Məhkəmə qərarları › İş №2(031)-249/2020

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-249/2020

06.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-249/2020 06.10.2020 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə İDDİAÇİ: İddiaçı CAVABDEHLƏR: Cavabdeh1 və Cavabdeh2 qarşı Pul tələbi barədə mülki işə xx xxxxxxx 2020-ci il tarixdə Şabran şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldıraraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1350 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmədə iddianı müdafiə edərək bildirdi ki, xx xxxx 2017-ci il tarixində işlədiyi qızıl dükanından Cavabdeh1 2000 manat dəyərində qızıl-zinət əşyalarını almışdır. Bildirmişdir ki, anası ağır xəstədir, ona görə özünə toy edib evlənmək istəyir. Sonradan ona məlum olmuşdur ki, Bibiqulunun anası çoxdan ölmüşdür. Qızıl-zinət əşyalarının 500 manat dəyərini əvvəlcədən ödəmiş, qalan 1500 manat pulu isə hər ay 100-200 manat olmaqla ödəcəyini bildirmişdir. Lakin qalıq 1500 manat puldan 50 manat olmaqla, cəmi 150 manat pul ödəmişdir. Qızıl-zinyət əşyalarının alınması zamanı digər cavabdeh Şahbazov X1 zamin durmuşdur. Bibiqulu ödəmədiyi təqdirdə pulu Vaqif özü ödəcəyini öhdəsinə götürmüşdür. Lakin qalın 1350 manat pul isə bu günədək ödənilməmişdir. Ona görə də məcbur olub məhkəməyə müraciət edir. Xahiş edir, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1350 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılsın. Cavabdeh2 məhkəmədə iddianı qəbul etməyərək bildirdi ki, Cavabdeh1 qızıl dükanından 2000 manat dəyərində qızıl-zinət əşyalarını almışdır. Həmin qızıl-zinət əşyalarının 500 manat dəyərini əvvəlcədən ödəmiş, qalan 1500 manat pulu isə hər ay 100-200 manat ödəməyi öhdəsinə götürmüşdür. O, qızılları almağa mağazaya cəmi bir dəfə Bibiqulu ilə getmişdir. Bibiqulunun həmin qızıl əşyalarının dəyərini ödəyib-ödəməməsi barədə onun heç bir məlumatı yoxdur. Qızıl əşyalarını Bibiqulu özü götürmüşdür. Onların pulunu da Bibiqulu verməlidir. O, Bibiquluya zamin durması barədə qəbz yazıb verməmişdir. Qəbzdəki imza da ona məxsus deyil. Bu səbəbdən də iddianın ona qarşı olan hissəsini qəbul etmir. Xahiş edir, iddia ona qarşı olan hissədə təmin edilməsin. Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5. maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri barədə məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə tərəfləri və şahidi dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş X2 bildirdi ki, o, Şabran rayonu mərkəzi baxarında yerləşən zərgərlik mağazasının müdiri işləyir. İddiaçı onun satıcısıdır. O, Bibiqulu və Vaqif adlı şəxsləri tanıyır. Onlarla münasibəti normaldır. Onlar üç il bundan qabaq mağazaya qızıl almaq məqsədi ilə gəlmişlər. Qızıl əşyalarını nisyə almaq istədikləri üçün razılaşmamışlar. Lakin Vaqif ilə Bibiqulu ikinci dəfə qızıl dükanına gələndə özləri ilə 500 manat məbləğində pul gətirmişlər. Onlar bildirmişlər ki, ilkin ödəniş olaraq 500 manat versinlər, qalan pulu isə hər ay hissə-hissə ödəyəcəklər. Esmira Əşrəf adlı şəxsin də xahişini nəzərə alıb Bibiquluya bir ədəd sep ilə qolbağ satmışdır. Nisyə kitabında qeydlər aparılmışdır. Təxminən qızıl əşyalarının dəyəri 2000 manat olmuşdur. Həmin puldan 500 manat ilkin ödəniş olaraq vermişlər. Vaqif də Bibiqulu üçün zamin duraraq, «borcu Bibiqulu ödəməzsə o, özü ödəyəcək» deyə əl yazma yazaraq imzası ilə təsdiq etmişdir. İşə əlavə edilmiş əl yazmadan görünür ki, mən Cavabdeh1 xx xxxx 2017 tarixində qızıl dükanından Esmira xaladan 2000 manat dəyərində qızıl zinət əşyasını hissə-hissə ödəmək şərti ilə 500 manat əvvəlcədən ödəmək şərti ilə aldım. Qalan 1600 manatı ayda 100-200 azn ödəməklə ödəyəcəm. Mən Cavabdeh2 ona zaminəm. Əks təqdirdə ödəməsə, mən ödəyəcəm. Cavabdeh1 və Cavabdeh2 öz imzaları ilə əlyazmanı təsdiq etmişlər. İşə əlavə edilmiş məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 4/456 saylı ekspert rəyindən görünür ki, 29031)-249/2020 nömrəli mülki işin 54-cü vərəqəsində olan bir tərəfi qeyri hamar kəsilmiş dama-dama dəftər vərəqəsində «Mən Cavabdeh1…» sözləri ilə başlayıb «1450 borc 150 verib» sözləri ilə bitən qəbzdə «Mən Cavabdeh2 ona zaminəm. Əkm təqdirdə ödəməsə mən ödəyəcəyəm» yazıları və yazıların aşağı sol tərəfindəki imza – Cavabdeh2 tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1 maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1. maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinin şərhinə görə isə mülki mühakimə icraatında sübutlar yalnız işdə iştirak edən şəxslər tərəfindən təqdim edilməlidir. Məhkəmənin öz təşəbbüsü ilə sübut toplamaq hüququ və vəzifəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmaldır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də istinad etdikləri hallara münasibətdə iddiaçı tərəfin üzərinə düşür. Çünki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə iddiaçının ifadəsinə, onun təqdim etdiyi sübutlara (vərəqədəki imzalar) şahid ifadəsinə və cavabdehin ifadəsinə əsaslanıb belə nəticəyə gəlir ki, Cavabdeh1 İddiaçı aldığı 2000 manat dəyərində qızıl-zinət əşyasından 500 manat əvvəlcədən ödəmiş, qalan 1500 manat pulu isə hər ay 100-200 manat olmaqla ödəcəyini bildirmişdir. Lakin sonradan 1500 manat puldan 50 manat olmaqla, cəmi 150 manat pul ödəmiş, qalan 1350 manat məbləğində pulu iddiaçıya qaytarmaqdan boyun qaçırmışdır. Cavabdeh2 da Cavabdeh1 borcunu qaytarmadığı halda onun borcunu özü qaytaracağını öhdəsinə götürmüşdür. Ona görə də məhkəmə təqdim olunan sübutları və işin hallarını nəzərə alaraq hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1350 (bir min üç yüz) manat məbləğində pul alınaraq İddiaçı verilməklə iddia təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237 maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1350 (bir min üç yüz) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 127 (bir yüz iyirmi yeddi) manat ekspertiza xərci tutularaq kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK STREAZ22, məhkəmə ekspertiza mərkəzi, VÖEN **********, hesab AZ34CTRE******************** hesaba ödənilsin. Məhkəmə qətnaməsi şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. H A K İ M Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar