Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-343/2021 02.04.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə ƏRİZƏÇİ: Ərizəçi MARAQLİ TƏRƏF: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X19 Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi Hüquqi faktın müəyyən edilməsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-102A, KOD 30406018 saylı Şəhadətnamədə onun və yaxınlarının ad və ata adları səhv yazıldığından həmin hüquqmüəyyənedici sənədin ona, yəni Ərizəçi, X8, X14 və X10 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək bildirdi ki, o, vərəsəlik hüquqlarını rəsmiləşdirmək istəyir. Lakin JN-102A, KOD 30406018 saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamədə adı və yaxınlarının adı Ərizəçi yerinə səhvən X2, X15 yerinə X25, X18 yerinə X16 və X17 yerinə X11 yazıldığından bu hüquqlarını həyata keçirə bilmir. Ona görə də məhkəməyə müraciət etmişdir. Xahiş edir, Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-102A, KOD 30406018 saylı Şəhadətnamədə onun və yaxınlarının ad və ata adları səhv yazıldığından həmin hüquqmüəyyənedici sənədin ona, yəni Ərizəçi, X8, X14 və X10 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılsın. Maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X19 Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə müraciət etməmişdir. Məhkəmə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümükün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, işdə olan sənədləri apaşdırıb hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş AZE seriyalı 0*******, 060151159, 09996527, AA0524766 saylı şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Ərizəçi xx.xx.1951-ci ildə, X15 xx.xx.1953-cü ildə, X18 xx.xx.1978-ci ildə və X17 xx.xx.1984-cü ildə anadan olmuşlar. İşə əlavə edilmiş Şabran rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli arayışdan görünür ki, X3 ilə X4 ər-arvad münasibətlərindən 29 sen6tyabr 1953-cü ildə Töyfə adlı uşaqları anadan olmuşdur. İşə əlavə edilmiş V-JQ seriyalı 458408 saylı və İX-JQ seriyalı 489606 saylı doğum haqqında şəhadətnamələrdən görünür ki, Ərizəçi ilə X6 birgə nikahlarından xx xxxx 1978ci ildə Alim və xx xxxx 1984-cü ildə Yşar adlı uşaqları olmuşdur. İşə əlavə edilmiş Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-102A, KOD 30406018 saylı Şəhadətnamədən görünür ki, Dəvəçi (indiki Şabran) rayonu Aqrar İslahat Komissiyasının xx xxxxxxxx 1997-ci il tarixli 09 saylı qərarına əsasən X1, X9, X7 və X5 mülkiyyətinə 0.10 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Ərizəçi ünvanlanmış xx xxxxxx 2021-ci il tarixli **********42 saylı məktubdan görünür ki, DT və XK-si tərəfindən verilmiş Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-102A, KOD 30406018 saylı şəhadətnamədə qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi X19 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. Azərbaycan Respublikası MPM-nin 305.1.1. maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.2.5. maddəsinə əsasən məhkəmə sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308. maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materialları ilə müəyyən olunur ki, Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-102, KOD 30406018 saylı Şəhadətnamədə hüquqmüəyyənedici sənəddir. Həmin sənəddə vətəndaşların adları və ata adları onların şəxsiyyətlərini təsdiq edən sənəddəki adları və ata adları ilə düz gəlmir, DƏDRX-ti də həmin sənəddə olan səhvin aradan qaldırılmasından imtina etmişdir. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-102, KOD 30406018 saylı Şəhadətnamənin Ərizəçi, X8, X14 və X10 məxsus olması faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237 maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-102, KOD 30406018 saylı Şəhadətnamənin Ərizəçi, X8, X14 və X10 məxsus olması faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Çingiz İsgəndərov
Məhkəmə qərarları › İş №2(031)-343/2021
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-343/2021
02.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver