Məhkəmə qərarları › İş №2(031)-349/2024

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-349/2024

20.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-349/2024 20.06.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə, Mütəxəssis Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji X1 Xaçmaz filialının aparıcı müfəttişi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "Azəriqaz” X5 X7 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* saylı akt üzrə mənə hesablanmış 1555.20 manat məbləğində borcun və xx.xx.2023-cü il tarixli ******* saylı akt üzrə hesanmış 3732.48 manat borcun dəqiqləşdirilərək silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1i ünvanında yaşayır. Mütamadi olaraq sayqac əsasında hesablanmış qazdan istifadəyə görə borclarını ödəmişdir. xx.xx.2023-cü il tarixdə Cavabdeh Xaçmaz X7 İdarəsinin işçiləri onun istifadə etdiyi qaz xəttinə baxaraq guya G-4 ******* nömrəli qaz sayqacına müdaxilə edilməsini, sayqacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsini, daxili qulaqcıqlarında əzikcızıq izlərinin olmasını, sayqacın istismara yararsız olmasını, təbii qaz itkisinin yaranmasını aşkar etmişlər və bu barədə xx.xx.2023-cü il tarixli ******* saylı akt tərtib edərək 1555.20 manat məbləğində ziyan hesablamışlar. Qeyd olunan qaz sayqacı cavabdeh tərəfindən qoyulmuş və həmin qaz sayqacının qoyulması barədə akta o, imza etməmişdir. Bundan başqa sayğac cavabdeh təşkilatın cavabdehlik daşıdığı ərazidə quraşdırıldığından sağyacla əlaqəli nöqsan və çatışmazlıqlardan ötrü istehlakçı məsuliyyət daşıya bilməz. Bundan başqa cavabdeh təşkilatın əməkdaşları tərəfindən sayğacdan kənar hər hansı formada təbii qazdan istifadə faktı müəyyən edilməmiş, hər hansı qanunsuz xəttin mövcud olduğu yer, qoşulma sxemi, sayğaca qədər və ya sayğacdan sonrakı məsafədə, həmin xəttin uzunluğu, birləşmə sxemi, ümumiyyətlə həmin xəttin mövcud olub-olmaması barədə heç bir fakt aşkar edilməmiş, akt formal mülahizələr əsasında tərtib edilmişdir. Qaz sayğacı evdən kənarda quraşdırıldığından həmin sayğacın kənar müdaxilələrdən güdülməsi qeyri-mümkün olmuşdur. Həmçinin xx.xx.2023-cü ildə Cavabdeh Xaçmaz X7 İdarəsinin işçiləri onun istifadə etdiyi qaz xəttinə və qaz sayqacına baxış keçirmiş, sayqacdan kənar qaz xətti aşkar etmişlər, bu barədə xx.xx.2023-cü il tarixli ******* saylı akt tərtib etmişlər və itirilmiş qazın ziyanı kimi 3732.48 manat borc hesablamışlar. Hesab edir ki, itirilmiş qazın ziyanı kimi həmin məbləği artıq hesablamışlar, ona görə də ziyan kimi hesablanmış borcun yenidən hesablanmasıbarədə göstəriş verilməlidir. xx.xx.2023-cü il tarixli ******* saylı akt üzrə mənə hesablanmış 1555.20 manat məbləğində borcun və xx.xx.2023-cü il tarixli ******* saylı akt üzrə hesanmış 3732.48 manat borcun dəqiqləşdirilərək silinməsi barədə qətnamə qəbul edilməsi üçün məhkəməyə müraciət etmişdir. Xahiş edir ki, "Azəriqaz” X5 X7 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* saylı akt üzrə mənə hesablanmış 1555.20 manat məbləğində borcun və xx.xx.2023-cü il tarixli ******* saylı akt üzrə hesanmış 3732.48 manat borcun dəqiqləşdirilərək silinməsi barədə qətnamə çıxarılsın. Cavabdeh nümayəndəsi Nümayəndə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, etirazını onunla əsaslandırmışdır ki, abonentin qaz xətlərinə və qaz sayğacına 23 yanvar 2023-cü il tarixində Xaçmaz RQİİ-nin X8 əməkdaşları tərəfindən baxış keçirilmişdir. Baxış zamanı İddiaçı evinin qaz xəttinin üzərində quraşdırılmış sayğacdan kənar qoşularaq qazdan qanunsuz istifadə edildiyi aşkar edilmişdir. İddiaçı qanunsuz yolla təbii qazdan istifadə etməsi halının aşkarlanması video çəkilişlə həyata keçirilmiş, abonentin fərdi yaşayış evinə çəkilmiş qanunsuz qaz xəttinin görüntüləri tam aydın şəkildə video çəkilişdə öz əksini tapmışdır. Bu hal aşkar olunan zaman abonent İddiaçı haqqında fərdi yaşayış evində sayğacdan kənar qanunsuz xətt vasitəsi ilə təbii qazdan istifadə etməsi barədə "Təbii qazdan istifadə Qaydalarının pozulması haqqında” 23 yanvar 2023-cü il tarixli ******* saylı akt tərtib edilmiş, abonent İddiaçı şəxsən aktı imzalamışdır. Həmin akta əsasən abonentin qaz sayğacının keçiricilik qabiliyyətinə uyğun olaraq 31104 m3 və ya 3732,48 manat itirilmiş qazın ziyanı hesablanaraq bazadakı koduna işlənilmişdir. "Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarının 6.5 bəndinə əsasən Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyinə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. "Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarının 6.5 bəndinə əsasən istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saat, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Bundan başqa "Qazdan qanunsuz, istifadə halları nəticəsində dəymiş zərərin hesablanması üzrə təlimatın 3.6-cı bəndində göstərilir ki, sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarında qanunsuz xətt dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla qazın verilməsi dayandırılmalı, etibarlılığının və təhlükəsizliyinin müəyyən edilməsi məqsədi ilə qaz paylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyərinin qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və qaz sayğacının markası nəzərə alınmaqla məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanması, İddiaçı evinin qaz xəttində quraşdırılmış qaz sayğacının nominal qaz sərfi evdə quraşdırılmış avadanlıqlarına uyğun, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün (12 aydanı çox olmayan müddət) qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Bundan əlavə abonentin qaz sayğacına 12 may 2023-cü il tarixində Xaçmaz RQİİ-nin X9 əməkdaşları tərəfindən baxış keçirilərkən sayğaca müdaxilə şübhəsi olduğundan sayğac çıxarılaraq növbəti dövlət yoxlamasına göndərilmiş və bu barədə 5030-153 nömrəli akt tərtib olunmuş və abonent həmin akta imza etmişdir. Metrologiya Departamenti Sayğacların müayinəsi laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli aktına əsasən G-4 markalı ******* N-li sayğaca baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq izləri aşkar olunmuş, sayğacın istismara yararsız olduğu və təbii qaz itkisi yarandığı müəyyən olunmuşdur. Bununla əlaqədar olaraq İddiaçı ona məxsus qaz sayğacına müdaxiləsi nəticəsində dəymiş zərər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Baş direktorunun 28 iyun 2022-ci il tarixli əmri ilə təsdiq olunmuş “Qazdan qanunsuz istifadə hallan nəticəsində dəymiş zərərin, eləcə də uçota alınmayan qaz həcminin müəyyənləşdirilməsi, hesablanması və idarə olunması üzrə” təlimata uyğun hesablanmış və itirilmiş qazın bərpası tələbi ilə ona 1555.20 manat məbləğində hesabat aparılaraq abonent hesabına işlənilmişdir. 80 saylı Qərarın 1.3 bəndinə uyğun olaraq abonentlə qazpaylayıcı arasında bağlanmış qazın alqı-satqısı haqqında müqavilənin 2.2.5-ci bəndinə əsasən Qazpaylayıcı İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində, habelə abonentlə bağlanmış Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək hüququna malikdir. Bununla da aydın olur ki, iddiaçının tələbi Qanuna, sübut və dəlillərə əsaslanmır. İddiaçı öz şəxsi mülahizələrinə və fərziyyələrinə uyğun irəli sürdüyü fikirləridir. Yuxarıda göstərilənlərə görə İddiaçı iddia tələbi Məhkəmə tərəfindən əsassız sayılmalı və təmin edilməməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirdi ki, qazını kəsmişdilər, həyat yoldaşı xəstə olduğundan, ona soyuq olduğu üçün o, da icazə olmadan qaz xəttinə qeyri-qanuni qoşularaq, 4 ay müddətində qazdan qanunsuz istifadə etmişdir. O, dəmir torba ilə yox, şlanq vasitəsi ilə qaz xəttinə qoşulmuşdur. İddiasının təmin edilməsini, "Azəriqaz” X5 X7 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* saylı akt üzrə mənə hesablanmış 1555.20 manat məbləğində borcun və xx.xx.2023-cü il tarixli ******* saylı akt üzrə hesanmış 3732.48 manat borcun dəqiqləşdirilərək silinməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək, etiraz ərizəsini müdafiə edərək bildirdi ki, abonent İddiaçı yaşadığı mənzil təbii qazla təmin olunmuş, 23 yanvar 2023-cü il tarixində abonentin qaz xətlərinə və qaz sayğacına Xaçmaz RQİİ-nin X8 əməkdaşları tərəfindən baxış keçirilmişdir. Baxış zamanı İddiaçı evinin qaz xəttinin üzərində quraşdırılmış sayğacdan kənar qoşularaq qazdan qanunsuz istifadə edildiyi aşkar edilmişdir. Eyni zamanda, İnzibati tənbeh vermə haqqında 15 may 2023-cü il tarixli qərara əsasən İddiaçı Azərbaycan Respublikasının İXM-nin 282-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 100 manat məbləğində inzibati cərimə edilmişdir. Abonent özü də etiraf edir ki, qanunsuz yolla təbii qazdan istifadə etmişdir. Bu səbəbdən də iddianı əsassız hesab edir, Xahiş edir, iddia təmin edilməsin. Məhkəmə iclasında iştirak edən mütəxəssis X3 bildirdi ki, İddiaçı yaşadığı ünvan 1ində yerləşən fərdi yaşayış evində quraşdırılan qaz sayğacı barədə Cavabdeh İB-nin Metrologiya Departamenti və Qaz sayğaclarına nəzarət komissiyasının müvafiq aktında sayğacın vəziyyəti ilə bağlı aparılan qeydlər qətiyyən həmin əməlin bilavasitə istehlakçı tərəfindən törədilməsi anlamına gələ bilməz, bu bərədə rəyini məhkəməyə təqdim etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 25 yanvar 2023-cü il tarixli 9037 saylı müqavilədən görünür ki, Cavabdeh Xaçmaz Regional Qaz İdarəsi ilə İddiaçı arasında müqavilə bağlanmış və müqaviləyə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricilərinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. - Cavabdeh tərəfindən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair 31 may 2023-cü il tarixli tələbnamədən görünür ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən 12960 kub metr itirilmiş qazın bərpa edilməli olması qeyd olunmuşdur. - Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı aktdan görünür ki, sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması aşkar edilmişdir. - Abonentin Saldosundan görünür ki, abonent (**********00250) İddiaçı qazdan istifadə etdiyinə görə 5287,68 manat məbləğində borc hesablanmışdır. -İnzibati tənbeh vermə haqqında 15 may 2023-cü il tarixli MN seriyalı ******* saylı qərarın surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının İXM-nin 282-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 100 manat məbləğində inzibati cərimə edilmişdir. - Enerji X1 Xaçmaz filialının aparıcı müfəttişi Ruhəddin Məmmədov tərəfindən verilmiş rəydən görünür ki, qaz sayğacının və plombların cavabdehliyini qaz paylayıcısı daşıdığından, həmçinin qaz sayğacının sıradan çıxmasında bilavasitə istehlakçının təqsiri qanunvericiliklə müəyyən edilmiş qaydada sübuta yetirilmədiyindən hesablanmış dəymiş ziyan istehlakçıdan tələb edilə bilməz. İddiaçı yaşadığı ünvan 1ində yerləşən fərdi yaşayış evində quraşdırılan qaz sayğacı barədə Cavabdeh İB-nin Metrologiya Departamenti və Qaz sayğaclarına nəzarət komissiyasının müvafiq aktında sayğacın vəziyyəti ilə bağlı aparılan qeydlər qətiyyən həmin əməlin bilavasitə istehlakçı tərəfindən törədilməsi anlamına gələ bilməz. “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat(hesab) təqdim etməlidir(göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.6.-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Həmin Qaydaların 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; Həmin Qaydaların 6.6-cı maddəsinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir; Həmin Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə baxışında iş materiallarından, tərəflərin izahatlarından müəyyən edildi ki, İddiaçı sayğacdan kənar qoşularaq qazdan qanunsuz istifadə edildiyi aşkar edilmişdir. Bu səbəbdən də iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbi barədə iddiası təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Könül Mirzəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar