Məhkəmə qərarları › İş №2(031)-54/2023

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-54/2023

06.02.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-54/2023 06.02.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə İddiaçı: İddiaçı İddiaçının nümayəndəsi və vəkili: Vəkil Cavabdehlər: Cavabdeh4, Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı 3-cü şəxs: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsini 5 saylı Xaçmaz Ərazi İdarəsi Payların ayrılması və naturada real bölgünün aparılması, mənzilin hərracda satılaraq pulun bölünməsi tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı məhkəmədə iddia qaldıraraq qanunla sizə verilmiş səlahiyyətlərdən ədalətlə istifadə edib məhkəmə araşdırması aparmaqla Şabran şəhəri, F.X.Xoyski küçəsi, 16 nömrəli evin, 14 nömrəli mənzil üzərində o İddiaçı mülkün paylı mülkiyyətçilər arasında, 4/5 hissəsinə uyğun payının ayrılması və naturada real bölgüsünün aparılması bu mümkün olmadığı təqdirdə, mənzilin açıq hərracdan satılaraq, satış pulunun paylara uyğun bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Şabran şəhəri, F.X. Xoyski küçəsi, 16 nömrəli evin, 14 nömrəli mənzilinin mülkiyyət kimi ilkin hüquqi qeydiyyata alınması Şabran rayon TİB tərəfindən xx.xx.1996-cı il tarixli, 991 qeydiyyat vəsiqəsi əsasında əri X1 adına özəlləşdirilmişdir. Onun vəfatından sonra ona məxsus olmuş ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 57.9 kv.metr, yaşayış sahəsi 43.2 kv. metr, yardımçı sahəsi 14.7 kv. metr olan 3 otaqlı mənzilə həyat yoldaşı kimi o, İddiaçı, oğlu Cavabdeh5, qızı X4, qızı Cavabdeh3 hər biri miras əmlakdan 1/5 irs payı almaqla (mənzilin Cavabdeh4 çatası 1/5 hissəsi açıq saxlanılmışdır) Şabran rayon r.orariat ofisinin xx.xx.2020-ci il tarixli, 2V-477 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə işlənmişdir. Bundan sonra 27 noyabr 2020-ci il tarixli, 3M-220 reyestr nömrəli miras payın bağışlanma müqaviləsinə əsasən Cavabdeh5, X4 və Cavabdeh3 onlara çatan miras payını o İddiaçı adına bağışlamış, xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********31-05101- 093015 reyestr nömrəli çıxarışla 4/5 hissə hazırda İddiaçı mülkiyyətindədir (1/5 hissə X1 adına açıq saxlanılmışdır). Sorğularına cavab verən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 07 sentyabr 2022-ci il tarixli **********57 nömrəli cavab məktubunda yazılmışdır ki, “Sizin Şabran şəhəri, F.X. Xoyski küçəsi, 16 nömrəli evin, 14 nömrəli mənzilinin mülkiyyət kimi ilkin hüquqi qeydiyyata alınması və bu günə hüquqi vəziyyəti barədə məlumatın verilməsi ilə bağlı sorğunuza Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələrinin Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastr ve Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi idarəsində baxılmışdır. Yuxarıda qeyd olunanlarla əlaqədar bildirirlər ki, Şabran rayon TİB tərəfindən xx.xx.1996-cı il tarixli, 991 qeydiyyat vəsiqəsi əsasında X2 məxsus olmuş ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 57.9 kv.metr, yaşayış sahəsi 43.2 kv. metr, yardımçı sahəsi 14.7 kv. metr olan 3 otaqlı mənzilə həyat yoldaşı İddiaçı, oğlu Cavabdeh5, qızı X4, qızı Cavabdeh3 hər biri miras əmlakdan 1/5 irs payı almaqla ( mənzilin Cavabdeh4 çatası 1/5 hissəsi açıq saxlanılaraq) Şabran rayon notariat ofisinin xx.xx.2020-ci il tarixli, 2V-477 reyestr nömrəli Qanım üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə işlənmişdir. xx.xx.2020-ci il tarixli, 3M-220 reyestr nömrəli miras payın bağışlanma müqaviləsinə əsasən Cavabdeh5, X4 və Cavabdeh3 onlara çatan miras payını İddiaçı adına bağışlamış, xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********31-05101-093015 reyestr nömrəli çıxarışla (1/5 hissə X1 adına açıq saxlanılaraq) İddiaçı mülkiyyət hüququ tanınmışdır.” O, İddiaçı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilən çıxarışa əsasən sənəddə daşınmaz əmlakın ümumi sahəsi 59,8 kv. metr göstərilmişdir, (Daşınmaz Əmlakın Reyestr nömrəsi **********31-05101-093015, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 24 dekabr 2020-ci il) Şabran şəhəri, F.X.Xoyski küçəsi, 16 nömrəli evin, 14 nömrəli mənzil üzərində xüsusi mülkiyyət hüquqi ilə hüquq sahibləri 2 (iki) payçıdan ibarətdir: 1. İddiaçı adına 4/5 hissə, 2. X1 adına 1/5 hissə (açıq saxlanılmışdır) adlarına qeydiyyatdan keçmişdir və hal-hazırda mülkiyyətlərində olması məlum olmuşdur. Bu günədək mülkün ona düşən hissəsini, payının naturada real bölgüsü aparılmamışdır. Beləki, paylı mülkiyyətçilərin hamısı eyni vaxtda müvafiq icra orqanına müraciəti mümkün olmadığına görə mülkin naturada real bölgüsünün aparılması mümkün olmamışdır. Xahiş edir, qanunla sizə verilmiş səlahiyyətlərdən ədalətlə istifadə edib məhkəmə araşdırması aparmaqla Şabran şəhəri, F.X.Xoyski küçəsi, 16 nömrəli evin, 14 nömrəli mənzil üzərində o İddiaçı mülkün paylı mülkiyyətçilər arasında, 4/5 hissəsinə uyğun payının ayrılması və naturada real bölgüsünün aparılması bu mümkün olmadığı təqdirdə, mənzilin açıq hərracdan satılaraq, satış pulunun paylara uyğun bölünməsi barədə qətnamə çıxarılsın. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək Şabran şəhəri, F.X.Xoyski küçəsi, 16 nömrəli evin, 14 nömrəli mənzil üzərində mülkün paylı mülkiyyətçilər arasında, İddiaçı 4/5 hissəsinə uyğun payının ayrılması və naturada real bölgüsünün aparılması, bu mümkün olmadığı təqdirdə, mənzilin açıq hərracdan satılaraq, satış pulunun paylara uyğun bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 185.5. maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri barədə məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsini 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə müraciət etməmişdir. Məhkəmə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümükün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini və vəkilini dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş Hüquqların Dövlət qydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, reyestr nömrəsi **********1-05101-093015, qeydiyyat nömrəsi ********** olan çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən mənzil 4/5 hissədə İddiaçı mülkiyyətinə verilmiş, 1/5 hissə – açıq saxlanılmışdır. İşə əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********1-05101-093015 olan Texniki pasportdan görünür ki, ünvan 3 ünvanında yerləşən mənzil İddiaçı mülkiyyətinə verilmişdir. İşə əlavə edilmiş Şabran rayon İHB-nın Şabran şəhər İƏD-si üzrə Nümayəndəsi tərəfindən verilmiş 02 iyun 2022-ci il tarixli 2037 saylı arayışdan görünür ki, İddiaçı, Cavabdeh5, Cavabdeh1, X3, X5, Cavabdeh4, Cavabdeh2, X7, X11 və Cavabdeh3 ünvan 3-də qeydiyyatdadır. İşə əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsini 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Vəkil ünvanlanmış 07 sentyabr 2022-ci il tarixli məktubdan görünür ki, Şabran rayon TİB tərəfindən xx.xx.1996-cı il tarixli, 991 qeydiyyat vəsiqəsi əsasında X2 məxsus olmuş ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 57.9 kv.metr, yaşayış sahəsi 43.2 kv. metr, yardımçı sahəsi 14.7 kv. metr olan 3 otaqlı mənzilə həyat yoldaşı İddiaçı, oğlu Cavabdeh5, qızı X4, qızı Cavabdeh3 hər biri miras əmlakdan 1/5 irs payı almaqla ( mənzilin Cavabdeh4 çatası 1/5 hissəsi açıq saxlanılaraq) Şabran rayon notariat ofisinin xx.xx.2020-ci il tarixli, 2V-477 reyestr nömrəli Qanım üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə işlənmişdir. xx.xx.2020-ci il tarixli, 3M-220 reyestr nömrəli miras payın bağışlanma müqaviləsinə əsasən Cavabdeh5, X4 və Cavabdeh3 onlara çatan miras payını İddiaçı adına bağışlamış, xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********31-05101-093015 reyestr nömrəli çıxarışla (1/5 hissə X1 adına açıq saxlanılaraq) İddiaçı mülkiyyət hüququ tanınmışdır. İşə əlavə edilmiş Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 19 dekabr 2022ci il tarixli 10/7974 saylı ekspert rəyindən görünür ki, Şabran şəhəri, F.X.Xoyski küçəsi, 16 nömrəli evin, 14 nömrəli mənzilində yerləşən paylı mülkiyyətdə olan mənzilin otaqlarının təyinatının yerləşmə vəziyyətinə uyğun olaraq tərəflər (mülkiyyətçilər) arasında 4/5 və 1/5 hissə olmaqla 2 yerə bölünməsi yalnız təcrid mənzillər şəklində aparılmalı, yəni bölgü zamanı tərəflərin hər birinin sərəncamında bərabər ölçüdə yaşayış (yataq) və yardımçı (mətbəx, dəhliz, ayaqyolu, hamam və s.) otaqların və bu otaqlara ayrı-ayrılıqda giriş-çıxış yolunun olmalı olduğunu nəzərə aldıqda, İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 2.2 bəndinin və Məhkəmə –Tikinti Ekspertizasının Həlli Metodlarının tələblərinə uyğun qaydada naturada bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1276-cı maddəsinə əsasən hər bir vərəsə həm daşınar, həm də daşınmaz əmlakdan öz payının naturada ayrılmasını tələb edə bilər, bir şərtlə ki, bu şəkildə ayırma mümkün olsun və ya qanunla qadağan edilməsin. Azərbaycan Respublikası MPM-nin 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.3. maddəsinə əsasən işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edir. Həmin Məcəllənin 78.1. maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 88 maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə tərəfindən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmış və tərəflərin izahatları yoxlanılmışdır. Tədqiq olunan sübutlara əsaslanaraq və paylı mülkiyyətdə olan mənzilin naturada bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən edildiyindən məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Şabran şəhəri, F.X.Xoyski küçəsi, 16 nömrəli evin, 14 nömrəli mənzili açıq hərracdan satılaraq, satış pulu paylara uyğun bölünməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Şabran şəhəri, F.X.Xoyski küçəsi, 16 nömrəli evin, 14 nömrəli mənzili açıq hərracdan satılaraq, satış pulu paylara uyğun bölünsün. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Çingiz İsgəndərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar