Məhkəmə qərarları › İş №2(031)-253/2024

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-253/2024

30.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-253/2024 30.05.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Ərizəçi Qürbət oğlunun iştirakı ilə, Ərizəçi Qürbət oğlunun maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “hüquqi faktın müəyyən edilməsi” tələbinə dair mülki işə Şabran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Qürbət oğlu maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “hüquqi faktın müəyyən edilməsi” ərizə ilə məhkəməyə müraciət edərək, Dəvəçi rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 22 saylı qərarın Şabran rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 82 saylı arxiv çıxarışında Hüquq sahibinin adı səhv yazıldığından həmin hüquq müəyyənedici sənədin ona, yəni Ərizəçi Qürbət oğluna məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, o, mülkiyyət hüquqlarını rəsmiləşdirmək istəyir. Lakin Dəvəçi rayonu XDS İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 22 saylı qərarın Şabran rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 82 saylı arxiv çıxarışında hüquq sahibinin adı Ərizəçi Qürbət oğlu yerinə səhvən X1 yazıldığından bu hüquqlarını həyata keçirə bilmir. Göstərilən hallara əsasən Dəvəçi rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 22 saylı qərarın Şabran rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 82 saylı arxiv çıxarışında Hüquq sahibinin adı səhv yazıldığından həmin hüquq müəyyənedici sənədin ona, yəni Ərizəçi Qürbət oğluna məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi Qürbət oğlu ərizəni müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə analogiya tətbiq edərək, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, Dəvəçi rayonu XDS İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 22 saylı qərarın Şabran rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 82 saylı arxiv çıxarışında hüquq sahibinin adı X1 olaraq qeyd olunmuşdur. İş materiallarında olan Şabran Rayon İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə ünvanlanmış 07 sentyabr 2022-ci il tarixli 987 saylı məktubdan görünür ki, Şabran şəhər sakini Ərizəçi Qürbət oğlunun mülkiyyətinə verilmiş fərdi mənzil tikintisi üçün torpaq sahəsinə dair arxiv çıxarışında vətəndaşın adı texniki səhv olaraq "Məmməd" əvəzinə "Məhəmməd" kimi qeyd olunmuşdur. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti "Şimal" X3 və Satışı İdarəsi Şabran Elektrik Şəbəkəsi tərəfindən verilmiş 14 iyun 2022-ci il tarixli arayışdan görünür ki, Şabran şəhəri Xətai küçəsində Ərizəçi Qürbət oğlunun adına verilmiş koordinatlar üzrə 20 metr məsafədə həyətyanı torpaq sahəsinin hasarından 0.5 metr aralıdan yolun kənarı ilə Şəhər İİ 10 kv-luq YG EVX-i keçsədə hava xəttinin gələcəkdə istismarında çətinliklər törətmədiyinə görə çıxarışın və texniki pasportun verilməsinə etiraz etmirlər. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin Ərizəçi Qürbət oğluna ünvanladığı "müraciətə baxılması barədə" xx.xx.2023-cü il tarixli 3-21-3-34/2-B-0353-8/2023 №li bildirişdə qeyd olunur ki, ərizənizə əlavə olunmuş Dəvəçi rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 22 saylı qərarın Şabran rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 82 saylı arxiv çıxarışında hüquq sahibinin adında uyğunsuzluq mövcuddur. Ad səhvinin aradan qaldırılması Ərazi İdarəsinin səlahiyyətləri xaricində olduğundan bununla bağlı məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Odur ki, ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası MPM-nin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmənin gəldiyi qənaətə görə, iş materiallarının məcmusu ərizənin əsaslılığını təsdiq etmişdir. Belə olduğu halda, məhkəmə hesab edir ki, ərizə əsaslı və qanuni olub təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 307-311-ci və 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. Dəvəçi rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 22 saylı qərarın Şabran rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 82 saylı arxiv çıxarışının Ərizəçi Qürbət oğluna məxsus olması faktı müəyyən edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Könül Mirzəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar