Məhkəmə qərarları › İş №2(031)-569/2024

Şabran Rayon Məhkəməsi Qərardad — İş №2(031)-569/2024

17.05.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şabran şəhəri İş № 2(031)-569/2024 17.05.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızı, İddiaçı Cavabdeh qarşı "əmlakın qanunsuz sahibliyindən geri tələb edilməsi və dəymiş ziyanın əvəzinin ödənilməsi" tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı "əmlakın qanunsuz sahibliyindən geri tələb edilməsi və dəymiş ziyanın əvəzinin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə müraciət edərək , xx.xx.2022-ci il tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********76 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və xx.xx.2022-ci il tarixli, A № 858244 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən mülkiyyət hüququ ilə ona məxsus Şabran rayonu Ərəblər kəndi ərazisində yerləşən 1,71 ha torpaq sahəsinin Cavabdeh qanunsuz istifadəsindən alınaraq onun istifadəsinə qaytarılması, həmin torpaq sahəsinin qanunsuz istifadə etdiyi müddət üçün əldən çıxmış fayda kimi cavabdehdən 10000 manat pulun və 120 manat dövlət rüsumu pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı Cavabdeh qarşı iddia ərizəsində iki tələbi birləşdirsə də (1 - əmlakın qanunsuz sahibliyindən geri tələb edilməsi və 2 - dəymiş ziyanın əvəzinin ödənilməsi) iddia ərizəsinə sadəcə dəymiş ziyanın əvəzinin ödənilməsi tələbi ilə bağlı ödədiyi 120 manat məbləğində dövlət rüsumunun qəbzini əlavə etmiş və əmlakın qanunsuz sahibliyindən geri tələb edilməsi ilə bağlı iddia tələbi ilə bağlı dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbzi iş materiallarına əlavə etməmişdir. Bu səbəbdən də iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, o cümlədən ödənilmiş 120 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114, 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı "əmlakın qanunsuz sahibliyindən geri tələb edilməsi və dəymiş ziyanın əvəzinin ödənilməsi" tələbinə dair iddia ərizəsi və və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən ödənilmiş 120 manat məbləğində\ dövlət rüsumu ona geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması haqqında qərardad buna səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şabran Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Könül Mirzəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar