinin 35-ci maddəsi mübahisəyə tətbiq edilə bilməz. Mülki Məcəllənin 225.4-cü və Ailə Məcəlləsinin 35-ci maddəsinin dispozisiya şərtləri baxımından nəzərə alınmalıdır ki, ərin (arvadın) ayrıca əmlakının onların ümumi mülkiyyəti sayılması üçün əsas şərt qoyulan vəsaitin həcmi olmayıb, məhz qoyulmuş bu vəsait hesabına ər-arvadın hər birinin əmlakının dəyərinin xeyli və yaxud əhəmiyyətli dərəcədə artmasıdır. Bununla yanaşı, Ailə Məcəlləs inin 37.2-ci maddəsinə əsasən bu cür əmlakda tərəflərin payları ərin (arvadın) diqqətəlayiq mənafeyi nəzərə alınaraq, fərqli şəkildə müəyyən edilə bilər. Belə ki, həmin mübahisələrə baxan məhkəmələr ayrıca əmlakın ümumi əmlak sayılmasını tələb edən tərəfin payını ərə (arvada) ayrıca məxsus olan əmlakın dəyərini artıran vəsaitin qoyulduğu dövrdə həcmi və həmin vəsaitdə mübahisə edən tərəfin iştirak dərəcəsini nəzərə alaraq (buna mütənasib olaraq) müəyyən etməlidir.
70. Bundan əlavə, Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə etdiyi üçün həmin sahə də ər-arvad arasındakı bölgünün predmeti olur.
71. Mülki Məcəllənin 178.8-ci maddəsinə uyğun olaraq podrat müqaviləsi üzrə inşa edilən çoxmənzil li yaşayış binalarının dövlət reyestrində ilkin qeydiyyata alınmamış müstəqil tərkib hissələri (mənzil və ya qeyri-yaşayış sahələri) üzərində mülkiyyət hüququ əmələ gəlmədiyi üçün ər-arvadın ümumi mülkiyyəti sayıla və bölünə bilməz.
72. İstinad olunan Plenum qərarında daha sonra göstərilmişdir ki, birgə nikah dövründə ər-arvadın ümumi əmlakı hesabına çoxmənzilli yaşayış binalarında yerləşən, lakin dövlət reyestrində ilkin qeydiyyata alınmamış mənzil və qeyri-yaşayış sahələrinə dair bağlanmış müqavilələr həmin sahələrə dair belə müqavilələrdən irəli gələn, habelə gələcəkdə mülkiyyət hüququnun tanınması da daxil olmaqla bir sıra hüquqlar əmələ gətirir. Belə mənzil və qeyri-yaşayış sahələrinə hüquqlar da ər-arvadın ümumi əmlakına daxil olduğundan bu hüquqda tərəflərin payları müəyyən edilə bi lər. Məsələn, ərin (arvadın) iddiası əsasında məhkəmə qət edə bilər ki, konkret tarixli və nömrəli müqavilədən əmələ gəlmiş hüquqda ər-arvadın hər birinin payı müəyyən edilsin. Bu hüquq gələcəkdə ər-arvaddan birinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınarsa, digər tərəfin də hüququ qətnamədə müəyyən edilmiş paya mütənasib olaraq tanınmalıdır.
73. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübh ə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
74. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz.... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi...
75. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının, maddi hüququ normalarının və bu qərarın 69-cu bəndində göstərilən Plenum qərarında formalaşdırılmış mövqeyə uyğun gəlmir.
76. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.
77. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.
78. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421- ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 iyun 2025-ci il tarixli, 2(105)-674/2025 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.