Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-51/2024 07.03.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ X11 Hidayət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsi X1 iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qəyyumluq və himayəçilik komissiyasını maraqlı şəxs qismində cəlb elədiyi şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏN ETDİ : Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək xx.xx.2004-cü il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2005-ci il təvəllüdlü X9 onun oğludur. Oğlu 1 dərəcəli əlildir, “kvadroplegik spastik serebral iflic” diaqnozu ilə dispanser qeydiyyatdadır və onunla yaşayır. Ona o, yəni anası Ərizəçi qulluq edir. Şabran RİH-i Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına ona qəyyum təyin edilməyi üçün müraciət etmişdir. Şabran RİH-nin məktubu ilə izah olunmuşdur ki, mülki prosesdə şəxsin fəaliyyət qabiliyyətli olması prezumpsiyası qüvvədədir. Yəni fəaliyyəti olmayan hesab edilmə barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi yoxdursa, şəxs fəaliyyət qabiliyyətli sayılır. Buna görə də ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini təsdiq edən halları sübut etmək vəzifəsi daşıyır. Məhkəmə bu kateqoriyadan olan işlərə səhhəti buna imkan verərsə, şəxsin özünün və qəyyumluq və himayəçilik orqanının iştirakı ilə baxır. Ona görə da məhkəməyə müraciət etmişdir. Xahiş edir, xx.xx.2004-cü il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılsın. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iş üzrə maraqlı tərəf Maraqlı şəxs qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsi X3 bildirdi ki, ərizənin təmin edilib-edilməməsi məsələsini məhkəmənin səlahiyyətinə buraxır. Məhkəmə ərizəçini və maraqlı tərəfin nümayəndəsini dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş AZ-İİİ seriyalı 321184 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə Ərizəçi birgə münasibətlərindən xx.xx.2004cü ildə Səid adlı uşaqları olmuşdur. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, xx.xx.2004-cü il təvəllüdlü X9 “kvadroplegik spastik serebral iflic. Spastik tetraplegiya, Spastik tetraplngtya. Kvadroplegik spastik serebral iflic, Kvadroplegik spastik serebral iflicin əlamətləri. Dəmir defisitli anemiya. Anemiya. İnkişaf mərhələlərinin ləngiməsi, İnkişaf etaplarının ləngiməsi və geri qalması" diaqnozu ilə xəstədir, ona müddətsiz birinci dərəcəli əlillik verilmişdir, kənar şəxsin qulluğuna ehtiyacı var. İşə əlavə edilmiş "Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3598 saylı rəydən görünür ki, X6 “dərin əqli gerilik uşaq serebral iflici" aşkar olunur. X9 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X9 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından aslı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası MPM-nin 317.3-ci maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. İş materiallarına əlavə edilmiş AA4096430 saylı şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, xx.xx.2004-cü il təvəllüdlü X2 şəhərində qeydiyyatdadır. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 319-ci maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Şərh edilənləri və "Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3598 saylı rəyini nəzərə alaraq, məhkəmə xx.xx.2004-cü il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini məqbul hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2004-cü il tarixdə Siyəzən rayonunda anadan olmuş X9 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Fərdi identifikasiya nömrəsi "7ZHGPCC" olan xx.xx.2004-cü il tarixdə Siyəzən rayonunda anadan olmuş X9 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə Apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Cabbarov.
Məhkəmə qərarları › İş №2(031)-51/2024
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-51/2024
07.03.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver