Məhkəmə qərarları › İş №2(031)-397/2025

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-397/2025

29.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-397/2025 29.04.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair mülki işə Şabran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, JN-161 saylı, kodu 30411018 olan torpağa mülkiyyət hüququna dair dövlət aktının ona və X8 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, onun və atası X6 ümumi birgə mülkiyyətinə Dəvəçi rayonu Aqrar İslahat Komissiyasının 28 aprel 1998-ci il tarixli 04 saylı qərarı ilə Şabran rayonu, Əmirxanlı kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 1.33 hektar torpaq sahəsi verilmişdir. Onların adlarına həmin torpaq sahəsinə dair JN-161 saylı, kodu 30411018 olan torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. JN-161 saylı, kodu 30411018 olan torpağa mülkiyyət hüququna dair dövlət aktında texniki səhv olaraq adı X13 olaraq göstərilmişdir. Sübut olaraq qeyd edir ki, onların X13 adlı hər hansısa qohumları mövcud deyildir. Belə ki, anası X4r, həyat yoldaşı isə Muradova (Əhmədova) Vəfa Firudin qızıdır. Şabran RİHB-run Əmirxanlı lƏD-si üzrə nümayəndəsinin xx.xx.2025ci il tarixli arayışında da qeyd olunur ki, kod 30411018, JN-161 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktında qeyd edilmiş X3 rayonu Əmirxanlı kəndində yaşamır və qeydiyyatda deyil. Növbəti sübutlardan biri budur ki, onun və atası X6 ümumi birgə mülkiyyətinə Dəvəçi rayonu Aqrar İslahat Komissiyasının eyni tarixli və nömrəli, 28 aprel 1998-ci il tarixli 04 saylı qərarı ilə Şabran rayonu, Əmirxanlı kəndi ərazisindən 0.13 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Onların adlarına həmin torpaq sahələrinə dair JN- 037A saylı, kodu 30411018 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Yəni, həmin şəhadətnamədə X10 ilə yanaşı onun adı qeyd olunmuşdur. Əgər Sara adlı qohumları mövcud olsa idi həmin şəhadətnamədə də onun adı qeyd olunardı. Göründüyü kimi dövlət aktında texniki səhvə yol verilmişdir. Qeyd etdiklərini təsdiq edəcək iş üzrə kifayət qədər sübutları vardır. Ona görə də JN-161 saylı, kodu 30411018 olan torpağa mülkiyyət hüququna dair dövlət aktının ona və X8 məxsus olması faktının müəyyən edilməsi tələbi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edir. Ərizəsində göstərdiyi kimi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmir. Həmin faktların müəyyən edilməsi ona hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə etmək məqsədi üçün lazımdır. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə analogiya tətbiq edərək, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən X14 və X9 ayrı-ayrılıqda bildirdilər ki, Ərizəçi onların qardaşlarıdır. X1 ilə birlikdə yaşayır. JN-161 saylı, kodu 30411018 olan torpağa mülkiyyət hüququna dair dövlət aktında texniki səhv olaraq qardaşının adı X5 göstərilmişdir. Onların Sara adında qohumları yoxdur, həmin adamı tanımırlar. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 305.1.1, 307.1, 307.2.5, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, Torpağa Mülkiyyət Hüqüquna Dair JN-161 Kod 30411018 saylı Dövlət Aktında Ərizəçi adı X5 göstərilmişdir. İş materiallarında olan Şabran rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, X10 ilə X7 xx.xx.1964-cü ildə nikahlarını rəsmi qeyd etdirmişlər. İş materiallarında olan AZ-İ seriyalı 189182 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Ərizəçi ilə X11 25 oktyabr 2005-ci ildə nikahlarını rəsmi qeyd etdirmişlər. İş materiallarında olan Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-037F, kod 30411018 saylı Şəhadətnamənin surətindən görünür ki, Dəvəçi Rayonu Aqrar İslahat Komissiyasının 28 aprel 1998-ci il tarixli 04 saylı qərarına əsasən X10 ilə Ərizəçi mülkiyyətinə 0.13 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Şabran RİHB-nın Əmirxanlı İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş 06 mart 2025-ci il tarixli arayışdan görünür ki, JN-161 Kod 30411018 saylı Dövlət Aktında qeyd edilmiş X3 rayonu Əmirxanlı kəndində yaşamır və qeydiyyatda deyil. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X10 ilə X2 birgə münasibətlərindən xx.xx.1958-ci ildə Əhməd, xx.xx.1967-ci ildə Mənsur və xx.xx.1971-ci ildə Sənubər adlı uşaqları oluşdur. Məhkəmənin gəldiyi qənaətə görə, iş materiallarının məcmusu, şahid ifadələri ərizənin əsaslılığını təsdiq etmişdir. Belə olduğu halda, məhkəmə hesab edir ki, ərizə əsaslı və qanuni olub təmin edilməlidir. Torpğa Mülkiyyət Hüququna Dair JN-161, kod 30411018 saylı Dövlət Aktının Ərizəçi və X8 məxsus olması faktı müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 307-311-ci və 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. Torpğa Mülkiyyət Hüququna Dair JN-161, kod 30411018 saylı Dövlət Aktının Ərizəçi və X8 məxsus olması faktı müəyyən edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar