Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-421/2024 25.07.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əsassız olaraq hesablanmış ziyanın silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı borcun əsassız olaraq hesablanmış ziyanın silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* №-li akta əsasən ziyan olaraq hesablanmış 4147.20 manat məbləğində pulun şişirdilmiş və artıq olan 3974.40 manat hissəsinin **********0060 saylı abonent kodundan silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, yaşadığı Şabran şəhəri, 5 sotlar massivində yerləşən fərdi yaşayış evinə çəkilmiş qaz xəttinə sayğacdan kənar qoşularaq 2023-cü ilin mart ayında təxminən 15 gün müddətində həmin kənar qaz xətti vasitəsi ilə təbii qazdan istifadə etmişdir. Həmin kənar qaz xətti vasitəsi ilə qaz xəttinə qoşulmağının əsas səbəbi o, olmuşdur ki, himayəsində 1-ci qrup əmək qabiliyyətsiz xəstə övladı olduğundan, özü heç bir yerdə işləmədiyindən, maddi cəhətdən qaz pulunu ödəməyə imkanı olmadığından məcbur olub müvəqqəti olaraq qaz xəttinə sayğacdan kənar qoşulmuşdur. 2023-cü ilin mart ayında cəmi 15 gün həmin xətt vasitəsi ilə qazdan istifadə edilmişdir ki, bunu da hesablasaq 4x24x15=1440 m3 qaz təşkil edir ki, bu da 172 manat 80 qəpik pul təşkil etməkdədir. X8 Qaz İstismarı İdarəsi tərəfindən hesablanmış ziyanın 3974.40 manatı şişirdilmiş, artıq puldur. Belə ki, o, həmin kənar xətt vasitəsi ilə qazdan 360 gün istifadə etməmişdir. Əgər belə bir hal baş versəydi, qaz idarəsinin nəzarətçiləri bundan çoxdan xəbərdar olmalı idilər. Hansı ki, hər ay evinin qaz sayğacına baxılaraq aylıq qaz pulu hesablanmışdır. Göründüyü kimi xx.xx.2023-cü il tarixli akt əsasında hesablanmış ziyanın məbləği şişirdilmişdir. Hesabına əsassız olaraq yazılmış ziyanın **********0060 saylı abonent kodundan silinməsi üçün xx.xx.2023-cü il tarixli ərizə ilə X9 İstismarı İdarəsinə müraciət etsə də, tələbi təmin edilməmişdir. Ona görə də təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* №-li akta əsasən ziyan olaraq hesablanmış 4147.20 manat məbləğində pulun şişirdilmiş və artıq olan 3974.40 manat hissəsinin **********0060 saylı abonent kodundan silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı qanunsuz olaraq qaz xəttinə qoşulduğunu etiraf edib, lakin həmin qoşulmanın 15 gün davam etdiyini bildirərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X3 məhkəmə iclasında bildirdi ki, İddiaçı sayğacdan kənar qeyri qanuni qaz xətti ilə qoşularaq təbii qazdan istifadə etmişdir. İddiaçının özü də məhkəmədə qazdan kənar xətt vasitəsi ilə istifadə etdiyini etiraf etmişdir. Bu səbəbdən də, xahiş edir, iddia əsassız olduğundan təmin edilməsin. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 26 mart 2023-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh X9 İdarəsi ilə İddiaçı arasında müqavilə bağlanmış və müqaviləyə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricilərinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. - Cavabdeh tərəfindən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair 31 mart 2023-cü il tarixli tələbnamədən görünür ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən 34560 kub metr itirilmiş qazın bərpa edilməli olması qeyd olunmuşdur. - Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı aktdan görünür ki, sayğacdan kənar qeyri qanuni qaz xətti ilə qoşularaq təbii qazdan istifadə olunduğu aşkar edilmişdir. - Abonentin Saldosundan görünür ki, abonent (**********00060) İddiaçı qazdan istifadə etdiyinə görə 4147.20 manat məbləğində borc hesablanmışdır. -Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində X4 Agentliyinin Xaçmaz filialının aparıcı müfəttişi X1 06 iyun 2024-cü il tarixli rəyindən görünür ki, Cavabdeh İB nin Xaçmaz RQİİ tərəfindən vətəndaş İddiaçı məxsus Şabran şəhəri, 5 sotlar yaşayış massivində yerləşən fərdi yaşayış evində qeyri-qanuni qaz xəttinə görə dəymiş ziyanın hesablanması zamanı qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istifadə edilən qaz cihazlarının xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) nəzərə alınmamış və qanunvericiliyin tələblərinə əməl edilməmişdir. “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat(hesab) təqdim etməlidir(göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.6.-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Həmin Qaydaların 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; Həmin Qaydaların 6.6-cı maddəsinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir; Həmin Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə baxışında iş materiallarından, tərəflərin izahatlarından müəyyən edildi ki, İddiaçı sayğacdan kənar qeyri qanuni qaz xətti ilə qoşularaq təbii qazdan istifadə etmişdir. Bu səbəbdən də iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdehnə qarşı əsassız olaraq hesablanmış ziyanın silinməsi tələbi barədə iddiası təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Könül Mirzəfərova
Məhkəmə qərarları › İş №2(031)-421/2024
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-421/2024
25.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver