Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-27/2020 18.11.2020 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə İDDİAÇİ: İddiaçı NÜMAYƏNDƏSİ: X3 CAVABDEH: Cavabdeh qarşı NÜMAYƏNDƏSİ: X4 Mülkiyyət sənədlərinin ləğv edilməsi, özbaşına tikililərin sökülməsi, özgənin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi barədə mülki işə xx xxxxxx 2020-ci ildə Şabran şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq Dəvəçi rayon X2 xx xxxxxxxx 2002-ci il tarixli 06 saylı qərarı əsasında Cavabdeh adına verilmiş JN:5617A nömrəli şəhadətnamənin, DƏDRX-nin ******* nömrəli çıxarışın ləğv edilməsi, Dəvəçi (indiki Şabran) rayon İHB-nın xx xxxxxx 2002-ci il tarixli 15 nömrəli sərəncamına əsasən ona Dəvəçi (indiki Şabran) rayonunun 60 illiyi adına mədəniyyət və istirahət parkının ərazisindən Dəvəçi (indiki Şabran) şəhər 2 saylı orta məktəbin hasarının şərq tərəfindən 20 metr aralı «şadlıq sarayı» tikintisindən ötrü ayrılmış 1000 kvm torpaq sahəsinin 500 kvm torpaq sahəsində Cavabdeh tərəfindən özbaşına olaraq inşa edilmiş fərdi yaşayış evinin cavabdehin hesabına sökülüb yığışdırılmaqla zəbt olunmuş 500 kvm torpaq sahəsinin Cavabdeh qanunsuz sahibliyindən ona geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi X3 məhkəmədə iddianı müdafiə edərək bildirdi ki, iddiaçının Dəvəçi (Şabran) rayon İH-nə daxil olmuş xx xxxxxx 2002-ci il tarixli ərizəsi və xx xxxxxx 2020-ci il tarixli mütəxəssis rəyi nəzərə alınmaqla Dəvəçi (indiki Şabran) rayonunun 60 illiyi adına mədəniyyət və istirahət parkının ərazisindən Dəvəçi (indiki Şabran) şəhər 2 saylı orta məktəbin hasarının şərq tərəfindən 20 metr aralı «şadlıq sarayı» tikilməsindən ötrü 100 kvm torpaq sahəsi ayrılmış və tikintiyə icazə verilmişdir. İddiaçı qeyd olunan torpaq sahəsində hər hansı tikili inşa etməsə də, ərazini çəpərə almış və iki maşın tikintinin bünövrəsi üçün beton bloklar tokmüş və həmin bloklar traktor vasitəsi ilə qonşunun həyətyanı sahəsinə daşınmış və hal-hazırda orada saxlanılır. Sonradan cavabdeh iddiaçının xəbəri olmadan iddiaçıya məxsus 1000 kvm torpaq sahəsinin 500 kvm hissəsini özbaşına olaraq zəbt etmiş, adına saxta heç bir kökü olmayan formada Dəvəçi rayon X2 xx.xx.2000-ci il tarixli 06 saylı qərarı əsasında xx.xx.2005-ci il tarixdə kod nömrəsi 30401004 olan JN-5617A nömrəli şəhadətnamə (bunun əsasında DƏDRX-dən xx.xx.2018-ci il tarixdə RX № ******* nömrəli çıxarış) almışdır və orada özbaşına olaraq fərdi yaşayış evi inşa etmişdir. İddiaçı cavabdehdən qanunsuz sahibliyindən əmlakını dəfələrlə geri tələb etsə də, özbaşına olaraq inşa etdiyi tikilini söküb yığışdırmasını tələb etsə də, heç bir nəticəsi olmamışdır. Ona görə də müraciətləri əsasında DT və XK-nin Şabran rayon şöbəsinin və Dövlət X1 Abşeron Rayonlararası Yerqurluşu İdarəsinin əməkdaşlarının iştirakı ilə həmin əraziyə baxış keçirilmiş, xx.xx.2014-cü il tarixli akt tərtib olunmuşdur. Həmin aktda qeyd olunur ki, «şadlıq sarayı» nın tikilməsi üçün verilmiş torpaq sahəsinin 500 kvm sahəsi Cavabdeh keçmiş Dəvəçi rayon X2 xx.xx.2000-ci il tarixli 06 saylı qərarı ilə verilmiş JN 5617A (DƏDRX-nin ******* nömrəli çıxarışı) nömrəli şəhadətnaməyə əsasən tikilmiş 2 mərtəbəli yaşayış evinin torpaq sahəsi ilə üst-üstə düşür. Odur ki, JN5617 A nömrəli şəhadətnamənin və bunun əsasında verilmiş DƏDRXnin ******* nömrəli çıxarışının ləğv edilməsi, Dəvəçi (indiki Şabran) rayon İHB-nın xx xxxxxx 2002-ci il tarixli 15 nömrəli sərəncamına əsasən iddiaçıya Dəvəçi (indiki Şabran) şəhər 2 saylı orta məktəbin hasarının şərq tərəfindən 20 metr aralı «şadlıq sarayı» tikintisindən ötrü ayrılmış 1000 kvm torpaq sahəsinin 500 kvm torpaq sahəsi Cavabdeh tərəfindən özbaşına inşa edilmiş fərdi yaşayış evinin cavabdehin hesabına sökülüb yığışdırılmaqla zəbt olunmuş 500 kvm torpaq sahəsinin geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Xahiş edir, Dəvəçi rayon X2 xx xxxxxxxx 2002ci il tarixli 06 saylı qərarı əsasında Cavabdeh adına verilmiş JN:5617A nömrəli şəhadətnamənin, DƏDRX-nin ******* nömrəli çıxarışın ləğv edilməsi, Dəvəçi (indiki Şabran) rayon İHB-nın xx xxxxxx 2002-ci il tarixli 15 nömrəli sərəncamına əsasən iddiaçıya Dəvəçi (indiki Şabran) rayonunun 60 illiyi adına mədəniyyət və istirahət parkının ərazisindən Dəvəçi (indiki Şabran) şəhər 2 saylı orta məktəbin hasarının şərq tərəfindən 20 metr aralı «şadlıq sarayı» tikintisindən ötrü ayrılmış 1000 kvm torpaq sahəsinin 500 kvm torpaq sahəsində Cavabdeh tərəfindən özbaşına olaraq inşa edilmiş fərdi yaşayış evinin cavabdehin hesabına sökülüb yığışdırılmaqla zəbt olunmuş 500 kvm torpaq sahəsinin Cavabdeh qanunsuz sahibliyindən iddiaçıya geri qaytarılması barədə qətnamə çıxarılsın. Cavabdeh nümayəndəsi X4 məhkəmədə iddianı qəbul etməyərək bildirdi ki, Dəvəçi (Şabran) rayonu X2 xx xxxxxxxx 2000-ci tarixli 06 saylı qərarı ilə Dəvəçi (Şabran) şəhəri ərazisindən fərdi yaşayış evinin tikintisi üçün Cavabdeh mülkiyyətinə 0.05 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmçinin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* saylı çıxarışa əsasən Şabran şəhəri, Z.Əliyeva küçəsi ev 111 saylı fərdi yaşayış evi Cavabdeh adına qeydə alınmışdır. Cavabdeh iddiaçının torpaq sahəsini qanunsuz zəbt etməmişdir. Həmin torpaq sahəsi ona qanuni yolla verilmişdir. Bu səbəbdən də, iddiaçının iddiasını əsassız hesab edir. Xahiş edir, iddia əsassız olduğundan təmin edilməsin. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işə əlavə edilmiş Dəvəçi (indiki Şabran) rayon İHB-nın xx xxxxxx 2002-ci il tarixli 15 nömrəli sərəncamından görünür ki, İddiaçı Dəvəçi (Şabran) rayon İH-nə daxil olmuş xx xxxxxx 2020-ci il tarixli ərizəsi və xx xxxxxx 2020-ci il tarixli mütəxəssis rəyi nəzərə alınmaqla Dəvəçi (indiki Şabran) rayonunun 60 illiyi adına mədəniyyət və istirahət parkının ərazisindən Dəvəçi (indiki Şabran) şəhər 2 saylı orta məktəbin hasarının şərq tərəfindən 20 metr aralı «şadlıq sarayı» tikilməsindən ötrü 100 kvm torpaq sahəsi ayrılmış və tikintiyə icazə verilmişdir. İşə əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı X6 tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli məktubdan görünür ki, Cavabdeh adına olan 0.05 ha torpaq sahəsinə verilmiş JN-5617A kod 30401004 nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə» ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı X5 təhvil verilmiş, şəhadətnamələrin verilməsi kitabından keçmişdir. İşə əlavə edilmiş Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-5617A KOD 30401004 olan şəhadətnamədən görünür ki, Dəvəçi (Şabran) rayonu X2 xx xxxxxxxx 2000-ci tarixli 06 saylı qərarı ilə Dəvəçi (Şabran) şəhəri ərazisindən fərdi yaşayış evinin tikintisi üçün Cavabdeh mülkiyyətinə 0.05 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı X6 tərəfindən verilmiş reyestr nömrəsi: **********66-10301 olan fərdi yaşayış evinin Texniki Pasportundan görünür ki, Şabran şəhəri, Zərifə Əliyeva küçəsi ev 111-də yerləşən fərdi yaşayış evi Cavabdeh adına qeydə alınmışdır. İşə əlavə edilmiş Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair 04/3671 saylı arayışdan görünür ki, Şabran şəhəri Zərifə Əliyeva küçəsi ev 111-də yerləşən fərdi yaşayış evinin xx xxxxxxx 2018-ci il tarixinə bazar dəyəri 125000 manat təşkil edir. İşə əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* saylı çıxarışdan görünür ki, Şabran şəhəri, Z.Əliyeva küçəsi ev 111 saylı fərdi yaşayış evi Cavabdeh adına qeydə alınmışdır. İşə əlavə edilmiş Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidməti tərəifndən verilmiş xx xxxx 2019-cu il tarixli mütəxəssis rəyindən görünür ki, Dəvəçi (indiki Şabran) rayon İHB-nın xx xxxxxx 2000-ci il tarixli 15 nömrəli sərəncamı ilə İddiaçı ayrılmış mübahisəli torpaq sahəsi DƏDRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən hüquqların Dövlət qeydiyyatı haqqında RX seriyalı ******* nömrəli çıxarışa əsasən Cavabdeh verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. İşə əlavə edilmiş Azərbaycan Respublikası İqtisad Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Dəvəçi (indiki Şabran) rayon İHB-nın xx xxxxxx 2000-ci il tarixli 15 nömrəli sərəncamı ilə İddiaçı verilmiş 1000 kvm torpaq sahəsinin 396 kvm hissəsi Cavabdeh faktiki istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşür. Həmin torpaq sahəsində baxış zamanı tikililərin olduğu müəyyən olunmuşdur. İnşa edilmiş tiklilərin özbaşına tikilib-bikilməməsini müəyyən etmək Xaçmaz LTİ-nin mütəxəssisinin səlahiyyətinə aid deyildir. Azərbaycan Respublikası MM-nin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. İşə əlavə edilmiş Məhkəmə –Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 5000 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisad Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx xxxx 2020-ci il tarixli, **********36№ mütəxəssis rəyinə əsasən, Dəvəçi (indiki Şabran) rayon İHB-nın xx xxxxxx 2000-ci il tarixli 15 nömrəli sərəncamı və sərəncama əlavə edilmiş torpq ayırma sxeminə əsasən, İddiaçı verilmiş 1000 kvm torpaq sahəsinin 396 kvm hissəsinin Cavabdeh faktiki istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunur. Sözügedən tiklilərin Cavabdeh adına tərtib olunmuş, xx.xx.2018-ci il tarixli, **********66-10301 reyestr nömrəli Texniki Pasport sənədində A literli fərdi yaşayış evi və B literli qaraj tikintisi kimi öz əksini tapdığını və DƏDRX-də qeydiyyata alındığını nəzərə alaraq, həmin tikinti işlərinin tikinti norma və qaydalarına uyğun aparıldığı müəyyən olunur. İş materiallarına əlavə edilmiş Şabran rayon Dövlət Arxivinin 18 saylı xx xxxxxxx 2020ci il tarixli arayışda qeyd edilmişdir ki, Şabran rayon Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon arxivinə heç bir sənəd verilməmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 1-ci bəndinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyətinin orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1. maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103.1. maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Azərbaycan Respublikası MM-nin 157.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçılar tərəfindən öz iddia tələblərinin əsası qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2019-cu il tarixli qərarında göstərilmişdir ki, "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Beləliklə, Cavabdeh verilmiş hüquqmüəyyənedici sənədlərin saxta olmasına dair dəlillərini sübut etmək vəzifəsi İddiaçı üzərinə düşsə də, iddiaçı tərəf öz tələbini əsaslandıra bilməmişdir. Məhkəmə tərəfindən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmış və tərəflərin izahatları yoxlanılmış, tədqiq olunan sübutlara əsaslanaraq məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı Mülkiyyət sənədlərinin ləğv edilməsi, özbaşına tikililərin sökülməsi, özgənin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi barədə iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237 maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. İddiaçı Cavabdeh qarşı Mülkiyyət sənədlərinin ləğv edilməsi, özbaşına tikililərin sökülməsi, özgənin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi barədə iddia ərizəsi əsassız olduğundan təmin edilməsin. Məhkəmə qətnaməsi şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. H A K İ M ÇİNGİZ İSGƏNDƏROV
Məhkəmə qərarları › İş №2(031)-27/2020
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-27/2020
18.11.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver