Məhkəmə qərarları › İş №2(031)-522/2023

Şabran Rayon Məhkəməsi Qərardad — İş №2(031)-522/2023

21.12.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şabran şəhəri İş № 2(031)-522/2023 21.12.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ X1 Hidayət oğlunun sədrliyi və Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh2, Şabran rayon Notariat Ofisinə və İmişli Regional «Asan Xidmət» mərkəzində Notariat Ofisinə qarşı müqavilənin və icra qeydinin etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı məhkəmədə Cavabdeh2, Şabran rayon Notariat Ofisinə və İmişli Regional «Asan Xidmət» mərkəzində Notariat Ofisinə qarşı iddia qaldıraraq müqavilənin və icra qeydinin etibarsız hesab edilməsi tələbi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş baxılması üçün təyin edilmiş, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, onların iştirakı olmadan işə baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.6. maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxılmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, onların iştirakı olmadan işə baxılmasını xahiş etməmiş tərəflər məlum olmayan səbəbdən məhkəmə iclasına gəlmədiklərindən iddia baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263-264, 267-268-cv maddələrin rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ : İddiaçı Cavabdeh2, Şabran rayon Notariat Ofisinə və İmişli Regional «Asan Xidmət» mərkəzində Notariat Ofisinə qarşı müqavilənin və icra qeydinin etibarsız hesab edilməsi tələbi barədə mülki işə onların iştirakı olmadan baxılmağı xahiş etməmiş tərəflər məhkəmə iclasına gəlmədiklərindən baxılmamış saxlanılsın. Tərəflərə izah edilsin ki, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məlumat verməmələrinin üzürlü səbəbdən baş verməsi haqqında sübutlar təqdim edərlərsə, bu Məcəllənin 259.0.6-cı maddəsində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barədə qərardad ləğv oluna bilər. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Şabran rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Cabbarov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar