Azərbaycan Respublikası adından QƏRARDAD Şabran şəhəri İş № 2(031)-629/2020 31.08.2020 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi və Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə İDDİAÇİ: İddiaçı CAVABDEH: «xxxxxxxx» ASC-nə qarşı Aktın etibarsız hesab edilməsi və borcun silinməsi tələbi barədə mülki işə məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı məhkəmədə iddia qaldıraraq xx xxxx 2020-ci il tarixli NDQ № 007572 saylı aktın etibarsız hesab edilməsi, fiziki şəxs İddiaçı qeyri qanuni tələb olunan, 2094.46 manat məbləğində istifadə olunmayan enerji borcunun ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş üzrə cavabdeh «xxxxxxxx» ASC-nin nümayəndəsi X1 məhkəməyə iddianın cavabdehin olduğu yerə görə verilməsi barədə vəsatətlə müraciət edərək, İddiaçı cavabdeh «xxxxxxxx» ASC-nə qarşı yanacaqdoldurma məntəqəsinə elektrik enerjisindən istifadəyə görə hesablanmış borcun silinməsinə dair iddia tələbi barədə həmin mülki işin ərazi aidiyyəti üzrə cavabdehin qeydiyyata alındığı ünvan nəzərə alınmaqla, Sumqayıt Kommersiya məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Cavabdeh «xxxxxxxx» ASC-nin nümayəndəsi X1 ərizəsini onunla əsaslandırmışdır ki, iddia tərəf iddia ərizəsini məhkəmə aidiyyəti qaydalarını pozaraq verdiyinə görə, Azərbaycan Respublikası MPM-nin mübahisələrin məhkəməyə aidiyyəti üzrə verilməsi tələblərindən irəli gələn qaydaları pozmuşdur. İş üzrə iddianın predmeti ticarət obyekti kimi fəaliyyət göstərən qeyri yaşayış sahəsidir və həmin obyekt ticarət obyekti kimi hal-hazırda fəaliyyət göstərir. Həmçinin abunə haqqından çıxarışdan da bir daha müəyyən edilir ki, iddiaçı enerjitəchizatı müəssisəsi tərəfindən qeyri əhali abonenti kimi qeydiyyata alınmış və AR Tarif Şurasının xx.xx.2016-cı il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş «elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə» qərarına əsasən iddiaçı qeyri-əhali abonenti kimi elektrik enerjisinin dəyərinin hər kv-nı 0,09 qəpikdən ödəyir. Göründüyü kimi mübahisəli hüquq münasibətləri tərəfindən sahibkarlıq və iqtisadi münasibətləri zəminində yaranmışdır. Bununla əlaqədar olaraqda həmin işə Kommersiya Məhkəməsində baxılmalıdır. Xahiş edir, İddiaçı cavabdeh «xxxxxxxx» ASC-nə qarşı yanacaqdoldurma məntəqəsinə elektrik enerjisindən istifadəyə görə hesablanmış borcun silinməsinə dair iddia tələbi barədə həmin mülki işin ərazi aidiyyəti üzrə cavabdehin qeydiyyata alındığı ünvan nəzərə alınmaqla, Sumqayıt Kommersiya məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılsın. Azərbaycan Respublikası MPM-nin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası MPM-nin 44.2.2. maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyat qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, İddiaçı «xxxxxxxx» ASC-nə qarşı aktın etibarsız hesab edilməsi və borcun silinməsi tələbi barədə mülki iş baxılması üçün Sumqayıt Kommersiya məhkəməsində baxılmağa göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 44 və 45-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı «xxxxxxxx» ASC-nə qarşı aktın etibarsız hesab edilməsi və borcun silinməsi tələbi barədə mülki iş baxılması üçün Sumqayıt Kommersiya məhkəməsində baxılmağa göndərilsin. Qərardaddan 10 gün müddətində Şabran rayon məhkəməsinə şikayət verilə bilər. H A K İ M ÇİNGİZ İSGƏNDƏROV.
Məhkəmə qərarları › İş №2(031)-629/2020
Şabran Rayon Məhkəməsi Qərardad — İş №2(031)-629/2020
31.08.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver