Məhkəmə qərarları › İş №2(031)-445/2024

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-445/2024

06.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-445/2024 06.06.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, İddiaçı və mütəxəssis Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X1 filialının aparıcı müfəttişi X3 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə Şabran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC Xaçmaz RETSİ Şabran EŞ-nin xx.xx.2024-cü il tarixində tərtib edilmiş R317S14 saylı AKT-ı ilə əsassız hesablanmış 577,77 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2005-ci il tarixində, Şabran rayonu Təzəkənd (indiki Dəvəçi) kəndində yaşadığı evə elektrik enerjisinin verilişi ilə əlaqədar, **********3 nömrəli abonent kodu ilə "xxxx" ASC-də qeydiyyata alınmışdır. Elektrik enerjisinin verilişi ilə əlaqədar aralarında bağlanmış müqavilənin surəti "xxxx" ASC-nin "Şabran EŞ"-nin işçiləri tərəfindən ona verilməmişdir. Həmin dövrdən bu günə kimi elektrik enerjisinin verilişi hesablanması üçün bir neçə elektrik sayğacları dəyişdirilmişdir. xx.xx.2022-ci il tarixində əvəzlənmiş elektrik sayğacı evindən və torpaq sahəsindən kənarda - çöldə quraşdırılmışdır. xx.xx.2024- cü il tarixində "xxxx" ASC-nin "Şabran EŞ"nin işçiləri tərəfindən elektrik sayğacı götürülmüşdür və R317814 nömrəli akt tərtib edərək, aktda qeyd etmişlər ki, yoxlama zamanı məlum oldu ki, abonentin elektrik sayğacı tamamilə yanaraq yararsız hala düşmüşdür. O, aktı imzalamaqdan imtina edərək, bildirmişdir ki, o, və ailə üzvləri (oğlu Məmmədov İsmət müharibə veteranıdır) sayğacın yararsız hala düşməsinə təqsirkar deyillər və bu hərəkətin kimin tərəfindən edilməsindən onun və ailə üzvlərinin məlumatları yoxdur. xx.xx.2024- cü il tarxirıdə, həyətyanı sahəsindən kənarda elektrik enerjisinin verilişini hesablayan yeni "smejrt" tipli sayğac quraşdırılmış və ona məlum oldu ki, sayğacın yoxlama aktı əsasında ona 577,77 manat borc hesablanmışdır. Həmin borcun silinməsi ilə əlaqədar xx.xx.2024- cü il tarixində "Xaçmaz RETSİ"-nin rəisinə müraciət etmişdir və müraciətində həmin borcun yanlış və artıq hesablanmasını qeyd etmişdir. Müraciəti xx.xx.2024-cü il tarixində "Xaçmaz RETSİ"mə çatmasına baxmayaraq, bu günə kimi onun müraciəti cavablandırılmamışdır. Sayğac yeni "smart" tipli sayğac ilə əvəz olunduğuna görə, o, işıq pulu üçün ödədiyi pulun 4/5 hissəsi əsassız hesablanmış borcun ödənilməsinə yönəldilir, halbuki o, bu borcu əsassız və qanunsuz hesab edir, evi və ailəsi işıqsız qalmaması səbəbindən o işıq pulu ödəmək məcburiyyətindədir, hər ödənişinin 80% əsassız hesablanmış borcun silinməsinə yönəldilir. Ona görə də məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən mütəxəssis X4 bildirdi ki, xx.xx.2024-cü il tarixində "xxxx" ASC-nin nümayəndələri tərəfindən vətəndaşa məxsus yaşayış evinin 1 fazlı elektrik sayğacına (çöldə quraşdırılmış) baxış keçirilərkən sayğacın yanaraq sıradan çıxması barədə R 317814 nömrəli akt tərtib olunmuş, vətəndaş aktı imzalamaqdan imtina etmiş, itirilmiş elektrik enerjisinin miqdarı 1449 kVts, dəyəri 177,06 manat məbləğində hesabat aparılmış, lakin abonentin dövriyyəsinə 577,77 manat məbləğində vəsait daxil edilmişdir. Həmçinin, elektrik sayğacının yanaraq sıradan çıxmasında bilavasitə istehlakçının təqsiri qanunvericiliklə müəyyən edilmiş qaydada sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydalan”nın 7.11 -ci bəndinə əsasən yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında) quraşdırılmış hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Həmçinin, Qaydaların 8.16-cı bəndinə əsasən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır, bu bərədə rəyini məhkəməyə təqdim etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş "xxxx" ASC Xaçmaz RETSİ Şabran EŞ-nin xx.xx.2024-cü il tarixində tərtib edilmiş R317S14 saylı aktına əsasən abonentin elektrik sayğacı tamamilə yanaraq yararsız hala düşməsi müəyyən edilmişdir. Bu barədə akt tərtib edilmişdir. Aktın doğruluğunu Balaqadaş Zamanov və Oruc Mahmudov öz imzaları ilə təsdiq etmişlər. İş materiallarına əlavə edilmiş abonentin saldosuna əsasən abonent (1753**********3) İddiaçı Əliverdi oğluna elektrik enerjisindən istifadə etdiyinə görə 562,09 manat məbləğində borc hesablanmışdır. İş materiallarına əlavə edilmiş Enerji Məsələlərini X1 filialı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli rəydən görünür ki, xx.xx.2024-cü il tarixində "xxxx" ASC-nin nümayəndələri tərəfindən vətəndaşa məxsus yaşayış evinin 1 fazlı elektrik sayğacına (çöldə quraşdırılmış) baxış keçirilərkən sayğacın yanaraq sıradan çıxması barədə R 317814 nömrəli akt tərtib olunmuş, vətəndaş aktı imzalamaqdan imtina etmiş, itirilmiş elektrik enerjisinin miqdarı 1449 kVts, dəyəri 177,06 manat məbləğində hesabat aparılmış, lakin abonentin dövriyyəsinə 577,77 manat məbləğində vəsait daxil edilmişdir. Həmçinin, elektrik sayğacının yanaraq sıradan çıxmasında bilavasitə istehlakçının təqsiri qanunvericiliklə müəyyən edilmiş qaydada sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydalan”nın 7.11 -ci bəndinə əsasən yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında) quraşdırılmış hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Həmçinin, Qaydaların 8.16-cı bəndinə əsasən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Məhkəmə göstərilənlərə əsasən qeyd edir ki, hesablanmış borcun qanuni əsaslarla yazılmasına dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir mötəbər yazılı sübut təqdim edilməmiş, həmçinin abunə hesabında borcun yazılmasına əsas olan sənəd göstərilməmişdir. Odur ki, iddiaçının abonent hesabına 577,77 manat borcun yazılması əsassız və qanunsuz olmuşdur. Belə ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 7.9-cu bəndinə əsasən məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə - pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Qaydaların 7.11-ci maddəsinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Qaydaların 8.16-cı bəndinə görə istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Həmçinin, Azərbaycan Respublikası MPM-in 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə qeyd edir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində istehlakçı kimi iddiaçının hüquqları pozulmuşdur, qanunun tələbinə görə istehlakçı kimi iddiaçıdan istifadə etmədiyi işığa görə haqq tələb edilə bilməz. Bununla yanaşı mütəxəssis Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələləri X1 filialının aparıcı müfəttişi X4 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli rəyə əsasən elektrik sayğacının yanaraq sıradan çıxmasında bilavasitə istehlakçının təqsiri qanunvericiliklə müəyyən edilmiş qaydada sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydalan”nın 7.11 ci bəndinə əsasən yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında) quraşdırılmış hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Həmçinin, Qaydaların 8.16-cı bəndinə əsasən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Belə olan halda, istifadə etmədiyi işığa görə cavabdehin qanunsuz hesabladığı borc məbləği istehlakçı kimi iddiaçının abunə kodundan silinməlidir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməklə, cavabdeh "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixində tərtib edilmiş R317S14 saylı akta əsasən 1753**********3 saylı abonent koduna vurulmuş 577,77 manat borc silinməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixində tərtib edilmiş R317S14 saylı akta əsasən 1753**********3 saylı abonent koduna vurulmuş 577 (beş yüz yetmiş yeddi) manat 77 (yetmiş yeddi) qəpik borc silinsin. Cavabdeh "xxxx" ASC-dən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Könül Mirzəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar