Məhkəmə qərarları › İş №2(031)-561/2023

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-561/2023

21.09.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-561/2023 21.09.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ X10 Hidayət oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Ərizəçi, Maraqlı tərəf Maraqlı şəxs başçısı aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə daimi komissiyasının nümayəndəsi X2 iştirakı ilə Ərizəçi maraqlı tərəf Maraqlı şəxs başçısı aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə daimi komissiyası olmaqla “Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi” barədə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək 27 aprel 2005-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 27 aprel 2005-ci il təvəllüdlü X8 onun oğludur. Oğlu «Uşaq aitizmi, kanner sindromu, ağır dərəcəli əqli gerilik» diaqnozu ilə dispanser qeydiyyatındadır və onunla yaşayır. Ona o, qulluq edir. Şabran RİH-i Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına oğluna qəyyum təyin edilməyi üçün müraciət etmişdir. Şabran RİH tərəfindən izah olunmuşdur ki, mülki prosesdə şəxsin fəaliyyət qabiliyyətli olması prezumpsiyası qüvvədədir. Yəni fəaliyyəti olmayan hesab edilmə barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi yoxdursa, şəxs fəaliyyət qabiliyyətli sayılır. Buna görə də ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini təsdiq edən halları sübut etmək vəzifəsi daşıyır. Məhkəmə bu kateqoriyadan olan işlərə səhhəti buna imkan verərsə, şəxsin özünun və qəyyumluq və himayəçilik orqanının iştirakı ilə baxır. Ona görə də məhkəməyə müraciət etmişdir. Xahiş edir, 27 aprel 2005-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılsın. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iş üzrə maraqlı tərəf Maraqlı şəxs yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X9 bildirdi ki, həqiqətən də Ərizəçi öz oğlu X6 qəyyum təyin edilməsi məqsədi ilə Maraqlı şəxs yanında Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etmişdir, izah edilmişdir ki, oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün məhkəməyə müraciət etməli, məhkəmə belə qətnamə qəbul edərsə oğluna qəyyum təyin edilməsi məsələsinə baxılacaqdır. Ərizəçi ərizəsinin təmin edilməsinə etirazı yoxdur. Məhkəmə ərizəçini və maraqlı tərəfin nümayəndəsini dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş Qaçqınların və X5 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 08 fevral 2006-cı il tarixli AA seriyalı 130732 saylı Məcburi köçkün vəsiqəsindən görünür ki, 1982-c il təvəllüdlü Ərizəçi 1993-cü ildə Fizuli rayonundan məcburi köçkün düşmüş, Siyəzən rayonunda məskunlaşmışdır. İşə əlavə edilmiş AZ-İ seriyalı 107517 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X7 10 dekabr 2004-cü ildə nikahlarını rəsmi qeyd etdirmişlər. İşə əlavə edilmiş AZ-İ seriyalı 562797 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X1 birgə nikahlarından 27 aprel 2005-ci ildə Raul adlı uşaqları olmuşdur. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, 27 aprel 2005-ci il təvəllüdlü X8 «Uşaq aitizmi, kanner sindromu, ağır dərəcəli əqli gerilik» diaqnozu ilə xəstədir, ona birinci dərəcəli əlillik verilmişdir, əlavə qulluğa və nəzarətə ehtiyacı var. İşə əlavə edilmiş «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X14 tərəfindən verilmiş 30 avqust 2023-cü il tarixli 3705 saylı rəydən görünür ki, X4 «Uşaq aitizmi nəticəsində ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində) davranış pozuntuları ilə» aşkar olunur. X8 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə kifayət qədər əsaslar var. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Şərh edilənləri və «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X14 tərəfindən verilmiş 30 avqust 2023-cü il tarixli 3705 saylı rəyini nəzərə alaraq, məhkəmə 27 aprel 2005-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini məqbul hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 27 aprel 2005-ci il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 27 aprel 2005-ci il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Cabbarov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar