Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-382/2024 27.05.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “hüquqi faktın müəyyən edilməsi” tələbinə dair mülki işə Şabran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “hüquqi faktın müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Dəvəçi rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 19 saylı qərarın Şabran rayon Dövlət Arxivi tərəfindən verilmış xx.xx.2022-ci il tarixli 64 saylı arxiv çıxarışında hüquq sahibinin yəni atasının adı səhv yazıldığından həmin hüquq müəyyənedici sənədin X4 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, o, vərəsəlik hüquqlarını rəsmiləşdirmək istəyir. Lakin Dəvəçi rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 19 saylı qərarın Şabran rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 64 saylı arxiv çıxarışında hüquq sahibinin ata adı, yəni atasının ata adı X7 yerinə səhvən X8 yazıldığından bu hüquqlarını həyata keçirə bilmir. Ona görə də məhkəməyə müraciət etmişdir. Göstərilən hallara əsasən Dəvəçi rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 19 saylı qərarın Şabran rayon Dövlət Arxivi tərəfindən verilmış xx.xx.2022-ci il tarixli 64 saylı arxiv çıxarışının X4 məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə analogiya tətbiq edərək, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 305.1.1, 307.1, 307.2.5, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, AZ-T seriyalı 189264 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ata adı X2 qeyd edilmişdir. İş materiallarında olan İİİ-JQ seriyalı 489062 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X1 17 iyul 1985-ci ildə nikahlarını rəsmi qeyd etdirmişlər. İş materiallarında olan AZ-İ seriyalı 707103 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2012-ci ildə “kəskin ürək çatışmamazlığından" vəfat etmişdir. İş materiallarında olan Dəvəçi rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 19 saylı qərarın Şabran rayon Dövlət Arxivi tərəfindən verilmış xx.xx.2022-ci il tarixli 64 saylı arxiv çıxarışından görünür ki, X3 ata adı Əmikişi kimi qeyd edilmişdir. Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs 5 saylı Xaçmaz Ərazi İdarəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli müraciətinə cavab olaraq xx.xx.2023-cü il tarixli 3-21-3-34/2-M-0395-8/2023 №li bildirişdə qeyd olunur ki, müraciət üzrə əlavə edilmiş Dəvəçi rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 19 saylı qərarın Şabran rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli 43 saylı arxiv çıxarışında hüquq sahibinin ata adında uyğunsuzluq mövcuddur. Ad səhvinin aradan qaldırılması Ərazi İdarəsinin səlahiyyətləri xaricində olduğundan bununla bağlı məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Odur ki, ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmənin gəldiyi qənaətə görə, iş materiallarının məcmusu ərizənin əsaslılığını təsdiq etmişdir. Belə olduğu halda, məhkəmə hesab edir ki, ərizə əsaslı və qanuni olub təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 307-311-ci və 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. Dəvəçi rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 19 saylı qərarın Şabran rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli 43 saylı arxiv çıxarışının Ərizəçi atası X5 məxsus olması faktı müəyyən edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(031)-382/2024
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-382/2024
27.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver