Məhkəmə qərarları › İş №2(031)-63/2023

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-63/2023

02.02.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-63/2023 02.02.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə ƏRİZƏÇİ: Ərizəçi MARAQLİ TƏRƏF: Şabran rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası Hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək xx.xx.1983-cü il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X5 onun oğludur. Şabran rayon, Qorğan kəndində ailə üzvləri ilə birlikdə yaşayırlar. Onun psixi xəstəliyi olduğundan dəfələrlə X1 məcburi müalicədə olmuşdur, hazırda da məcburi müalicə olunması üçün həmin xəstəxanaya yerləşdirilmişdir. Həyat yoldaşı da vəfat etmişdir, o, oğluna qulluq etməkdə çətinlik çəkir. Ona kömək etmək üçün qəyyum təyin edilməlidir. Qəyyum təyin edilməsi üçün isə onun məhkəmə qaydasında yəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə qətnamə olmalıdır. Ona görə də məhkəməyə müraciət etmişdir. Xahiş edir, xx.xx.1983-cü il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılsın. Ərizəçi məhkəmədə ərizəni müdafiə edərək ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iş üzrə maraqlı tərəf Şabran rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X3 ərizənin təmin edilməsinə etirazının olmadığını bildirdi. Məhkəmə ərizəçini və maraqlı tərəfin nümayəndəsini dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş «Respublika Psixiatriya Xəstəxanası» X10 tərəfindən Şabran rayon İH-nə ünvanlanmış 08 sentyabr 2022-ci il tarixli 8314 saylı məktubdan görünür ki, xx.xx.1983-cü il təvəllüdlü, Şabran rayonu, Qorğan kəndində qeydiyyatda olan X5 xx.xx.2009-cu il tarixdə yuxarıda adı göstərilən xəstəxanaya məcburi müalicəyə qəbul olunub. Hal-hazırda məcburi müalicə davam edir. İşə əlavə edilmiş AZ-İ seriyalı 460868 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 17 yanvar 2011-ci ildə ölmüşdür. İşə əlavə edilmiş Səhhətin müayinə edilməsi haqqında 312/01 saylı akdan və 3910 saylı Epikrizdən görünür ki, xx.xx.1983-cü il təvəllüdlü X5 diaqnoz epilepsiya mənşəli, şəxsiyyət dəyişkənliyi, intellektual enmə və qıcolma diaqnozu ilə xəstədir. İşə əlavə edilmiş «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X10 tərəfindən verilmiş 11 yanvar 2023-cü il tarixli 38 saylı rəydən görünür ki, X4 hazırda «Üzvü (epilepsiya mənşəli) şəxsiyyət dəyişkənliyi, intellektual enmə və qıcolma tutmaları ilə» formasında psixi xəstəlik müəyyə olunur. X5 öz hərəkətlərinin mənasını anlamaq və onları şüurlu idarə etmək iqtidarında deyil. X5 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından aslı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Şərh edilənləri və «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X10 tərəfindən verilmiş 11 yanvar 2023-cü il tarixli 38 saylı rəyini nəzərə alaraq, məhkəmə xx.xx.1983-cü il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini məqbul hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1983-cü il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.1983-cü il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Çingiz İsgəndərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar