Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-459/2024 31.07.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Şabran rayon Notariat Ofisinə qarşı və X14 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X20 5 Saylı Xaçmaz Ərazi İdarəsinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edildiyi "əqdin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Şabran rayon Notariat Ofisinə qarşı "əqdin etibarsız hesab edilməsi" tələbinə dair iddia ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, onunla cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 arasında Şabran rayon Notariat Ofisində bağlanmış xx.xx.2022-ci il tarixli, 4Ə-119 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin əqd üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ödədiyim pulun cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı yuxarıda qeyd edilmiş iddia ərizəsini onunla əsaslandırılmışdır ki, onunla cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 arasında Şabran rayon Notariat Ofisində xx.xx.2022-ci il tarixli, reyestrdə 4Ə-119 nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın alqı-satqısı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş **********41 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən cavabdehlər ümumi paylı mülkiyyətlərində olan 1 hektar torpaq sahəsini ona satmışlar və o da torpaq sahəsinin dəyərini onlara ödəmişdir. Bir neçə gün əvvəl (iddia ərizəsi xx.xx.2024-cü il tərtib edilib) o, Şabran Rayon Məhkəməsinin 2(031)-335/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsini əldə edib məzmunu ilə tanış olandan sonra ona məlum olmuşdur ki, cavabdehlərlə aralarında bağlanmış əqd etibarsız əqdir. Belə ki, Şabran Rayon Məhkəməsinin 2(031)- 335/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Dəvəçi rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 04 saylı qərarına əsasən X5, X15, X6, Cavabdeh4 və X8 ümumi birgə mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 2,58 hektar torpaq sahəsi verilmişdir. Onların adına torpağa mülkiyyət hüququna dair JN-0020, kod 30408028 saylı Dövlət Aktı verilmişdir. Kiminə Soltanova xx.xx.2002-ci ildə vəfat etmiş, Gülağa Soltanov anası Kiminə Soltanovaya düşən pay torpaq hissəsini qeyriqanuni və tam şəkildə Şabran rayon Notariat Ofisində adına keçirmiş,xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəli hüququ haqqında şəhadətnamə və həmin vərəsəlik şəhadətnaməsinin əsasında adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə etmişdir. Gülağa Soltanov xx.xx.2021-ci il tarixdə rəhmət getmişdir. Şabran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(031)-740/2021 saylı qətnaməsi ilə Şabran rayon Notariat Ofisi tərəfindən X9 adına verilmiş xx.xx.2021 d il tarixli V-46/2021 saylı vərəsəlik şəhadətnaməsi etibarsız hesab edilmişdir. Həmin qətnamədən şikayət verilmədiyindən qətnamə qanuni qüvvəyə minmişdir. Lakin, X9 adına ümumi birgə 1.0 ha torpaq sahəsinə dair ********** qeydiyyat nömrəli, **********41 reyestr nömrəli çıxarış verilmişdir. Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş reyestr nömrəsi **********41, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il olan çıxarışa əsasən Şabran rayon Uzunboyad kəndində yerləşən 1.0 ha torpaq sahəsindən X9 2/5 hissə, Cavabdeh2 Seyfəl qızının 1/5 hissə, Cavabdeh4 1/5 hissə, Cavabdeh3 1/5 hissə üzrə pay hüququ tanınmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş reyestr nömrəsi **********42, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il olan çıxarışa əsasən Şabran rayon Uzunboyad kəndində yerləşən 1,58 hektar torpaq sahəsindən X9 2/5 hissə, Cavabdeh2 Seyfəl qızının 1/5 hissə, Cavabdeh4 1/5 hissə, Cavabdeh3 1/5 hissə üzrə pay hüququ tanınmışdır. X9 adına verilmiş ümumi birgə 1,0 hektar torpaq sahəsi Şabran rayon Notariat Kontorunun xx.xx.2022-ci il tarixli, 2V-24 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən Cavabdeh2 adına, ümumi birgə 1,58 hektar torpaq sahəsi isə Qusar rayon Notariat Kontorunun xx.xx.2021-ci il tarixli, 4Ə-693 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına özgəninkiləşdirilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş reyestr nömrəsi **********41, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il olan çıxarışa əsasən Şabran rayon Uzunboyad kəndində yerləşən 1.0 ha torpaq sahəsindən Cavabdeh2 Seyfəl qızının 3/5 hissə, Cavabdeh4 1/5 hissə, Cavabdeh3 1/5 hissə üzrə pay hüququ tanınmışdır. Şabran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(031)-740/2021 saylı qətnaməsi ilə Şabran rayon Notariat Ofisi tərəfindən X9 adına verilmiş xx.xx.2021-ri il tarixli V-46/2021 saylı vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsinə baxmayaraq, 1,0 hektar torpaq sahəsi Şabran rayon Notariat İfisinin qeyri-qanuni şəkildə verdiyi xx.xx.2022-ci il tarixli, 2V-24 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən Cavabdeh2 adına keçirilmişdir. Şabran Rayon Məhkəməsinin 2(031)-335/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********41 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış X9 adına qeydə alınmış 2/5 (0,40 hektar) hissədə ləğv edilmiş, Şabran rayon Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2V-24 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqımda şəhadətnamə etibarsız hesab edilmiş, xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********41 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış X2 adına qeydə alınmış 2/5 (0.40 hektar) hissədə ləğv edilmişdir. Nəticədə qeyd olunan 1 hektar torpaq sahəsinə dair Cavabdeh3 (0.20 hektar), Cavabdeh2 (0.20 hektar) və X7 (0.60 hektar) adına xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********41 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Göründüyü kimi onun ilə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 arasında Şabran rayon Notariat Ofisində bağlanmış xx.xx.2022-ci il tarixli, 4Ə-119 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsızdır. Belə ki, cavabdehlər qanunsuz şəkildə sənədləşmə işi apararaq, məni isə sənədlərin tam qanuni şəkildə olması barədə aldadaraq 1 hektar torpaq sahəsini ona satmışlar. Üstəlik alqı-satqı müqaviləsinin bağlanmasına əsas olmuş ilkin hüquqi sənədlər məhkəmə tərəfindən etibarsız hesab edilmiş, sonda Cavabdeh3, Cavabdeh2 və X7 adına xx.xx.2022-ci il qeydiyyat tarixli, **********41 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Belə olan halda Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ilə bağladığı əqdin heç bir hüquqi qüvvəsi qalmır və bağlanılmış əqd öz-özlüyündə etibarsızdır. O, həmin əqdin məhkəmə qaydasında etibarsız hesab edilməsini istəyir. Belə ki, sonradan həmin əqdi qanunvericiliyin tələblərinə uyğun şəkildə yenidən bağlamaq istəyir. Cavabdehlərdən Cavabdeh2 və Cavabdeh3 onunla bu barədə razılaşsa da, digər Cavabdeh4 onunla razılaşmır. Yəni, aralarında bağlanan əqdi qarşılıqlı razılıq əsasında ləğv etdirə bilmirlər. Ona görə də o, həmin əqdin etibarsız hesab edilməsi üçün iddia ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək onu müdafiə etmiş, bildirmişdir ki, xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsi bağlandığı zaman Şabran Rayon Məhkəməsinin icraatında **********41 reyestr nömrəli daşınmaz əmlakla bağlı "daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi" tələbinə dair 2(031)-335/2022 nömrəli mülki işin olması barədə məlumatının olmadığını və cavabdehlərin ona bu barədə məlumat vermədiklərini bildirmişdir. Bu səbəbdən iddia tələbinin təmin edilərək onunla cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 arasında Şabran rayon Notariat Ofisində bağlanmış xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin əqd üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ödədiyim pulun cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X14 məhkəmə iclasında İddiaçı ilə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 arasında bağlanmış əqdin ona aidiyyatı olmadığını və onun həmin əqdin bağlanmasında iştirak etmədiyini bildirərək, hazırki iş üzrə iddia tələbinin onun hüquqlarına toxunmadığı hissədə təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. İş üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Şabran rayon Notariat Ofisinə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X20 5 Saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barəsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 134, 135, 138 və 139-cu maddələrində nəzərdə tutulmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərilmişdir. Buna baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etməmiş, hansı səbəbdən məhkəmə iclasında iştirak etməmələri barədə məlumat verməmiş və onlardan işə baxılmasının təxirə alınmasına dair vəsatət daxil olmamışdır. Bu səbəbdən də məhkəmə işə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Şabran rayon Notariat Ofisinin nümayəndəsi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X20 5 Saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Həmin Məcəllənin 185.6-cı maddəsinə əsasən işdə iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin gəlməməsi işə baxılmasına mane olmur. Hakim işdə iştirak edən şəxsin vəsatəti ilə onun nümayəndəsinin, yaxud vəkilinin üzürlü səbəbdən gəlməməsi ilə əlaqədar işin baxılmasını təxirə sala bilər. Məhkəmə proses iştirakçılarını dinləyərək, iş materiallarında olan sənədləri araşdıraraq və məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2022-ci il tarixli, AN – İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 2000 manat qarşılığında **********41 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən sonuncuların paylı mülkiyyətində olan Şabran rayonunun Uzunboyad kəndi ərazisində yerləşən 1 hektar torpaq sahəsini almışdır. Daşınmaz əmlakın alqı-satqı müqaviləsi Şabran rayon Notariat ofisinin xüsusi notariusu X19 tərəfindən təsdiq edilmişdir. - Şabran Rayon Məhkəməsinin 2(031)-335/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X7 cavabdehlər Cavabdeh4, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X20 5 saylı Xaçmaz Ərazi İdarəsinə, Cavabdeh2 və Şabran rayon Notariat Ofisinə qarşı "daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi" tələbinə tələbi barədə iddiası təmin edilmiş və xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********41 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın X9 adına qeydə alınmış 2/5 (0.40 hektar) hissədə ləğv edilməsi, Şabran rayon Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2V-24 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməsi və xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********41 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın X2 adına qeydə alınmış 2/5 (0.40 hektar) hissədə ləğv edilməsi qət edilmişdir. - Şabran Rayon Məhkəməsinin 2(031)-335/2022 nömrəli mülki işinin elektron uçot – qeydiyyat kartoçkasından görünür ki, həmin mülki iş xx.xx.2022-ci il tarixdə Şabran Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. - Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X26 tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Şabran rayonunun Uzunboyad kəndində yerləşən 1 hektar **********41 reyestr nömrəli daşınmaz əmlakın 0,20 hektar hissəsi Cavabdeh3, 0,20 hektar hissəsi Cavabdeh2, 0,60 hektar hissəsi isə X7 xüsusi mülkiyyətindədir (qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2022-ci il). - Şabran rayon Notariat ofisinin xüsusi notariusu X19 tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli və reyestrdə 2V-394 nömrə ilə qeyd edilmiş V-46/2021 nömrəli vərəsəli işi üzrə qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamədən görünür ki, X14 xx.xx.2002-ci il tarixdə vəfat etmiş X1 vərəsəsi olaraq paylı mülkiyyətdə olan Şabran rayonunun Uzunboyad kəndində yerləşən 1 hektar **********41 reyestr nömrəli daşınmaz əmlakın X1 mülkiyyətində olan 0,40 hektar hissəsindən tam irs almışdır. - Şabran rayon Notariat ofisinin xüsusi notariusu X19 tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, X4 (Cavabdeh4 əvəzinə) paylı mülkiyyətdə olan Şabran rayonunun Uzunboyad kəndində yerləşən 1 hektar **********41 reyestr nömrəli daşınmaz əmlakın Cavabdeh4 məxsus hissəsini X12 bağışlamışdır. - Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X26 tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Şabran rayonunun Uzunboyad kəndində yerləşən 1 hektar **********41 reyestr nömrəli daşınmaz əmlakın 0,20 hektar hissəsi Cavabdeh4, 0,20 hektar hissəsi Cavabdeh3, 0,20 hektar hissəsi Cavabdeh2, 0,40 hektar hissəsi isə X1 xüsusi mülkiyyətindədir (qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2022-ci il). - Şabran Rayon Məhkəməsinin 8(031)-76/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X20 5 saylı Xaçmaz Ərazi İdarəsinin rəisi Fikrət Nuşiyevin ərizəsi təmin edilmiş və Şabran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(031)-335/2022 saylı qətnaməsinə əsasən mülkiyyət hüququ ləğv edilmiş 0.40 ha torpaq sahəsinin mülkiyyət hüququnun iddiaçı X7 anası X3 aid edilməsi izah edilmişdir. - Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X26 tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Şabran rayonunun Uzunboyad kəndində yerləşən 1 hektar **********41 reyestr nömrəli daşınmaz əmlakın 1/5 hissəsi Cavabdeh4, 1/5 hissəsi Cavabdeh3, 3/5 hissəsi isə Cavabdeh2 xüsusi mülkiyyətindədir (qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi xx.xx.2022-ci il). - Şabran rayon Notariat ofisinin xüsusi notariusu X19 tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli və reyestrdə 2V-24 nömrə ilə qeyd edilmiş V-27/2022 nömrəli vərəsəli işi üzrə qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamədən görünür ki, Cavabdeh2 xx.xx.2021-ci il tarixdə vəfat etmiş X9 vərəsəsi olaraq paylı mülkiyyətdə olan Şabran rayonunun Uzunboyad kəndində yerləşən 1 hektar **********41 reyestr nömrəli daşınmaz əmlakın X9 mülkiyyətində olan hissəsindən tam irs almışdır. - Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X26 tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Şabran rayonunun Uzunboyad kəndində yerləşən 1 hektar **********41 reyestr nömrəli daşınmaz əmlakın 2/5 hissəsi X9, 1/5 hissəsi Cavabdeh2, 1/5 hissəsi Cavabdeh4 1/5 hissəsi isə Cavabdeh3 xüsusi mülkiyyətindədir (qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi xx.xx.2021-ci il). - xx.xx.2021-ci il tarixdə tərtib edilmiş AA seriyalı, 593348 nömrəli torpaq sahəsinin planı və ölçücündən görünür ki, **********41 reyestr nömrəli daşınmaz əmlak Şabran rayonunun Uzunboyad kəndi ərazisində yerləşir, sahəsi 1 hektar təşkil edir, həmin torpaq sahəsinin təyinatı (kateqoriyası) kənd təsərrüfatı təyinatlı torpaqlara aid edilib və daşımaz əmlakın hüquq sahibi X10r. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin İİİ bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 25-ci maddəsinin Vİİ bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasıdır. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər Azərbaycan Respublikasının Mülki Məcəlləsində onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Həmin Məcəllənin 339.5-ci maddəsinə əsasən əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun S.N. Məmmədovanın şikayəti üzrə xx.xx.2004-cü il tarixli Qərarında qeyd edilmişdir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair" xx.xx.2019-cu il tarixli Qərarına əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" xx.xx.2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, **********41 reyestr nömrəli daşınmaz əmlakla bağlı xx.xx.2022-ci il tarixdən etibarən Şabran Rayon Məhkəməsinin icraatında olan "daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi" tələbinə dair 2(031)- 335/2022 nömrəli mülki iş üzrə cavabdeh qismində işdə iştirak edən Cavabdeh2 və Cavabdeh4 xx.xx.2022-ci il tarixli, AN – İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsi əsasında İddiaçı satdıqları torpaq sahəsinə dair çıxarışın məhkəmədə mübahisələndirilməsindən məlumatları olduğu təqdirdə, bununla bağlı İddiaçı məlumat verməmişlər, əksinə sözü gedən mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilmədən **********41 reyestr nömrəli daşınmaz əmlakı xx.xx.2022-ci il tarixdə İddiaçı satmaqla nəticə etibarı ilə aldatma yolu ilə İddiaçı ilə **********41 reyestr nömrəli daşınmaz əmlakla bağlı xx.xx.2022-ci il tarixli, AN – İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlamışlar. Hazırki iş üzrə cavabdehlər məhkəmə iclasının keçirilmə vaxtı və yeri barəsində məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər, iddia ərizəsinə etirazlarını, o cümlədən İddiaçı Şabran Rayon Məhkəməsinin icraatında **********41 reyestr nömrəli daşınmaz əmlakla bağlı "daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi" tələbinə dair 2(031)-335/2022 nömrəli mülki işin olması barədə məlumat vermələrinini təsdiq edən hər-hansı bir mötəbər sübut məhkəməyə təqdim etməmişlər. Bunun əksinə İddiaçı məhkəmə iclasında cavabdehlərin ona bununla bağlı hər-hansı bir məlumat vermədiklərini bildirmişdir. Bununla yanaşı Şabran rayon Notariat Ofisi də Şabran Rayon Məhkəməsinin 2(031)-335/2022 nömrəli mülki işi üzrə cavabdeh qismində iştirak etsə də, **********41 reyestr nömrəli daşınmaz əmlak ilə bağlı xx.xx.2022-ci il tarixli, AN – İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi həmin notariat ofisində təsdiq edilmiş və notariat ofisi tərəfindən də iddiaçıya məhkəmənin icraatında olan işlə bağlı hər-hansı bir məlumatın verilməsini təsdiq edən hər-hansı bir mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə iş üzrə cavabdehlərin müvafiq alqı-satqı müqaviləsi bağlandığı zaman məhkəmədə mübahisələndirilən torpaq sahəsini iddiaçıya satmaqla gəlir əldə etmələrini nəzərə alaraq, cavabdehlərin həmin vaxt İddiaçı Şabran Rayon Məhkəməsinin icraatında həmin daşınmaz əmlakla bağlı "daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi" tələbinə dair 2(031)-335/2022 nömrəli mülki işin olması barədə məlumat verməkdə maraqlı olmamalı və belə bir məlumat verməmələri qənaətinə gəlir. Beləliklə məhkəmə işin faktiki hallarını və Azərbaycan Respublikasının Qanunvericiliyinin yuxarıda qeyd edilmiş müddəalarının tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı ilə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 arasında Şabran rayon Notariat Ofisində bağlanmış xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilməli və həmin əqd üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ödənilmiş 2000 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 357-360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. İddiaçı ilə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 arasında Şabran rayon Notariat Ofisində bağlanmış xx.xx.2022-ci il tarixli, 4Ə-119 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. xx.xx.2022-ci il tarixli, 4Ə-119 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə ödənilmiş 2000 (iki min) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada alınaraq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə Apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Könül Mirzəfərova
Məhkəmə qərarları › İş №2(031)-459/2024
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-459/2024
31.07.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver