Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-678/2025 21.07.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İddiaçı və İddiaçı3 nümayəndəsi İddiaçı1, İddiaçı4, Cavabdeh1 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X4 qarşı “torpaq sahəsinin bölünməsi, payın ayrılması tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh1 qarşı “torpaq sahəsinin bölünməsi, payın ayrılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Torpağa mülkiyyət hüququna dair JN-0077, kod 30405028 olan dövlət aktına əsasən ümumi birgə mülkiyyətdə olan 3.81 ha torpaq sahəsinin bölünməsi, hər bir mülkiyyətçinin payının 1/7 hissə olaraq müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Dəvəçi rayonu Aqrar İslahat Komissiyasının 27 fevral 1998-ci il tarixli, 02 saylı qərarı ilə İddiaçı1, İddiaçı2, İddiaçı3, Cavabdeh1, Cavabdeh2, İddiaçı4, X2 ümumi birgə mülkiyyətinə Şabran rayonu, Dağ Bilici kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün 3.81 ha torpaq sahəsi ayrılmış və onlara torpağa mülkiyyət hüququna dair JN-0077, kod 30405028 olan dövlət aktı verilmişdir. Onlar iddiaçılar olaraq hal-hazırda həmin torpaq sahəsinin bölünməsini və paylarınının ayrılmasını istəyirlər. Bununla əlaqədar mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirilməlidir. Torpaq sahəsi bölündükdə hər birinin payı bərabər hissələrlə ayrılmalıdır ki, bu əmlakda hər birinin payı 1/7 hissə olaraq müəyyən edilməlidir. Cavabdeh1 ilə həmin torpaq sahəsinin bölünməsinə dair razılıq əldə edə bilmirlər. Ona görə də məcbur olub ümumi əşyanın bölünməsi və hər birinin payının ayrılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edirlər. İddiaçılar İddiaçı1, İddiaçı2 Ağabafa oğlu, İddiaçı3 və İddiaçı4 iddia ərizəsinin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, torpağa mülkiyyət hüququna dair JN-0077, kod 30405028 olan dövlət aktında payları olan Cavabdeh2 və X5 cavabdeh kimi cəlb olunsun, torpağa mülkiyyət hüququna dair JN-0077, kod 30405028 olan döviət aktına əsasən ümumi birgə mülkiyyətdə olan 3.81 ha torpaq sahəsinin bölünməsi, hər bir mülkiyyətçinin payının 1/7 hissə olaraq müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və İddiaçı3 nümayəndəsi İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddiasının təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddiasının təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı2 ərizə ilə məhkəməyə müraciət edərək onun iştirakı olmadan işə baxılaraq iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə İddiaçı2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul edərək, iddianın təmin edilməsinə etiraz etmədiyini bildimişdir. Bu barədə məhkəməyə ərizə də təqdim etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehlər Cavabdeh2 və X5 lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: İş materialına əlavə edilmiş Torpağa Mülkiyyət Hüququna Dair JN-0077, kod 30405028 saylı Dövlət Aktından görünür ki, Dəvəçi rayonu Aqrar İslahat Komissiyasının 27 fevral 1998-ci il tarixli, 02 saylı qərarı ilə İddiaçı1, İddiaçı2, İddiaçı3, Cavabdeh1, Cavabdeh2, İddiaçı4, X2 ümumi birgə mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün 3.81 ha torpaq sahəsi ayrılmışdır. İş materialına əlavə edilmiş İİ-JQ seriyalı 414102 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə İddiaçı1 26 iyun 1981-ci ildə nikahlarını rəsmi qeyd etdirmişlər. İş materialına əlavə edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şabran rayon şöbəsi tərəfindən verilmiş KOD 30405028, JN-0077 saylı Dövlət Aktında İddiaçı4, Zeynalrva (İsgəndərova) Nurdinar Ağabala qızı səhv olaraq X7, X1 qeyd olmuşdur. Aktın doğruluğu İ.Ağayevin, N.Baxşyevin və V.Vəliyevin imzaları ilə təsdiq edilmişdir. İş materialına əlavə edilmiş AZ-İİ seriyalı 059356 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X8 01 sentyabr 2015-ci ildə nikahlarını rəsmi qeyd etdirmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Konstitusiyanın 29-cu maddəsinin 2-ci bəndinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya, mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 223.2-ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Həmin Məcəllənin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Dəvəçi rayonu Aqrar İslahat Komissiyasının 27 fevral 1998-ci il tarixli, 02 saylı qərarı ilə İddiaçı1, İddiaçı2, İddiaçı3, Cavabdeh1, Cavabdeh2, İddiaçı4, X2 ümumi birgə mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün 3.81 ha torpaq sahəsi ayrılmış və onlara Torpağa Mülkiyyət Hüququna Dair JN-0077, kod 30405028 olan Dövlət Aktı verilmişdir. İddiaçılar hal-hazırda qeyd olunan torpaq sahəsinin bölünməsini və paylarının ayrılmasını istəyirlər.Tərəflər arasında hər hansı razılaşma olmadığından mülkiyətçilər arasında paylar bərabər sayılmalıdır. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi təmin ediməli, Torpağa mülkiyyət hüququna dair JN-0077, kod 30405028 olan dövlət aktına əsasən ümumi birgə mülkiyyətdə olan 3.81 ha torpaq sahəsi bölünməli, hər bir mülkiyyətçinin (İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, Cavabdeh1, Cavabdeh2 və X2) payı 1/7 hissə olaraq müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübuutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. Torpağa mülkiyyət hüququna dair JN-0077, kod 30405028 olan dövlət aktına əsasən ümumi birgə mülkiyyətdə olan 3.81 ha torpaq sahəsi bölünsün, hər bir mülkiyyətçinin (İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, Cavabdeh1, Cavabdeh2 və X2) payı 1/7 hissə olaraq müəyyən edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(031)-678/2025
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-678/2025
21.07.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver