Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-557/2025 10.07.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı əsassız olaraq hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun əsassız olaraq hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli, 382415 nömrəli akta əsasən ona əsassız olaraq hesablanmış 497,67 manat məbləğində borcun **********00030 nömrəli abonent kodundan silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC əməkdaşları tərəfindən tərtib edilən xx.xx.2025-ci il tarixli, 382415 nömrəli aktda EEİQ-yə uyğun olaraq sayğaclara baxış keçirilən zaman onun kənar xətdən istifadə etdiyi müəyyən edilmiş və akta əsasən 497,67 manat məbləğində borc hesablanmışdır. "xxxx" ASC tərəfindən tərtib edilən xx.xx.2025-ci il tarixli, 382415 nömrəli akt əsassızdır. Həmin aktın tərtib edilməsində iştirak etməmiş və aktı imzalamamışdır. Aktın surətini təzəlikcə əldə etmişdir. Ona güya evinin qonşuluğundna yerləşən məscidə məxsus elektrik sayğacından yaşadığı evə kənar xətt gətirdiyi bildirillmişdir. O və ailə üzvləri tərəfindən yaşadığı evə kənar elektrik xətti gətirilməmişdir. Əgər həmin kənar xətt həqiqətən mövcud olmuşdursa, cavabdeh orqan bu barədə məhkəməyə həmin xəttin mövcudluğunu əks etdirən fotoşəkil və ya digər sübut təqdim etməlidir. Hər ay evinin və məscidin işıq sayğacına baxılaraq işıq pulu yazılmış və bu barədə bildirişlər ona verilmişdir. Göründüyü aktda göstərilənlər yalandır və ona hesablanmış borc əsassız olduğundan silinməlidir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı iddia tələbinin iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı iddia tələbi qanunvericiliyin tələblərinə zidd və əsassız olduğu üçün hüquqdan sui-istifadə hesab edilərək təmin olunmamalıdır. xx.xx.2025-ci il tarixdə "xxxx" ASC əməkdaşları tərəfindən abonentə məxsus elektrik hesabat sayğacına EEİQ-yə uyğun baxış keçirilərkən abonentin kənar xətdən istifadə etdiyi müəyyən edilmiş və bununla bağlı videoçəkiliş aparılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsa da, iclasda nümayəndəsinin iştirakını təmin etməmiş və etməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iddiası təmin edilməməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilən xx.xx.2025-ci il tarixli, ******* nömrəli enerji təchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alğı-satqısının birtipli müqaviləsindən görünür ki, tərəflər elektrik enerjisinin alğı-satqısı və istehalkı ilə əlaqədar qarşılıqlı münasibətlərdə “Elektrik enerjisindən istifadə qaydaları”nı rəhbər tuturlar. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 382415 nömrəli aktdan görünür ki, EEİQ-yə uyğun olaraq sayğaclara baxış keçirilən zaman abonent İddiaçı kənar xətdən istifadə etdiyi müəyyən olunmuşdur. İş materiallarında olan **********00030 nömrəli abonent saldosundan görünür ki, İddiaçı 497,67 manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanan xx.xx.2018-ci il tarixli bildirişdən görünür ki, elektrik şəbəkəyə qoşulma ilə bağlı xərclərin 3 iş günü müddətində ödənilmədiyi təqdirdə sifarişçinin müraciətinin passivləşdirildiyi bildirilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli qəbzlərdən görünür ki, İddiaçı tərəfindən "xxxx" ASC hesabına 160 manat və 7,50 manat məbləğində ödənişlər həyata keçirilmişdir. İş materiallarında olan İddiaçı məxsus fərdi yaşayış evinin elektrik yüklərinə dair hesabatdan görünür ki, hesabat qüvvədə olan normativ sənədlərin tələblərinə uyğun aparılmışdır. İş materiallarında olan torpaqların alğı-satqısına dair aktdan görünür ki, Şabran Rayon Ağalıq Bələdiyyəsi ərazisində 0,03 ha torpaq sahəsinin satılması barədə xx.xx.2011-ci il tarixli, 8 nömrəli qərar qəbul edilmiş, və bunun müqabilində İddiaçı tərəfindən əvvəlcədən 150 manat haqq ödənilmişdir. İş materiallarında olan torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Şabran rayonu, Ağalıq kəndi ərazisində 300 m2 torpaq sahəsi fərdi yaşayış evinin tikilməsi üçün İddiaçı Şabran Rayon Ağalıq Bələdiyyəsi xx.xx.2011-ci il tarixli, 8 nömrəli qərarı ilə satılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Enerji X1 Xaçmaz filialı tərəfindən verilən rəydən görünür ki, araşdırma zamanı enerji təchizatı müəssiəsinin nümayəndələri tərəfindən İddiaçı məxsus yaşayış evində sayğacdan kənar elektrik enerjisindən istifadə olunması halı aşkar edilərək R 382415 nömrəli, xx.xx.2025-ci il tarixli akt tərtib olunmuş və yol verilmiş pozuntu videoçəkiliş aparılmaqla qeydə alınmışdır. İş materiallarında olan DVD disklərdəki vidoegörüntülərdən görünür ki, İddiaçı məxsus yaşayış evində sayğacdan kənar elektrik enerjisindən istifadə olunması halı aşkar edilmişdir. "Elektrik enerjisindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli Qərarının 1.2-ci bəndinə əsasən Bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Həmin Qaydaların 7.6-cı bəndinə əsasən enerji təchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçınmın, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də istinad etdikləri hallara münasibətdə həm iddiaçının, həm də cavabdehin üzərinə düşür. Çünki, iddiaçı borcun silinməsini tələb etsə də, cərimənin ona əsassız hesablanmasını təsdiq edəcək mötəbər sübutu məhkəməyə təqdim etməmiş, əksinə cavabdeh tərəf iş üçün əhəmiyyətli mötəbər sübut və sənədləri məhkəməyə təqdim edərək iddiaçının gətirdiyi dəlillərin işin faktiki hallarına uyğun olmamasını sübut edə bilmişdir. Bütün bunlar isə hazırkı tələbin əsaslı olmamasına və özündə faktiki həqiqəti əks etdirmədiyinə dəlalət edir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Göründüyü kimi iş materiallarında olan sənədlərə və videogörüntülərə əsasən İddiaçı məxsus yaşayış evində sayğacdan kənar elektrik enerjisindən istifadə olunması halı aşkar edilmişdir. Hazırki iş üzrə İddiaçı borcun silinməsini tələb etsə də, cərimənin ona əsassız hesablanmasını təsdiq edəcək mötəbər sübut məhkəməyə təqdim etməmiş, "xxxx" Açıq Səhmdar Cəmiyyəti isə iş üçün əhəmiyyətli mötəbər sübut və sənədləri məhkəməyə təqdim edərək iddiaçının gətirdiyi dəlillərin işin faktiki hallarına uyğun olmamasını sübut edə bilmişdir. Qeyd edilənlər hazırkı tələbin əsaslı olmamasına dəlalət edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı əsassız olaraq hesablanmış borcun silinməsi tələbi barədə iddiası təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Könül Mirzəfərova
Məhkəmə qərarları › İş №2(031)-557/2025
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-557/2025
10.07.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver