Məhkəmə qərarları › İş №2(031)-430/2021

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-430/2021

16.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-430/2021 16.06.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə İDDİAÇİ: İddiaçı MMC-nin CAVABDEH: X1 qarşı Lizinq müqaviləsinin ləğv edilməsi, dəymiş zərər və borcun ödənilməsi tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı ASC məhkəmədə iddia qaldıraraq “İddiaçı" MMC ilə bağlanmış 16 iyul 2018ci il tarixli MAS-406 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, Cavabdeh 16 iyul 2018-ci il tarixli MAS-406 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 06 fevral 2021 -ci il tarixə 1084.91 manat gecikdirilmiş əsas, 165.24 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 702.26 manat dəbbə pulu, ümumilikdə 1952.41 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı MMC -nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi məktubla müraciət edərək onların iştirakı olmadan işə baxılaraq iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı MMC iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə X4 arasında bağlanmış 16 iyul 2018-ci il tarixli MAS-406 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən X2 sifarişi ilə 2018-ci il buraxılışlı, “Khazar” minik markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı, NAAW21HU4JE087613 ban nömrəli, qara metal rəngli avtomobil 13800 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən X4 illik 15 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 384.06 manat, ümumilikdə isə 18435 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 18435 manatın 13800 manatı əsas məbləğ təşkil edir. 18 oktyabr 2018-ci il tarixdə X4, X10 və İddiaçı MMC arasında MAS-406 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlamış və 16 iyul 2018-ci il tarixli MAS-406 saylı “Daxili lizinq” müqaviləsi üzrə X10 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 29 oktyabr 2018-ci il tarixdə X10, X6 və İddiaçı MMC arasında MAS-406 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlamış və 16 iyul 2018-ci il tarixli MAS-406 saylı “Daxili lizinq” müqaviləsi üzrə X6 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 17 may 2019-cu il tarixdə X6, X5 və İddiaçı MMC arasında MAS-406 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlamış və 16 iyul 2018-ci il tarixli MAS-406 saylı “Daxili lizinq” müqaviləsi üzrə X5 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 03 iyun 2020-ci il tarixdə X5, Cavabdeh və İddiaçı MMC arasında MAS-406 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlamış və 16 iyul 2018-ci il tarixli MAS-406 saylı “Daxili lizinq” müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar” minik markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobil 06 mart 2021-ci il tarixdə lizinq şirkətinin Bakı şəhərində yerləşən müvəqqəti duracağına yerləşdirilmişdir. X3 tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 08 dekabr 2020-ci il tarixdə 400 manat məbləğində olmuşdur. Eyni zamanda Cavabdeh 16 iyul 2018-ci il tarixli MAS-406 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 06 fevral 2021 -ci il tarixə 1084.91 manat gecikdirilmiş əsas, 165.24 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 702.26 manat dəbbə pulu, ümumilikdə 1952.41 manat borcu yaranmışdır. Xahiş edir, “İddiaçı" MMC ilə bağlanmış 16 iyul 2018-ci il tarixli MAS-406 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, Cavabdeh 16 iyul 2018-ci il tarixli MAS-406 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 06 fevral 2021 -ci il tarixə 1084.91 manat gecikdirilmiş əsas, 165.24 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 702.26 manat dəbbə pulu, ümumilikdə 1952.41 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı MMC -nin xeyrinə tutulması barədə qətnamə çıxarılsın. Cavabdeh məhkəmədə iddianı qəbul edərək bildirdi ki, 03 iyun 2020-ci il tarixdə o, X5 və İddiaçı MMC arasında MAS-406 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlamış və 16 iyul 2018-ci il tarixli MAS-406 saylı “Daxili lizinq” müqaviləsi üzrə o, bütün öhdəlikləri öz üzərinə götürmüşdür. onun müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar” minik markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobil 06 mart 2021-ci il tarixdə lizinq şirkətinin Bakı şəhərində yerləşən müvəqqəti duracağına yerləşdirilmişdir. Onun tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 08 dekabr 2020-ci il tarixdə 400 manat məbləğində olmuşdur. Lakin sonradan onun maddi imkanı olmadığı üçün lizinq şirkətinə ödəniş edə bilməmişdir. O, lizinq şirkətinə ödəniş etməkdən imtina etmir. Gücü çatdığı miqdarda ödəniş edəcəyinə söz verir. Xahiş edir, qətnamə çıxarılarkən onun maddi imkanı nəzərə alınaraq dəbbə pulu azaldılsın. Məhkəmə cavabdehi dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş İddiaçı MMC ilə X4 arasında bağlanmış 16 iyul 2018-ci il tarixli MAS-406 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən X2 sifarişi ilə 2018-ci il buraxılışlı, “Khazar” minik markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı, NAAW21HU4JE087613 ban nömrəli, qara metal rəngli avtomobil 13800 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. İşə əlav edilmiş “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən X4 illik 15 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 384.06 manat, ümumilikdə isə 18435 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə edilmiş 18 oktyabr 2018-ci il tarixli MAS-406 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsindən görünür ki, 18 oktyabr 2018-ci il tarixdə X4, X10 və İddiaçı MMC arasında MAS-406 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlamış və 16 iyul 2018-ci il tarixli MAS-406 saylı “Daxili lizinq” müqaviləsi üzrə X10 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. İşə əlavə edilmiş 29 oktyabr 2018-ci il tarixli MAS-406 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsindən görünür ki, 29 oktyabr 2018-ci il tarixdə X10, X6 və İddiaçı MMC arasında MAS-406 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlamış və 16 iyul 2018-ci il tarixli MAS-406 saylı “Daxili lizinq” müqaviləsi üzrə X6 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. İşə əlavə edilmiş 17 may 2019-cu il tarixli MAS-406 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsindən görünür ki, 17 may 2019-cu il tarixdə X6, X5 və İddiaçı MMC arasında MAS-406 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlamış və 16 iyul 2018-ci il tarixli MAS-406 saylı “Daxili lizinq” müqaviləsi üzrə X5 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. İşə əlavə edilmiş 03 iyun 2020-ci il tarixli MAS-406 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsindən görünür ki, 03 iyun 2020-ci il tarixdə X5, Cavabdeh və İddiaçı MMC arasında MAS-406 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlamış və 16 iyul 2018-ci il tarixli MAS-406 saylı “Daxili lizinq” müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. “Daxili lizinq” müqaviləsinin şərtlərinə cavabdeh tərəfindən lazımı qaydada icra edilməməsinə görə onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. “Daxili lizinq” müqaviləsinin 1.1-ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. Müqavilənin 1.3-cü bəndinə əsasən, lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (Əlavə №3) müəyyən edilir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 7.2-ci bəndinə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0.3 % hesanlanmaqla cərimə ödəyir. “Daxili lizinq” müqaviləsinin 4.4.1-ci bəndinə əsasən lizinq Alan müvafik standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etməklə lizinq obyektini yalnız onun təyinatı üzrə istifadə etməlidir. “Daxili lizinq” müqaviləsinin 4.4.2-ci bəndinə əsasən lizinq Alan lizinq obyektini saz vəziyyətdə saxlamalı, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəməlidir. “Daxili lizinq” müqaviləsinin 9.1 -ci bəndinə əsasən, lizinq alan lizinq obtektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə, Lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1. maddəsində qeyd olunur ki, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 465.2. maddəsində qeyd olunur ki, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 747.1. maddəsinə əsasən Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747-2. maddəsinə əsasən Lizinq obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericilikdə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və daşınmaz əşyalardır. Həmin Məcəllənin 748-1.12.4. maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektinimübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüquqi ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki şəxs və ya hüquqi şəxsin üzərinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1. maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2. maddəsinin tələbinə görə delikt (mülki hüquq pozuntusu) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1. maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərərin vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası MPM-nin 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmaldır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə, cavabdehin əmlak vəziyyətini nəzərə alaraq ona borc kimi hesablanmış dəbbə pulunu azaldılmasının qanuni və ədalətli hesab edir. Məhkəmə təqdim olunan sübutları və işin hallarını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, “İddiaçı" MMC ilə bağlanmış 16 iyul 2018-ci il tarixli MAS-406 saylı “Daxili lizinq” müqaviləsi ləğv edilməli, Cavabdeh 16 iyul 2018-ci il tarixli MAS-406 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 06 fevral 2021 -ci il tarixə 1084.91 manat gecikdirilmiş əsas, 165.24 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 102.26 manat dəbbə pulu, ümumilikdə 1352.41 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı MMC -nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237 maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. “İddiaçı" MMC ilə bağlanmış 16 iyul 2018-ci il tarixli MAS-406 saylı “Daxili lizinq” müqaviləsi ləğv edilsin. Cavabdeh 16 iyul 2018-ci il tarixli MAS-406 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 06 fevral 2021 -ci il tarixə 1084.91 manat gecikdirilmiş əsas, 165.24 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 102.26 manat dəbbə pulu, ümumilikdə 1352.41 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı MMC -nin xeyrinə tutulsun. Məhkəmə qətnaməsi şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar