Məhkəmə qərarları › İş №2(031)-47/2025

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-47/2025

21.01.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-47/2025 21.01.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, İddiaçı3, İddiaçı1, İddiaçı2, Müstəqil tələb irəli sürən üçüncü şəxs X17, Müstəqil tələb irəli sürən üçüncü şəxs X8, Müstəqil tələb irəli sürən üçüncü şəxs X12 iştirakı ilə İddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 cavabdeh Şabran rayon Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi müddətinin uzadılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 cavabdeh Şabran rayon Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi müddətinin uzadılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X10 və X5 qalmış mirasın (xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********87 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyetrindən çıxarışa əsasən ümumi birgə mülkiyyətdə olan 0.084 ha torpaq sahəsinin, xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********86 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyetrindən çıxarışa ümumi birgə mülkiyyətdə olan 1.0317 ha torpaq sahəsinin, xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********88 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyetrindən çıxarışa əsasən ümumi birgə mülkiyyətdə olan 1.9814 ha torpaq sahəsinin onlara məxsus hissəsinin) İddiaçı1, İddiaçı2, X13 tərəfindən qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********87 reyestr nömrəli hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyetrindən çıxarışa əsasən X12, X17, X18, X14, X15, X6 xüsusi mülkiyyətdə olan, Şabran rayonu, Padar kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 0.084 ha torpaq sahəsi üzərində, xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********86 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyetrindən çıxarışa əsasən X12, X18, X17, X6, X14, X15 xüsusi mülkiyyətdə olan, Şabran rayonu, Padar kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 1.0317 ha torpaq sahəsi üzərində, xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********88 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyetrindən çıxarışa əsasən X12, X18, X17, X15, X14, X6 xüsusi mülkiyyətdə olan, Şabran rayonu, Padar kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 1.9814 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqları rəsmiləşdirilmişdir. X16 xx.xx.2006-cı il tarixində, onun həyat yoldaşı X22 isə xx.xx.2013-cü il tarixində vəfat etmişlər. X22 və X16 rəhmətə gedəndən sonra aşağıdakı ailə üzvləri 1-ci növbəli vərəsələr olaraq qalmışdır: 1. X19-təvəllüdü xx.xx.1954 (qızı), 2. X20-təvəllüdü xx.xx.1955 (qızı), 3. X13-təvəllüdü xx.xx.1960 (oğlu), 4. X33-təvəllüdü xx.xx.1964 (oğlu), 5. X23-təvəllüdü xx.xx.1965 (oğlu), 6. İddiaçı2-təvəllüdü xx.xx.1967 (qızı). Həmin vərəsələrdən X13 və X23 vəfat etmişlər. İddiaçı1, İddiaçı2, X7 vərəsəsi olaraq İddiaçı3 X10 və X5 qalmış mrasm qəbulu ilə bağlı Şabran rayon notariat ofisinə müraciət etsək də, Şabran rayon notariat ofisindən bizə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 530, 531, 532 nömrəli cavab məktublarında qeyd olunmuşdur ki, vərəsə olaraq qanunvericiliyə əsasən müəyyən edilmiş mirasın qəbul edilməsi müddətini ötürdüyünüz üçün, həmin müddətin uzadılması məqsədi ilə Şabran rayon məhkəməsinə müraciət edə bilərsiniz. Bildirirlər ki, çıxarışlarda adları qeyd olunan mülkiyyətçilər X24, X27, X4 Sədrəddin Nəcməddin oğlundan və X10 miras qalmış torpaq sahələrinin 1-ci növbəli vərəsələr tərəfindən qəbul edilməsinə süni şəkildə maneələr törətmişlər, vərəsələri torpaq sahələrinə buraxmırlar. Miras əmlaklar onların qanunsuz sahibliyindədir. Həmçinin hüquqi savadları olmadığı üçün mirasın 3 ay ərzində qəbul edilməli olduğunu bilməmişlər. Yəni, mirasın qəbulu müddəti üzrlü səbəblərdən buraxılmışdır. Ona görə də həmin müddət məhkəmə tərəfindən üzrlü hesab edilərək uzadılmalıdır. İddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 məhkəmə iclasında ayrı-ayrılıqda iddia tələblərini müdafiə edərək, iddialarının təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında dindirilən müstəqil tələb irəli sürən üçüncü şəxslər X27, X19 və X24 ayrı-ayrılıqda mirasın qəbul edilmə müddətinin uzadılmasına etiraz etmədiklərini bildirdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Şabran rayon Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs qismində məhkəməyə dəvət edilmiş X28, X20, X25, X29, X30 və X36 məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə gəlməyən müstəqil tələb irəli sürən üçüncü şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********88 reyestr nömrəli çıxarışa əsasən X12 və ailə üzvləri – X18, X17, X15, X14 və X6 birgə mülkiyyətlərinə Şabran rayonu, Padar kəndi ərazisindən 1.9814 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********86 reyestr nömrəli çıxarışa əsasən X12 və ailə üzvləri – X18, X17, X15, X14 və X6 birgə mülkiyyətlərinə Şabran rayonu, Padar kəndi ərazisindən 1.0317 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********87 reyestr nömrəli çıxarışa əsasən X12 və ailə üzvləri – X18, X17, X15, X14 və X6 birgə mülkiyyətlərinə Şabran rayonu, Padar kəndi ərazisindən 0.084 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Şabran Rayon İHB-nın Rəhimli İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 12 avqust 2024-cü il tarixli 5-74/2-215/2024 saylı arayışdan görünür ki, X22 rəhmətə gedəndən sonra ailə üzvləri – X19, X20, X13, İddiaçı1, X23 və İddiaçı2 qalmışdır. İş materiallarında olan Şabran rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışlardan görünür ki, X16 xx.xx.2006-cı ildə, X22 xx.xx.2013-cü ildə ölmüşlər. İş materiallarında olan Şabran rayon Notariat Ofisi tərəfindən İddiaçı1 ünvanlanmış 16 sentyabr 2024-cü il tarixli 530 saylı məktubdan görünür ki, vərəsə olaraq qanunvericiliyə əsasən müəyyən edilmiş mirasın qəbul edilməsi müddəti ötürüldüyü üçün Şabran rayon Məhkəməsinə müraciət edilməlidir. İş materiallarında olan Şabran rayon Notariat Ofisi tərəfindən İddiaçı2 ünvanlanmış 16 sentyabr 2024-cü il tarixli 531 saylı məktubdan görünür ki, vərəsə olaraq qanunvericiliyə əsasən müəyyən edilmiş mirasın qəbul edilməsi müddəti ötürüldüyü üçün Şabran rayon Məhkəməsinə müraciət edilməlidir. İş materiallarında olan Şabran rayon Notariat Ofisi tərəfindən İddiaçı3 ünvanlanmış 16 sentyabr 2024-cü il tarixli 532 saylı məktubdan görünür ki, vərəsə olaraq qanunvericiliyə əsasən müəyyən edilmiş mirasın qəbul edilməsi müddəti ötürüldüyü üçün Şabran rayon Məhkəməsinə müraciət edilməlidir. İş materiallarında olan Şabran rayon Notariat Ofisi tərəfindən məhkəməyə ünvanlanmış 31 oktyabr 2024-cü il tarixli 624 saylı sorğuya cavab məktubdan görünür ki, mərhum X6 adına '‘Elektron Notariat” AİS-də xx.xx.2012-ci il tarixdə 8V reyestrdə 373 nömrə ilə qeyd olunmuş açılmış vərəsəlik işi və 1 1.07.2012-ci il tarixdə 2V reyestrdə 592 nömrə ilə qeyd olunmuş X21 verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə aşka edilmişdir. X3 adına “Elektron Notariat” AİS-də açılmış vərəsəlik işi aşkar edilməmişdir. İş materiallarında olan X41-Diaqnostika Mərkəzi tərəfindən verilmiş 24 sentyabr 2019-cu il tarixli SDM/31 saylı arayışdan görünür ki, X2 Regional X1 şöbəsində xx.xx.2019-cu il tarixdən həftədə 3 dəfə 4 saat olmaqla demodializ seansları qəbul edir. Diaqnoz: Şəkərli diabet, İİtip ağır forma. Diabetik nefropatiya. Xroniki böyrək xəstəliyi, V mərhələ renal anemiya. Proqramlı demodializlə müalicə. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 12 saylı Zona Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş 579273 saylı arayışdan görünür ki, İddiaçı2 ümumi göz ilə müddətsiz birinci qrup əlildir. Azərbaycan Respublikası Konstitusiyasının 29.5-ci maddəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyan) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda bununla da mirası qəbul etdiyini şərhsiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmədə tədqiq olunan sübutlarla müəyyən olundu ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışlarda adları qeyd olunan mülkiyyətçilər X24, X27, X4 Sədrəddin Nəcməddin oğlundan və X10 miras qalmış torpaq sahələrinin 1-ci növbəli vərəsələr tərəfindən qəbul edilməsinə süni şəkildə maneələr törətmişlər, vərəsələri torpaq sahələrinə buraxmırlar. İddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 mirasın qəbul edilmə müddətini ötürmüşlər. Bu səbəbdən iddiaçılar vərəsəlik şəhadətnaməsi ala bilməmişlər, miras qalan daşınmaz əmlaka istədikləri kimi sərəncam verə bilmirlər. Vərəsəliyin qəbul edilməsi üçün Şabran rayon Notariat Ofisinə müraciət etmişlər. Notariat Ofisi bildirmişdir ki, mirasın qəbul edilməsi müddəti qurtarmışdır, mirasın qəbul edilməsi müddətinin uzadılması ancaq məhkəmə qaydasında olmalıdır. Ona görə də hazırda mirasın qəbul edilməsi müddətinin uzadılması barədə məhkəməyə müraciət etmişlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa uzada bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsə də, yəni, 3 aylıq müddət məsələsi aradan qaldırılsa da, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1 maddələri qüvvədən düşdüyündən və iddiaçıların üzürlü səbəblərinin olmasını nəzərə alıb, məhkəmə hesab edir ki, mirasın qəbul edilməsi müddəti uzadılmalıdır. Odur ki, belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, X10 qalmış mirasın İddiaçı1, İddiaçı2, X13 tərəfindən qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət bərpa edilməlidir . Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. X10 və X5 qalmış mirasın İddiaçı1, İddiaçı2, X13 tərəfindən qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət bərpa edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Könül Mirzəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar